Nəqliyyat münasibətlərinin hüquqi cəhətdən rəsmiləşdirilməsi necə adlanır?


Yük daşımalarının təşkili haqqında müqavilənin əsas xüsusiyyəti nədir?



Yüklə 0,67 Mb.
səhifə2/6
tarix03.06.2018
ölçüsü0,67 Mb.
#52490
1   2   3   4   5   6

Yük daşımalarının təşkili haqqında müqavilənin əsas xüsusiyyəti nədir?

  1. Planlaşdırma

  2. Ümumiləşdirmə

  3. Fərdiləşdirmə

  4. Sertifikatlaşdırma

  5. Təşviqat

  1. Dəmir yolu nəqliyyatında yük daşımalarının təşkili haqqında müqavilə hansı mülki-hüquqi müqavilə lə əhatə olunur?

  1. Magistral yola çıxan d/y istifadəhaqqında və vaqon verilməsi barədə müqavilə

  2. əsas və ilkin müqavilə

  3. üzunmüddətli və qısamüddətli müqavilə

  4. Daşınan yüklərin həcmi barədə müqavilə

  5. Dəmir yolu ilə yük daşınması müqaviləsi

  1. Fikri tamamlayın:

D/y nəqliyyatında yük daşımalarının təşkili haqqında müqavilələr ................ .

  1. Yük daşınması müqaviləsi sayılmır

  2. Yük daşınması müqaviləsi sayılır

  3. Sərnişin daşıma müqaviləsi sayılır

  4. Baqaj daşınması müqaviləsi sayılır

  5. Vaqon vürilməsi müqaviləsi sayılmır

  1. Dəniz Nəqliyyatı sahəsində yük daşımalarının tənzimlənməsi hansı qanunla tənzimlənir?

  1. AR Ticarət Gəmiiliyi Məcəlləsi ilə

  2. AR MM ilə

  3. “Nəqliyyat haqqında qanun”la

  4. AR Konstitusuyası ilə

  5. hamısı

  1. Dəniz Nəqliyyatı sahəsində yük daşımaları AR Ticarət Gəmiiliyi Məcəlləsinin hansı maddəsi ilə tənzimlənir?

  1. 88-ci

  2. 45-ci

  3. 69-cu

  4. 80-ci

  5. 112-ci

  1. Dəniz Nəqliyyatı sahəsində yük daşımalarının təşkili müqaviləsi necə müqavilədir?

  1. Uzunmüddətli

  2. Müvəqqəti

  3. Ilkin

  4. əsas

  5. qısamüddətli

  1. Dəniz Nəqliyyatı sahəsində yük daşımalarının təşkili müqavilə hansı halda bağlanır?

  1. Dənizlə müntəzəm yük daşımalarına tələbat yarandıqda

  2. Müvəqqəti yük daşımalarına ehtiyac yarandığı halda

  3. Əlverişli hava şəraitində yük daşımalara ehtiyac yarandığı halda

  4. Dənizlə sərnişin daşımalarına tələbat yarandıqda

  5. Heç biri

  1. Nəqliyyat müqavilələri sisteminə aid edilən hansı müqavilə baza müqaviləsi hesab olunur?

  1. Yük daşınması müqaviləsi

  2. Sərnişin daşıma müqaviləsi

  3. Baqaj daşınması müqaviləsi

  4. Daşıma müqaviləsi

  5. Heç biri

  1. Dəniz Nəqliyyatı sahəsində yük daşımalarının təşkili müqaviləsi kimlər arasında bağlanır?

  1. daşıyıcı ilə yük sahibi

  2. Yükgöndərənlə sərnişinlər

  3. Yükalanla daşıyıcı

  4. Nəqliyyat müəssisələri

  5. Bələdiyyə ilə icra hakimiyyəti orqanı

  1. Fikri tamamla:

Təsadüfi deyildir ki, yük daşıması müqaviləsi nəqliyyat müqavilələri sistemində ................. ................ tutur.

  1. Üstun və mərkəzi yer

  2. Əhəmiyyətli mövqe

  3. Əhəmiyyətsiz yer

  4. Mülki-hüquqi

  5. Əmlak –hüquq

  1. Daşıma müqaviləsi hansı qanunlarla tənzimlənir?

  1. “Nəqliyyat haqqında “ AR qanunu

  2. Mülki Məcəllə

  3. AR Konstitusiyası

  4. Cinayət Məcəlləsi

  5. Aviasiya Haqqında qanun

  1. 1,2

  2. 2,3

  3. 4,5

  4. 3,5

  5. 1,4

  1. Daşıma müqavilələrinin növləri hansı variantda düzgün verilmişdir?

  1. Yük, sərnişin və baqaj daşımaları müqaviləsi

  2. əsas daşıma müqaviləsi

  3. uzunmüddətli daşıma və əsas daşıma müqavilələri

  4. Yük və əsas daşıma müqavilələri

  5. Heç biri

  1. “Nəqliyyat haqqında” AR qanununa görə daşıma şərtləri və tərəflərin mülki-hüquqi məsuliyyəti hansı müqavilə ilə müəyyən edilir?

  1. Daşıma müqaviləsi

  2. Baqaj daşıması müqaviləsi

  3. Yük daşıması müqaviləsi

  4. Sərnişin daşıması müqaviləsi

  5. hamısı

  1. AR Ticarət Gəmiçiliyi Məcəlləsi ilə hansı daşıma müqaviləsi tənzimlənir?

  1. Dənizlə daşıma müqaviləsi

  2. D/Y ilə daşıma müqaviləsi

  3. Yük daşıma müqaviləsi

  4. Yük daşımalarının təşkili müqaviləsi

  5. D/Y ilə yük daşımalarının təşkili müqaviləsi

  1. Avtomobil nəqliyyatı sahəsində yük daşımalarının təşkili haqqında müqavilə hansı qanunla tənzimlənir?

  1. ”Avtomobil nəqliyyatı haqqında” AR qanunu ilə

  2. AR Mülki Məcəlləsi ilə

  3. “Aviasiya haqqında” AR qanunu ilə

  4. D/Y nəqliyyatı haqqında qanunla

  5. Nəqliyyat haqqında qanunla

  1. Avtomobil nəqliyyatı sahəsində yük daşımalarının təşkili haqqında müqavilə ”Avtomobil nəqliyyatı haqqında” AR qanununun hansı maddəsi ilə tənzimlənir?

  1. 39-cu

  2. 81-ci

  3. 99-cu

  4. 74-cü

  5. 73-cü

  1. Uzunmüddətli meqavilə əsasında konkret yükün daşınmasını nəzərdə tutan hansı müqavilə bağlanır?

  1. Birdəfəlik

  2. 1 illik

  3. Daimi

  4. Müvəqqəti

  5. Ilkin

  1. Fikri tamamla:

Əgər daşıyıcı və yükgöndərən arasında daim təsərrüfat-nəqliyyat münasibətləri olarsa onda onlar uzunmüddətli müqavilənin qüvvədə olma............... .

  1. müddətini uzada bilərlər

  2. müddətini qısalda bilərlər

  3. müddətini azalda bilərlər

  4. müddətini təxirə sala bilərlər

  5. müddətini ləğv edə bilərlər

  1. Su nəqliyyatı sahəsində yük daşımalarının təşkili haqqında müqavilə necə adlanır?

  1. Naviqasiya müqaviləsi

  2. Leqal müqavilə

  3. Haşiyə müqaviləsi

  4. Çərçivə müqaviləsi

  5. Rasional müqavilə

  1. Yük daşımalarının təşkili haqqında müqavilə hansı daşımaları həyata keçirilməsində tətbiq edilə bilər?

  1. Qarışıq daşımaların

  2. Sərnişin daşımalarının

  3. Baqaj daşımalarının

  4. Yük daşımalarının

  5. hamısının

  1. Hansı Yük daşımalarının təşkili haqqında müqavilənin elementlərindən biri hesab edilir?

  1. Subyekt tərkibi

  2. Yükalan

  3. Yalnız daşıyıcı

  4. Dövlət

  5. icra hakimiyyəti orqanı

  1. Daşıyıcı funksiyasını kimlər yerinə yetirir?

  1. Nəqliyyat müəssisəsi və təşkilatları

  2. Dövlət

  3. Hüquqi şəxslər

  4. Bələdiyyələr

  5. Fiziki şəxslər

  1. Yükgöndərən rolunda kimlər iştirak edə bilər?

  1. Dövlət,bələdiyyələr, fiziki və hüquqi şəxslər

  2. Nəqliyyat müəssisəsi

  3. Nəqliyyat təşkilatları

  4. Yalnız bələdiyyələr

  5. Yalnız fiziki şəxslər

  1. Yük daşımalarının təşkili haqqında müqavilənin bağlanmasında iştirak edən tərəflər hansılardır?

  1. Daşıyıcı və yükgöndərən

  2. Nəqliyyat müəssisəsi və fiziki şəxs

  3. Fiziki və hüquqi şəxslər

  4. Dövlət və bələdiyyələr

  5. Dövlət və hüquqi şəxslər

  1. Yük daşımalarının təşkilinə aid deyil?

  1. Baqajın mənsub olduğu şəxsin peşəsi

  2. Yükün həcminin müəyyən edilməsi

  3. Nəqliyyat vasitəsinin verilməsi

  4. Yükün daşınmaya təqdim olunması

  5. a,b,c

  1. Yük daşımalarının təşkili haqqında müqavilənin elementi hansıdır?

  1. Müqavilənin müddəti

  2. Baqajın həcmi

  3. Baqajın qiyməti

  4. Yükün həcmi

  5. Yükün qiyməti

  1. İlkin müqavilə hansı formada bağlanır?

  1. Əsas müqavilənin formasında

  2. Uzunmüddətli

  3. Çərçivə

  4. Haşiyə

  5. hamısı

  1. İlkin müqavilənin hansı formada başlanması MM-in hansı maddəsi ilə tənzimlənir?

  1. 402-ci

  2. 401-ci

  3. 88-ci

  4. 54-cü

  5. 124-cü

  1. Daşınmalı olan Yükün həcmi anlayışına nələr daxil edilir?

  1. Yükün sayı, miqdarı və çəkisi

  2. Yükün keyfiyyəti

  3. Yükün qablaşdırıldığı taranın çəkisi

  4. Yükün tarasının forması və çəkisi

  5. Kəmiyyəti və keyfiyyəti

  1. Yükün təşkili haqqında müqavilənin məzmununu nə təşkil edir?

  1. Tərəflərin hüquq və vəzifələri

  2. Yükün kəmiyyəti haqqında məlumat

  3. Yükün keyfiyyəti haqqında ekspertlərin rəyi

  4. Nəqliyyat vasitəsinin göstəriciləri

  5. Nəqliyyat təşkilatının funksiyaları və vəzifələri

  1. Yük vurmaq üçün nəqliyyat vasitəsi vermək hansı subyektin əsas vəzifəsinə daxildir?

  1. Daşıyıcının

  2. Yükgöndərənin

  3. Yükalanın

  4. Nəqliyyat müəssisəsi və bələdiyyənin

  5. Heç biri

  1. Yükü daşımaq üçün təqdim etmək hansı subyekrin vəzifəsinə aiddir?

  1. Yükgöndərənin

  2. Daşıyıcının

  3. Yükalanın

  4. Nəqliyyat müəssisəsi və bələdiyyənin

  5. Heç biri

  1. Yükgöndərənin vəzifəsinə aiddir:

  1. Yükü daşınmaq üçü nəzərdə tutulmuş həcmdə təqdim etmək

  2. Yükü müəyyən olunmuş müddətdə qəbul etmək

  3. Nəqliyyat vasitəsini müqavilədə nəzərdə tutulmuş müddətdə vermək

  4. Nəqliyyat vasitəsini şərtləndirilmiş yerdə vermək

  5. Nəqliyyat vasitəsini müəyyənləşdirilmiş sayda vermək

  1. Yükgöndərənin vəzifəsinə aiddeyil:

  1. Nəqliyyat vasitəsini müqavilədə nəzərdə tutulmuş müddətdə vermək

  2. Yükü daşınmaq üçün nəzərdə tutulmuş həcmdə təqdim etmək

  3. Yükü daşınmaq üçünü nəzərdə tutulmuş tara və qabda təqdim etmək

  4. Yükü daşınmaq üçün nəzərdə tutulmuş markalanmada təqdim etmək

  5. Yükün adı barəsində düzgün məlumat verməklə təqdim etmək

  1. Daşıma müqaviləsi hansı müqavilələrə aid edilir?

  1. Xidmət göstərilməsi üzrə müqavilələrə

  2. əsas müqavilələrə

  3. ilkin müqavilələrə

  4. Uzunmüddətli m üqavilələrə

  5. Müvəqqəti müqavilələrə

  1. Daşıma necə xidmətdir?

  1. Faktiki xidmət

  2. Hüquqi xidmət

  3. Mülki xidmət

  4. Qanuni xidmət

  5. Leqal xidmət

  1. Daşıma müqaviləsinin əsas tənzimetmə mənbəyi nədir?

  1. Qanunlar

  2. Konstitusiya

  3. Müqavilələr

  4. Razılaşmalar

  5. Konvensiyalar

  1. Mülki Məcəllənin hansı maddələri məhz daşıma müqaviləsinin tənzimlənməsinə həsr edilmişdir?

  1. 842-861

  2. 122-261

  3. 52-88

  4. 39-74

  5. hamısı

  1. MM-in XLVI fəslinin I paraqrafındakı hansı maddələr sərnişin daşıması müqaviləsini nizama salır?

  1. 842-849

  2. 122-261

  3. 850-861

  4. 52-88

  5. 39-74

  1. MM-in XLVI fəslinin II paraqrafındakı hansı maddələr yük daşıması müqaviləsini nizama salır?

  1. 850-861

  2. 122-261

  3. 842-849

  4. 52-88

  5. 39-74

  1. Daşıma müqaviləsi hansı hüquqi münasibətlərin yaranmasına səbəb olur?

  1. Daşıma öhdəliyinin

  2. Istehsal öhdəliyinin

  3. Müdafiə öhdəliyinin

  4. Müqavilə öhdəliyinin

  5. Mülki öhdəliyin

  1. AR Ticarət Gəmiçiliyi Məcəlləsi nə vaxt qəbul edilmişdir?

  1. 2001

  2. 1999

  3. 1995

  4. 2003

  5. 2005

  1. AR Ticarət Gəmiçiliyi Məcəlləsi hansı müqaviləni nizama salır?

  1. Dəniz nəqliyyatında daşıma müqaviləsini

  2. Avtomobil nəqliyyatında daşıma müqaviləsini

  3. Hava nəqliyyatında daşıma müqaviləsini

  4. D/Y nəqliyyatında daşıma müqaviləsini

  5. Heç birini

  1. AR Ticarət Gəmiçiliyi Məcəlləsinin hansı maddələri dənizdə yük daşınması müqaviləsini tənzimləyir?

  1. 87-137

  2. 482-496

  3. 842-865

  4. 39-74

  5. 121-215

  1. AR Ticarət Gəmiçiliyi Məcəlləsinin hansı maddələri dənizdə sərnişin və baqaj daşınması müqaviləsini tənzimləyir?

  1. 138-151

  2. 87-137

  3. 39-74

  4. 121-215

  5. 842-865

  1. Dənizlə daşıma müqavilələrinin növlərinə aiddir:

  1. Taym-çarter

  2. əsas

  3. haşiyə

  4. çərçivə

  5. Heç biri

  1. Berbout-çarter hansı nəqliyyat daşımalarına aid müqavilə növüdür?

  1. Dənizlə daşıma

  2. Avtomobillə daşıma

  3. D/Y ilə daşıma

  4. Hava yolu ilə daşıma

  5. Naviqasiya daşımaları

  1. Hava yolu ilə daşıma müqaviləsinin əsas hüquqi tənzimetmə mənbəyi hansı qanun hesab edilir?

  1. “Aviasiya haqqında ” AR-nın qanunu

  2. AR Ticarət Gəmiçiliyi Məcəlləsi

  3. Mülki Məcəllə

  4. Konvensiya

  5. Avtomobillə daşımaların təşkili qanunu

  1. Su nəqliyyatı ilə daşımalar hansı normativ aktla nizama salınır?

  1. AR-da Su nəqliyyatı ilə daşımaları nizama salan hər hansı normativ akt yoxdur

  2. AR Ticarət Gəmiçiliyi Məcəlləsi

  3. Nəqliyyat haqqında qanun

  4. “Aviasiya haqqında ” AR-nın qanunu

  5. Mülki Məcəllə

  1. Avtomobil nəqliyyatı haqqında qanun neçənci ildə qəbul olunmuşdur?

  1. 2008

  2. 2005

  3. 1999

  4. 2001

  5. 2003

  1. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsi “Avtomobil nəqliyyatı haqqında qanun” un hansı maddəsi ilə tənzimlənir?

  1. 28

  2. 35

  3. 37

  4. 42

  5. 54

  1. Avtomobil nəqliyyatı ilə baqaj daşınması müqaviləsi “Avtomobil nəqliyyatı haqqında qanun” un hansı maddəsi ilə tənzimlənir?

  1. 35

  2. 28

  3. 37

  4. 42

  5. 54

  1. Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi “Avtomobil nəqliyyatı haqqında qanun” un hansı maddəsi ilə tənzimlənir?

  1. 37

  2. 28

  3. 35

  4. 42

  5. 54

  1. Nəqliyyat qanunvericiliyi nəyə deyilir?

  1. Daşımaların hüquqi tənzimetmə mənbəyi olan qanunlar və qanun qüvvəli aktların məcmusuna

  2. Daşıma müqavilələrinin məzmununa

  3. Subyektlərin hüquq və vəzifələrinə

  4. Sərnişin daşımaları müqavilələrinin tənzimetmə mənbəyinə

  5. a, b

  1. Nəqliyyat qanunvericiliyinə daxil deyil:

  1. Baqajın və yüklərin dəyəri

  2. Qanunlar

  3. Qanun qüvvəli aktlar

  4. Beynəlxalq nəqliyyat sazişləri

  5. Çoxtərəfli və ikitərəfli beynəlxalq sazişlər

  1. Beynəlxalq hava daşımalarının hüquqi rejimi hansı normativlə müəyyən edilir?

  1. )Varşava sistemi ilə

  2. KOTİF-lə

  3. BDYS ilə

  4. Hamburq qaydaları ilə

  5. Bern Konvensiyası

  1. Varşava sisteminə hansı sənəd daxil deyil?

  1. Haaqa Konvensiyası

  2. Varşava Konvensiyası

  3. Haaqa Protokolu

  4. Qvadalaxara Konvensiyası

  5. Qvatemala Protokolu

  1. Varşava sisteminə hansı əsas sənədlər daxildir?

  1. Varşava Konvensiyası, Haaqa Protokolu, Qvadalaxara Konvensiyası

  2. Haaqa Konvensiyası,Haaqa Protokolu

  3. Qvadalaxara Konvensiyası, Bern Konvensiyası

  4. KOTİF, BDYS

  5. Heç biri

  1. Varşava Konvensiyası nə vaxt qəbul edilmişdir?

  1. 12 oktyabr, 1929

  2. 28 sentyabr, 1955

  3. 18 sentyabr, 1961

  4. 20 sentyabr, 1994

  5. 28 may,1918

  1. Haaqa Protokolu nə vaxt qəbul edilmişdir?

  1. 28 sentyabr, 1955

  2. 12 oktyabr, 1929

  3. 20 sentyabr, 1994

  4. 18 sentyabr, 1961

  5. 28 may,1918

  1. Qvadalaxara Konvensiyasınə vaxt qəbul edilmişdir?

  1. 18 sentyabr, 1961

  2. 12 oktyabr, 1929

  3. 20 sentyabr, 1994

  4. 28 sentyabr, 1955

  5. 28 may,1918

  1. Beynəlxalq hava daşımalarınna aid bəzi qaydaları unifikasiya edən sənəd hansıdır?

  1. Varşava Konvensiyası

  2. Haaqa Protokolu

  3. Qvadalaxara Protokolu

  4. Bern Konvensiyası

  5. 1 №-li Əlavə Protokol

  1. Varşava Protokoluna düzəlişlər edən sənəd hansıdır?

  1. Haaqa Protokolu

  2. Qvadalaxara Protokolu

  3. Bern Konvensiyası

  4. 1 №-li Əlavə Protokol

  5. Varşava Konvensiyası

  1. Dünyanın neçə ölkəsi Varşava Konvensiyasının üzvüdür?

  1. 120-dən çox

  2. 54

  3. 65-dən çox

  4. 12

  5. 71

  1. Azərbaycan Respublikası neçənci ildən Haaqa Protokolunun iştirakçısıdır?

  1. 1999-cu ildən

  2. 2001-ci ildən

  3. 2005-ci ildən

  4. 2003-cü ildən

  5. 2010-cu ildən

  1. Qvadalaxara Konvensiyası hansı münasibətlərə malik olunması barədə göstəriş verir?

  1. Hava çarter daşımaları və hava gəmilərinin kirayəyə götürülməsi barədə

  2. Hava daşımaları barədə

  3. Sərnişin daşımaları barədə

  4. Tranzit daşımalar barədə

  5. hamısı

  1. AR nə vaxtdan Qvadalaxara Konvensiyasının iştirakçısıdır?

  1. 1999

  2. 1995

  3. 1974

  4. 2001

  5. 2003

  1. AR-ı beynəlxalq hava daşımaları sahəsində hansı ölkə ilə ikitərəfli beynəlxalq müqavilələrə malik deyil?

  1. Ermənistan

  2. İran

  3. Avstriya

  4. BƏƏ

  5. Fransa

  1. Beynəlxalq d/y daşımaları hansı nəqliyyat konvensiyaları ilə tənzimlənir?

  1. KOTİF, BDYS

  2. Qvadalaxara Konvensiyası

  3. KOTİF, Bern Konvensiyası

  4. Varşava Konvensiyası

  5. hamısı

  1. BDYS hansı ölkələrdə beynəlxalq d/y yük daşımalarını tənzimləyir?

  1. RF və MDB üzvü olan ölkələrdə

  2. Amerika vəRF

  3. Avropa ölkələri

  4. BMT üzvü olan ölkələr

  5. Avropa Şurasına üzv olan ölkələr

  1. BDYS-də hansı ölkələr iştirak etmir?

  1. Baltikyanı dövlətlər, Ermənistan

  2. RF

  3. Çin

  4. Bolqarıstan ,Vyetnam

  5. Albaniya, İran

  1. AR-ı hansı ölkələrlə d/y nəqliyyatı sahəsində ikitərəfli sazişlər imzalamamışdır?

  1. İtaliya

  2. Gürcüstan

  3. Ukrayna

  4. RF

  5. Litva

  1. Beynəlxalq dəniz daşımalarını hansı beynəlxalq sənədlər tənzimləyir?

  1. Haaqa qaydaları, Haaqa-Visbi qaydaları, Hamburq qaydaları

  2. Varşava Konvensiyası

  3. Qvadalaxara Protokolu

  4. Bern Konvensiyası, Brüssel Protokolu

  5. hamısı

  1. Haaqa Qaydaları neçənci ildə qəbul edilmişdir?

  1. 1924

  2. 1968

  3. 1978

  4. 2004

  5. 2009

  1. Haaqa – Visbi qaydaları nə vaxt qəbul olunmuşdur?

  1. 1968

  2. 1978

  3. 1924

  4. 2005

  5. 2003

  1. Hamburq qaydalarının qəbul edilməsi tarixi:

  1. 1978

  2. 1968

  3. 1924

  4. 2005

  5. 2009

  1. Haaqa-qaydaları hansı daşımaları tənzimləyir?

  1. Konosamentlə rəsmiləşdirilən dənizlə beynəlxalq yük daşıması müqaviləsini

  2. Beynəlxalq hava daşımaları müqaviləsini

  3. Beynəlxalq d/y nəqliyyatı ilə yük daşımalarını

  4. Beynəlxalq naviqasiya daşımalarını

  5. Heç birini

  1. Haaqa-Visbi qaydaları dedikdə nə başa düşülür?

  1. Haaqa qaydaları ilə Brüssel Protokolunun məcmusu

  2. Daşıyıcının məsuliyyət həddi

  3. Nəqliyyat müqavilələrinin məcmusu

  4. Dəniz daşımalarının təşkili müqavilələrinin məcmusu

  5. hamısı

  1. Brüssel Protokolu nə vaxt qüvvəyə minmişdir?

  1. 1978

  2. 1968

  3. 1924

  4. 2005

  5. 2009

  1. Hamburq qaydaları dedikdə nə başa düşülür?

  1. ”Dənizlə yük daşınması haqqında” BMT Konvensiyası

  2. Haaqa qaydaları ilə Brüssel Protokolunun məcmusu

  3. Nəqliyyat müqavilələrinin məcmusu

  4. Dəniz daşımalarının təşkili müqavilələrinin məcmusu

  5. hamısı

  1. Hamburq qaydaları Brüssel Konvensiyasından fərqli olaraq hansı müqaviləni tənzimləyir?

  1. Istənilən yük daşınması müqaviləsini

  2. Sərnişin daşınması müqaxiləsini

  3. Baqaj daşınması müqaviləsini

  4. Tranzit daşımalar müqaviləsini

  5. Konosament daşıma müqaviləsini

  1. Beynəlxalq dəniz daşımalarının tənzimlənməsi sahəsindəki sənədlərdən hansı AR-ı tərəfindən qəbul edilmişdir?

  1. Heç biri

  2. Hamısı

  3. Haaqa qaydaları

  4. Haaqa-Visbi qaydaları

  5. Hamburq qaydaları

  1. Ölkəmiz ticarət gəmiçiliyi sahəsində hansı ölkə ilə ikitərəfli saziş bağlamamışdır?

  1. Fransa

  2. Rumıniya

  3. Bolqarıstan

  4. Ukrayna

  5. Gürcüstan

  1. Ticarət adətləri harada tətbiq olunur?

  1. Beynəlxalq ticarət və dəniz gəmiçiliyi sahəsində

  2. Sərnişin daşımalarında

  3. Baqaj daşımalarında

  4. Yük daşımalarında

  5. Heç birində

  1. Daşıma müqavilələrinin hüquqi tənzimetmə mənbəyi sayılır...

  1. Hüquqi adətlər

  2. Müqavilələr

  3. Razılaşmalar

  4. Qadağalar

  5. Konvensiyalar

  1. Daşıma müqaviləsinin neçə növü var?

  1. 5

  2. 3

  3. 6

  4. 2

  5. 4

  1. Daşıma müqaviləsinin növlərinə aid deyil?

  1. Vaqon verilməsi

  2. Dəmir yolu ilə daşıma müqaviləsi

  3. Avtomobillə daşıma müqaviləsi

  4. Dəniz nəqliyyatı ilə daşıma müqaviləsi

  5. Hava yolu ilə daşıma müqaviləsi

  1. Daşıma obyektinə görə daşıma müqaviləsi neçə qrupa bölünür?

  1. 3

  2. 2

  3. 4

  4. 5

  5. 6

  1. Daşıma obyektinə görə daşıma müqavilələri hansı qruplara bölünür?

  1. Yük daşınması,baqaj daşınması,sərnişin daşınması

  2. Fraxtetmə, konosament, mülki

  3. Yük daşıması, sərnişin daşınması,konosament

  4. Konosament, uzunmüddətli,mülki

  5. Heç biri

  1. Ərazi əlamətlərinə görə daşıma müqavilələri hansı növə bölünür?

  1. Daxili daşıma müqaviləsi,beynəlxalq daşıma müqaviləsi

  2. Xətti daşıma, ərazi daşıması

  3. Uzunmüddətli və müvəqqəti

  4. Konosament, fraxetmə

  5. hamısı

  1. Daxili daşıma müqaviləsi hansı daşıma müqaviləsinə aiddir?

  1. Müəyyən bir ölkə ərazisində həyata keçirilən müqavilə

  2. Iki və daha çox dövlətlər arasında daşımaları rəsmiləşdirən müqavilələr

  3. Daşıyıcı və yükgöndərən arasında bağlanan müqavilə

  4. Hamısı

  5. Heç biri

  1. Beynəlxalq daşıma müqaviləsi dedikdə nə başa düşülür?

  1. Iki və daha çox dövlətlər arasında daşımaları rəsmiləşdirən müqavilələr

  2. Daşıyıcı və yükgöndərən arasında bağlanan müqavilə

  3. müəyyən bir ölkə ərazisində həyata keçirilən müqavilə

  4. yükalanla yükgöndərən arasında bağlanan müqavilə

  5. Heç biri

  1. Yük Bakı şəhərindən Qazax rayonuna daşınarsa bu hansı daşınma müqaviləsi ilə rəsmiləşdirilir?

  1. daxili daşıma müqaviləsi

  2. Beynəlxalq daşıma müqaviləsi

  3. Konosament daşıma müqavilsi

  4. Xətti daşıma müqaviləsi

  5. Qaimə daşıması müqaviləsi

  1. Daşımanı rəsmiləşdirən nəqliyyat(daşıma) sənədindən asılı olaraq daşıma müqaviləsinin hansı növləri var?

  1. Qaimə , çarter, konosament

  2. Daxili daşıma, beynəlxalq daşıma müqaviləsi

  3. Xətti daşıma müqaviləsi, daxili daşıma müqaviləsi

  4. Qaimə daxili, çarter

  5. Xətti, qaimə beynəlxalq

  1. Hansı müqavilə qaimə daşıma müqaviləsi adlanır?

  1. Əgər daşıma qaimə ilə rəsmiləşdirilərsə

  2. Daşıma konosament kimi sənədlə rəsmiləşdirilərsə

  3. Daşıma çarter adlanan sənədlə rəsmiləşdirilərsə

  4. Müntəzəm daşımalar

  5. Uzunmüddətli daşımalar

  1. Daşımanın vaxtaşırı həyata keçirilməsindən asılı olaraq onun neçə növü fərqləndirilir?

  1. 2

  2. 3

  3. 5

  4. 4

  5. 1

  1. Daşımanın vaxtaşırı həyata keçirilməsindən asılı olaraq onun hansı növü fərqləndirilir?

  1. Xətt daşıma və tramp daşıma

  2. Çarter və konosament daşıma

  3. Müntəzəm və uzunmüddətli daşıma

  4. Daxili və beynəlxalq daşıma

  5. hamısı

  1. Xətt daşıma müqaviləsi hansı müqaviləyə aiddir?

  1. Müntəzəm daşıma müqaviləsi

  2. Qeyri- müntəzəm daşıma müqaviləsi

  3. Qaimə ilə rəsmiləşdirilən müqavilə

  4. Çarter daşıma müqaviləsi

  5. Konosament daşıma müqaviləsi

  1. Tramp daşıma müqaviləsi hansı müqavilə növüdür?

  1. Qeyri-müntəzəm daşıma müqaviləsi

  2. Çarter daşıma müqaviləsi

  3. Qaimə ilə rəsmiləşdirilən müqavilə

  4. Konosament daşıma müqaviləsi

  5. müntəzəm daşıma müqaviləsi

  1. Daşıma prosesində iştirak edən nəqliyyat vasitələrinin növündən asılı olaraq daşıma müqaviləsi neçə qrupa bölünür?

  1. 3

  2. 2

  3. 5

  4. 4

  5. 1

  1. Daşıma prosesində iştirak edən nəqliyyat vasitələrinin növündən asılı olaraq daşıma müqaviləsi hansılardır?

  1. Yerli, birbaşa, birbaşa qarışıq daşıma

  2. Konosament, qaimə

  3. Konosament, xətt, tramp

  4. Xətt, qaimə, tramp

  5. Daxili, beynəlxalq

  1. Hansı daşıma növü yerli daşıma adlanır?

  1. Ancaq bir nəqliyyat təşkilatı çərçivəsində həyata keçirilir

  2. Qaimə ilə rəsmiləşdirilən müqavilə

  3. Xətti daşıma müqaviləsi

  4. Bir daşıma sənədi ilə iki və daha çox nəqliyyat təşkilatə tərəfindən həyata keçirilən

  5. Heç biri

  1. Əgər yük dəmir yolu vasitəsilə Bakıdan Kürdəmirə daşınırsa bu hansı daşıma növünə aiddir?

  1. Yerli

  2. Birbaşa

  3. Birbaşa qarışıq daşıma

  4. Xətt daşıma

  5. Tramp daşıma

  1. Birbaşa daşıma müqaviləsi hansı daşıma növüdür?

  1. Bir daşıma sənədi ilə iki və daha çox nəqliyyat təşkilatı tərəfindən həyata keçirilən

  2. Ancaq bir nəqliyyat təşkilatı çərçivəsində həyata keçirilir

  3. Qaimə ilə rəsmiləşdirilən müqavilə

  4. Qaimə ilə rəsmiləşdirilən müqavilə

  5. Hamısı

  1. “Aviasiya haqqında” qanunun hansı fəsli hava daşımalarının tənzimlənməsinə həsr olunmuşdur?

  1. X

  2. IX

  3. VII

  4. IV

  5. VIII

  1. Çoxtərəfli sazişlərdən hansı beynəlxalq avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsini tənzimləyir?

  1. “Beynəlxalq yük daşınması müqaviləsi” Konvensiyası

  2. KOTİF

  3. Haaqa Konvensiyası

  4. Bern Konvensiyası

  5. Heç biri

  1. “Beynəlxalq yük daşınması müqaviləsi” Konvensiyası neçənci ildə harada imzalanmışdır?

  1. 1956-cı ildə Cenevrədə

  2. 1961-ci ildə Haaqada

  3. 1999-cu ildə Berndə

  4. 2004-cü ildə Bakıda

  5. 1954-cü ildə Varşavada

  1. “Beynəlxalq yük daşınması müqaviləsi” Konvensiyası neçənci ildə qüvvəyə minmişdir?

  1. 1961

  2. 1956

  3. 1974

  4. 1999

  5. 2001

  1. Azərbaycan nə vaxtdan “Beynəlxalq yük daşınması müqaviləsi” Konvensiyasının üzvüdür?

  1. 2000-ci ildən

  2. 1999-cu ildən

  3. 1954-cü ildən

  4. 1974-cü ildən

  5. 2003-cü ildən

  1. Daxili su (çay) nəqliyyatının başlıca üstünlüklərindəndir.

  1. Təbii su yollarına malik olması

  2. Daşıma vasitələrində sürət həddinin qoyulmaması

  3. Az enerji sərf etməsi

  4. Yük daşınmalarında ən təhlükəsiz vasitə olması

  5. Daşıma vasitələrinin (gəmilərin) yükgötürmə qabiliyyətində məhdudiyyətin olmaması

  1. 1,3,5

  2. 1,2,3

  3. 3,4,5

  4. 1,2,4

  5. 2,4,5

  1. Daxili su (çay) nəqliyyatının məhdud xüsusiyyətlərindən deyil.

  1. İşin mövsümi olması

  2. Gəlir balansında məsrəfin üstünlüyü

  3. Suyun dərinliyinin tələb edilən səviyyədə olmasının təminatı

  4. Daxili su (çay) nəqliyyatı ilə yüklərin çatdırılmasının orta sürət həddinin ən aşağı sürət olması

  5. Çay yollarının əyriliyi

  6. Əmək məhsuldarlığı səviyyəsinin dəmir yolu nəqliyyatına nisbətən azlığı

  1. 2,4,6

  2. 1,2,3

  3. 3,4,5

  4. 1,3,5

  5. 1,5,6

  1. Daxili su (çay) nəqliyyatı ilə daşınan yüklər içərisində həcm etibarı ilə üstünlük təşkil etmir.

  1. Tikinti materialları

  2. Balıq və balıq məhsulları

  3. Kömür

  4. Avtomobil sənayesi məhsulları

  5. Kimyəvi kübrələr

  6. Hərbi sənaye məhsulları

  7. Neft və neft məhsulları

  8. Un-çörək məhsulları

  1. 2,4,6

  2. 4,6,8

  3. 1,2,3,4

  4. 5,7,8

  5. 1,3,5

  1. Daxili su (çay) nəqliyyatı hüququ:

  1. Nəqliyyat hüququ subinstutlarındandır

  2. Hüququn ümumi sahəsidir

  3. Hüququn xüsusi sahəsidir

  4. Nəqliyyat hüququ institutlarındandır

  5. Yük daşıma hüququ subinstutunun hissələrindəndir

  1. Uyğunsuzluğu müəyyən et:

  1. Həmin münasibətlər nəqliyyat hüquq normaları ilə nizama salınır.

  2. Daşımaların həyata keçirilməsi prosesində daxili su (çay) nəqliyyatının xidmətindən istifadə olunması ilə bağlı olaraq daşıyıcı və müştəri arasında yaranan ictimai münasibətlər daxili su (çay) nəqliyyatı hüququnun nizamasalma predmetini təşkil edir.

  3. Daxili su (çay) nəqliyyatı hüququ dedikdə daşımaların həyata keçirilməsi prosesində daxili su (çay) nəqliyyatının xidmətindən istifadə olunması ilə bağlı olaraq daşıyıcı və müştəri arasında yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusu başa düşülür.

  4. Daxili su (çay) nəqliyyatı hüququ daşıma prosesində iştirak edən tərəflərin hüquqi vəziyyətini təyin edir, daşıma şərtləri barədə normalar nəzərdə tutur.

  5. Daxili su (çay) nəqliyyatı hüququ daşıma müqavilələri haqqında anlayış verir, habelə tərəflərin daşıdıqları əmlak (mülki-hüquqi) məsuliyyəti barədə qaydalar müəyyən edir.

  1. Uyğun variantı müəyyən et:

  1. Əvəzsiz, ikitərəfli və konsensual müqavilədir

  2. Daxili su (çay) nəqliyyatı ilə sərnişin daşınması müqaviləsi-

  3. Əvəzsiz, birtərəfli və qeyri konsensual müqavilədir

  4. Əvəzli, ikitərəfli və konsensual müqavilədir

  5. Əvəzli, ikitərəfli, konsensual müqavilədir

  6. Əvəzli, ikitərəfli, qeyri konsensual müqavilədir

  1. Daxili su çay (çay) nəqliyyatı ilə sərnişin daşınması zamanı sərnişinin hüquqlarına daxildir.

  1. Daşıyıcını istisnasız olaraq sərnişini biletə uyğun yerlə təmin etmək

  2. Əldə etdiyi biletə uyğun gəmidə yer tutmaq

  3. Özü ilə pulsuz olaraq 5 yaşadək bir uşaq aparmaq

  4. Özü ilə 36 kiloqrama kimi əl yükü aparmaq

  5. Əldə etdiyi biletə uyğun gəmidə xidmətlərlə təmin olunmaq

  1. Hansı halda sərnişinin qaytardığı gediş bileti pulundan heç bir haqq tutulmadan bilet pulu tam (100%) həcmdə sərnişinə qaytarılır?

  1. Sərnişin bileti gəminin yola düşməsinə 6 saat qalmış qaytardıqda

  2. Sərnişin bileti gəminin yola düşməsinə 24 saat qalmış qaytardıqda

  3. Sərnişin bileti birbaşa kassaya (bilet satışı məntəqəsinə) qaytardıqda

  4. Sərnişin bileti gəminin kapitanının razılığı ilə qaytardıqda

  5. Sərnişin bileti sərnişinin xəstələnməsi və yol getməsinin mümkünsüzlüyü haqqında həkimin arayışı ilə birgə təqdim etdikdə

  1. Əgər sərnişinə aşağı kateqoriyalı yer verilərsə, onda ona qiymətlər arasındakı fərq...

  1. Ödənilir

  2. Ödənilmir

  3. Qismən ödənilir

  4. Tələb olunduqda ödənilir

  5. İstisna hallarda ödənilə bilər

  1. Daxili su (çay) nəqliyyatı ilə sərnişin daşınması zamanı hansı hallarda biletin qüvvədə olma (istifadə) müddəti uzadılır?

  1. Sərnişin daşıyan gəminin qəza vəziyyətində olması aşkarlandıqda

  2. Sərnişinin xəstələnməsi (biletin müddəti müalicə müəssisəsinin arayışı əsasında bütün xəstəlik müddəti ərzində uzadılır)

  3. Gəmidə sərnişinin təqsiri üzündən sərnişinə yer verilməsi mümkün olmadıqda

  4. Gəminin vaxtında yola düşməməsi (biletin müddəti gecikmə müddəti qədər uzadılır)

  5. Fövqəladə vəziyyətdə gəminin yola düşməməsi (biletin müddəti gecikmə müddəti qədər uzadılır)

  1. Sərnişin daşıyıcı ilə ayrıca olaraq (yəni sərnişin daşınması müqaviləsindən ayrı) əlavə saziş bağlayır:

  1. Baqajın daşınması zamanı

  2. Yüklərin daşınması zamanı

  3. Sərnişin daşınması zamanı

  4. Hamısı

  5. Heç biri

  1. Sərnişinlə daşıyıcı arasında birinci-əsas, ikincisi isə törəmə və asılı müqavilə imzalanır:

  1. Baqaj daşınması zamanı

  2. Sərnişin daşınması zamanı

  3. Yüklərin daşınması zamanı

  4. Bütün hallarda

  5. Heç bir halda

  1. Təyinat yerində baqaj..

  1. 24 saat (1 sutka) ərzində pulsuz saxlanılır. Baqajın bu müddətdən çox saxlanılmasına görə saxlama haqqı alınır

  2. 48 saat (2 sutka) ərzində pulsuz saxlanılır. Baqajın bu müddətdən çox saxlanılmasına icazə verilmir

  3. 72 saat (3 sutka) ərzində pulsuz saxlanılır. Baqajın bu müddətdən çox saxlanılmasına görə əlavə haqq ödənilir

  4. 24 saat (1 sutka) ərzində saxlanılır. Baqajın bu müddətdən çox saxlanılmasına icazə verilmir

  5. 72 saat (3 sutka) ərzində saxlanılır. Baqajın bu müddətdən çox saxlanılmasına heç bir halda icazə verilmir

  1. Əgər baqaj öz sahibi (sərnişin) tərəfindən 30 gün ( 1 ay ) ərzində tələb edilməzsə, ...

  1. Onda o, satış üçün yerli ticarət təkilatlarına verilir

  2. Onda o, dövlətin mülkiyyətinə keçir

  3. Onda o, baqajı daşıyan idarə və yaxud müəssisənin ixtiyarına keçir

  4. Onda o, geriyə qaytarılır.

  5. Onda o, dövlət gömrük komitəsinin əməkdaşlarına təhvil verilir

  1. Dəmir yolu nəqliyyatının əsas üstünlükləri sırasına daxil deyil:

  1. Daşıma vasitələrinin yükgötürmə qabiliyyətində məhdudiyyətin olmaması

  2. Yüksək daşıma qabiliyyəti

  3. Universallıq

  4. Manevr etmək imkanı

  5. Təbii-coğrafi, iqlim şəraitindən nisbətən asılı olmaması

  1. Daşınma prosesinin həyata keçirilməsində iştirak edən nəqliyyat müəssisələrinə görə dəmir yolu ilə daşınmaların aşağıdakı növləri vardır:




  1. Yerli daşınmalar

  2. Daxili daşınmalar

  3. Birbaşa daşınmalar

  4. Beynəlxalq daşınmalar

  5. Birbaşa qarışıq daşınmalar

  1. 1,3,5

  2. 1,2,3

  3. 3,4,5

  4. 1,2,4

  5. 2,4,5

  1. Yalnız bir dəmir yolu nəqliyyat təşkilatı (müəssisəsi) tərəfindən həyata keçirilən daşınmaya deyilir:

  1. Yerli daşınmalar

  2. Daxili daşınmalar

  3. Birbaşa daşınmalar

  4. Beynəlxalq daşınmalar

  5. Birbaşa qarışıq daşınmalar

  1. Birbaşa qarışıq daşınmalar dedikdə başa düşülür:

  1. Eyni bir nəqliyyat sənədi əsasında dəmir yolu nəqliyyatı müəssisəsinin iştirakı ilə müxtəlif növ nəqliyyat müəssisələri tərəfindən həyata keçirilən daşınma

  2. Eyni bir nəqliyyat sənədi (dəmir yolu qaiməsi) əsasında bir neçə dəmir yolu nəqliyyatı müəssisəsinin iştirakı ilə həyata keçirilən daşınmalar

  3. Yalnız bir dəmir yolu nəqliyyat təşkilatı (müəssisəsi) tərəfindən həyata keçirilən daşınmalar

  4. Bir neçə dəmir yolu nəqliyyat təşkilatı (müəssisəsi) tərəfindən həyata keçirilən daşınmalar

  5. Bir neçə nəqliyyat sənədi (dəmir yolu qaiməsi) əsasında bir dəmir yolu nəqliyyatı müəssisəsinin iştirakı ilə həyata keçirilən daşınmalar

  1. Dəmir yolu hüququnun əsas mənbə növləridir:

  1. Normativ-hüquqi aktlar

  2. Konstitusiya qanunu

  3. Fərmanlar

  4. Sərəncamlar

  5. Normativ aktlar

  1. Bu məlumatlardan biri yol cədvəlində göstərilmir:




  1. Qatar haqqında məlumat

  2. Yük haqqında məlumat

  3. Vaqon haqqında məlumat

  4. Yük göndərən haqqında məlumat

  5. Yükalan haqqında məlumat

  1. Yük daşınması müqaviləsində subyekt hesab olunur:

  1. Hamısı

  2. Daşıyıcı

  3. Yükgöndərən

  4. Yükalan

  5. Heç biri

  1. Nəqliyyat qanunvericiliyi dedikdə başa düşülür:

  1. Hamısı

  2. “Nəqliyyat haqqında” qanun

  3. Müxtəlif nəqliyyat növləri üzrə məcəllələr

  4. Nizamnamələr

  5. Daşıma qaydaları

  1. Məhdud məsuliyyət prinsipinə görə...:

  1. Daşıyıcı yükün itməsi, əskik çıxması, zədələnməsi və ya xarab olması nəticəsində yük sahibinə vurulmuş zərərin yalnız “real zərər” adlı hissəsinin əvəzini ödəyir

  2. Daşıyıcı yükün itməsi nəticəsində yük sahibinə vurulmuş zərərin yalnız “real zərər” adlı hissəsinin əvəzini ödəyir

  3. Daşıyıcı yükün əskik çıxması və zədələnməsi nəticəsində yük sahibinə vurulmuş zərərin yalnız “real zərər” adlı hissəsinin əvəzini ödəyir

  4. Daşıyıcı yükün xarab olması nəticəsində yük sahibinə vurulmuş zərərin yalnız “real zərər” adlı hissəsinin əvəzini ödəyir

  5. Daşıyıcı yükün itməsi, əskik çıxması, zədələnməsi və ya xarab olması nəticəsində yük sahibinə vurulmuş zərərin yalnız “əldən çıxmış fayda” adlı hissəsinin əvəzini ödəyir

  1. Yanlış ifadələri müəyyən et:

  1. Yük itdikdə daşıyıcının məsuliyyəti yükün qiyməti ilə məhdudlaşır

  2. Yük itdikdə daşıyıcı yükün itməsi nəticəsində yük sahibinə vurulmuş zərərin əvəzini yükün qiyməti miqdarında ödəyir

  3. Yük itdikdə daşıyıcı yükün itməsinə görə əldən çıxmış faydanı ödəyir

  4. Yük daşınması müqaviləsi üzrə məsuliyyət çoxtərəfli normativ xarakterə malikdir

  1. 3,4

  2. 1,2

  3. 1,3

  4. 2,4

  5. 2,3

  1. Hansı hallarda daşıyıcı əmlak (mülki-hüquqi) məsuliyyətə cəlb edilir:

  1. Daşıyıcının yükü təyinat yerinə salamat (olduğu kimi) çatdırmadığı halda

  2. Daşıyıcının yükü təyinat yerinə çatdırılmadığı halda

  3. Daşıyıcı tərəfindən yükün təyinat yerinə çatdırılma müddətinin gecikdirilməsi halıında

  4. Daşıyıcı tərəfindən yükün təyinat yerinə çatdırıldıqdan sonra əlavə haqq tələb olunduqda

  1. 1,3

  2. 2,4

  3. 1,2

  4. 3,4

  5. 1,4

  1. Aşağdakılardan biri yanlışdır:

  1. Yük itdikdə - daşıyıcı itirilmiş yükün yükalan tərəfindən elan olunmuş qiyməti miqdarında zərərin əvəzini ödəyir

  2. Yük əskik çıxdıqda – daşıyıcı əskik çıxmış yükün dəyəri miqdarında zərərin əvəzini ödəməlidir

  3. Yük zədələndikdə - daşıyıcı yükün dəyərinin azaldığı miqdarda zərərin əvəzini ödəməlidir

  4. Yük xarab olduqda – daşıyıcı yükün dəyərinin azaldığı məbləğ miqdarında zərərin əvəzini ödəməlidir

  5. Xarab olmuş yükü bərpa etmək mümkün deyilsə, onda daşıyıcı yükün tam dəyəri miqdarında zərərin əvəzini ödəməlidir

  1. Dəniz daşınmalarında aşağıdakı hallardan birində yük itərsə və ya zədələnərsə, daşıyıcı məsuliyyət daşımır:

  1. Yerli icra hakimiyyəti orqanlarının hərəkətləri və ya sərəncamları (saxlama, həbs, karantin və s.)

  2. Qarşısıalınmaz qüvvə

  3. Dənizdə və gəmilərin üzdükləri digər sularda təhlükəli hal və ya hadisələr

  4. Dənizdə insanların xilas edilməsi üçün görülən istənilən tədbirlər və ya əmlakın xilas edilməsi üçün görülən ağlabatan tədbirlər

  5. Hərbi əməliyyatlar;

  1. Dəniz daşınmalarında aşağıdakı hallardan birində yük itərsə və ya zədələnərsə, daşıyıcı məsuliyyət daşımır:

  1. Daşıyıcının tabeliyində olan işçilərinin hərəkətsizlikləri

  2. Xalq ixtişaşları

  3. Yükün zahirən görünməyən qüsurları, onun xüsusiyyətləri və ya təbii itkisi

  4. Yükün tarasının və ya qabının xarici görünüşündən gözəçarpmayan qüsurları

  5. Markaların (nişanların) lazımı qədər və ya aydın olmaması

  1. Hava nəqliyyatı hüququnda yükün itməsi, əskik çıxması, və ya zədələnməsi zamanı daşıyıcını məsuliyyətdən azad etmir:

  1. Yükdaşıyanın və ya yükboşaldanın hərəkətləri və ya səhvləri

  2. Yük qəbul edilən zaman tarada və ya qablaşdırmada zahirən görünməyən qüsurlar (nöqsanlar)

  3. Yükün daşınma və saxlanma zamanı ayrıca şərait yaradılmasını və ya ehtiyyat tədbirləri görülməsini tələb edən özünəməxsus xassələrini yük qaiməsində göstərmədən daşınmaq üçün təhvil verilməsi

  4. Yükgöndərənin və ya yükalanın vasitəsilə yükvurma-yükboşaltma işləri ilə bağlı hallar

  5. Yükgöndərənin və ya yükalanın yükü müşayiət edən nümayəndələrinin yükü qorumaq üçün lazımı tədbir görməməsi

  1. Dəmir yolu nəqliyyatı hüququnda yükün itməsi, əskik çıxması, və ya zədələnməsi zamanı daşıyıcını məsuliyyətdən azad etmir:

  1. Yükdaşıyanın və ya yükboşaldanların hərəkətləri və ya hərəkətsizliyi

  2. Daşınan yükün xüsusi təbii xassələri

  3. Yükün daşınmaya qəbulu zamanı xarici görünüşdən tara və ya qabdakı gözəçarpmayan qüsurları

  4. Yükün xassəsinə uyğun olmayan tara

  5. Daşınmaya təhvil verilən yükün müəyyən edilmiş normadan çox yaş nəm olması

  1. Uyğunsuzluğu müəyyən et:

  1. Hava hüququ və hava qanunvericiliyi bir-biri ilə sıx surətdə bağlı olan anlayışlar olub, üst-üstə düşürlər.

  2. Hava hüququnun mənbələri nəqliyyat hüququnun mənbələrinin bir hissəsini təşkil edir

  3. Hava nəqliyyatında istifadə üzrə münasibətləri qaydaya salan normaların ifadə üsullarına (formalarına) hava hüququnun mənbələri deyilir

  4. Qanunlar, qanunqüvvəli aktlar; beynəlxalq müqavilələr; hüquqi adətlər hava hüququnun mənbə növləridir.

  5. Hava münasibətlərini tənzimləyən hüquq normalarının ifadə olunduğu normativ aktlar sisteminə hava qanunvericiliyi deyilir

  1. Hava hüququnun mənbəyidir:

  1. Azərbaycan Respublikasının Konstitusiyası

  2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

  3. Azərbaycan Respublikasının Hava Məcəlləsi

  4. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunu

  5. Azərbaycan Respublikasının qanunları

  1. Nəqliyyat işi barədə ümumi qaydaları müəyyən edə bilər:

  1. Azərbaycan Respublikasının Parlamenti

  2. Azərbaycan Respublikasının Prezidenti

  3. Azərbaycan Respublikasının Baş naziri

  4. Azərbaycan Respublikasının Nazirlər kabineti

  5. Azərbaycan Respublikasının Nəqliyyat nazirliyiu

  1. Azərbaycan Respublikasının hava qanunvericiliyinə daxil olan əsas normativ aktdır:

  1. Azərbaycan Respublikasının Hava Məcəlləsi

  2. Azərbaycan Respublikasının Konstitusiyası

  3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

  4. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunu

  5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

  1. Nəqliyyat fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirir:

  1. Azərbaycan Respublikasının “Nəqliyyat haqqında” qanunu

  2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

  3. Azərbaycan Respublikasının Hava Məcəlləsi

  4. Azərbaycan Respublikasının Prezidentinin fərmanları

  5. “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında” əsasnaməsi

  1. Hava hüququnun mənbələridir:

  1. Hamısı

  2. “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında”

  3. “Sərnişinlərin icbari sığortası haqqında”

  4. “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında”

  5. Heç biri

  1. Uyğunluq pozulmuşdur:

  1. Azərbaycan Respublikası Varşava Konvensiyasının və Haaqa Protokolunun iştirakçısıdır. Lakin, Konvensiya və Protokolun Azərbaycan üçün hüquqi qüvvəsi yoxdur.

  2. “Beynəlxalq hava daşımalarına dair bəzi qaydaların unifikasiyası üçün” Konvensiya (Varşava, 1929-cu il 12 oktyabr)

  3. “Beynəlxalq hava daşımalarına aid bəzi qaydaların unifikasiyası üçün” Konvensiyaya düzəlişlər haqqında Protokol. Haaqa 1955-ci il, 28 sentyabr

  4. Varşava Konvensiyasında 100-dən çox dövlət iştirak edir. Onların əksəriyyəti həm də Haaqa protokoluna qoşulmuşlar

  5. Varşava Konvensiyasının əsas təyinatı sərnişin və yüklərin hava yolu ilə daşınması şərtlərini müəyyənləşdirməkdən ibarətdir.

  1. “Azərbaycan Hava Yolları” Dövlət Konserninin həyata keçirdiyi fəaliyyətin hüquqi əsasını təşkil edir:

  1. Nizamnamə

  2. Konstitusiya

  3. Məcəllə

  4. Qanun

  5. Fərman

  1. Yük qaiməsində aşağıdakılardan biri göstərilmir:

  1. Yükün dəyəri

  2. Yükün dəqiq adı;

  3. Yükün çəkisi;

  4. Yerlərin sayı

  5. Yükün ölçüsü və ya həcmi

  1. Hava yolu ilə sərnişin daşınması zamanı bilet daşıyıcı tərəfindən etibarsız sayıla bilməz:

  1. Biletdə onu verən şəxsin imzasının olmaması

  2. Biletin hər hansı bir hissəsinin zədələnməsi və ya orada düzəlişlər edilməsi

  3. Biletdə onu verən kassanın ştampının olmaması

  4. Biletin uçuş kuponuna (yoxlama talonuna) malik olmaması

  5. Biletin dəyərinə aid olan hissənin (pul hissəsinin) düzgün tərtib edilməməsi

  1. Biletdə göstərilir:

  1. Hamısı.

  2. Biletin verilmə yeri

  3. Biletin verilmə günü

  4. Daşımanın başlanğıc yeri

  5. Son təyinat yeri (mənzil başı)

  1. Biletdə göstərilir:

  1. Hamısı

  2. Səfər vaxtı olacaq dayanacaqlar

  3. Daşıyıcının adı və ünvanı

  4. Daşımanın həyata keçirilməsində cavabdeh olan şəxslərin məsuliyyəti haqqında göstəriş

  5. Heç biri

  1. Sənədlərdən biri əsasında sərnişinə bilet verilə bilməz:

  1. Fəxri ad, medal və ordenə görə verilmiş vəsiqə

  2. Vətəndaşın pasportu (şəxsiyyət vəsiqəsi)

  3. Xidməti (qulluq) pasport

  4. Xarici pasport

  5. Milli Məclis deputatının vəsiqəsi

  1. Sənədlərdən biri əsasında sərnişinə bilet verilə bilməz:

  1. Nigah haqqında şəhadətnamə əsasında

  2. Sovet İttifaqı Qəhrəmanının vəsiqəsi, Azərbaycanın Milli Qəhrəmanının vəsiqəsi əsasında

  3. Hərbi xidmətçilərin, daxili işlər orqanlarının və milli təhlükəsizlik orqanlarının əməkdaşlarının vəsiqələri əsasında

  4. Hərbi bilet əsasında

  5. Doğum haqqında şəhadətnamə və ya pasportda valideynlər haqqında qeyd (16 yaşı tamam olmayan şəxslər üçün) əsasında

  1. Daşıyıcı sərnişin daşımanı həyata keçirməkdən imtina edə bilər:

  1. Daşıyıcı sərxoş vəziyyətdə olduqda

  2. Hava gəmisinin təhlükəsizliyini təmin etmək zərurətinin yarandıqda

  3. Dövlət orqanlarının tələblərini yerinə yetirmək zərurəti olduqda

  4. Sərnişin sərxoş vəziyyətdə olduqda

  5. Sərnişinin xəstələnməsi, bir şərtlə ki, xəstəlik sərnişin üçün və ya ətrafdakılar üçün təhlükə yaratdıqda

  1. Qaimənin tərtib edildiyi yer və tarix, yükgöndərənin adı və ünvanı, daşıyıcının adı və ünvanı; yükləmənin yeri və tarixi, yük yerlərinin adı və nömrələri; daşımanın qiyməti hansı növ rekvizitlərə daxildir:




  1. Məcburi rekvizitlərə

  2. Fakultativ rekvizitlərə

  3. Ümumi rekvizitlərə

  4. Xüsusi rekvizitlərə

  5. Deklorativ rekvizitlərə

  1. Fakultativ rekvizitlərə daxildir:

  1. Əlavə məlumatlar

  2. Ümumi məlumatlar

  3. Xüsusi məlumatlar

  4. Məcburi məlumatlar

  5. Məxfi məlumatlar

  1. “Azəravtonəqliyyat” Dövlət Konserninin əsas vəzifə və funksiyalarına daxildir:

  1. Hamısı

  2. İqtisadiyyatın və əhalinin avtonəqliyyat xidmətlərinə olan tələbatının təmin edilməsinə, istehsal potensialından və əmək ehtiyatlarından tam istifadə olunmasına yönələn tədbirlər görmək üçün proqram və iqtisadi mexanizmlər işləyib hazırlamaq

  3. Avtonəqliyyatın inkişafı sahəsində vahid elmi-texniki siyasəti həyata keçirmək

  4. Avtonəqliyyat xidmətlərinin azad və rəqabətə əsaslanan bazarının təşəkkülü üçün şərait yaratmaq

  5. Heç biri

  1. Nəqliyyat hüququnun mənbəyi hesab etmək olmaz:

  1. Ali Məhkəmə Plenumunun qərarları

  2. Yerli özünüidarə orqanlarının qərarları

  3. Yerli icra hakimiyyəti orqanlarının qərarları

  4. Normativ hüquqi aktlar

  5. Əmlak dövriyyə adətləri

  1. Nəqliyyat hüququnun mənbəyi hesab etmək olar:

  1. Konstitusiya Məhkəməsinin qərarları

  2. Presedent hüququ

  3. Nəqliyyat müqavilələri

  4. Məhkəmə təcrübəsi

  5. Hüquqi doktrina

  1. Yüklə 0,67 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin