Nəqliyyat münasibətlərinin hüquqi cəhətdən rəsmiləşdirilməsi necə adlanır?



Yüklə 0,67 Mb.
səhifə4/6
tarix03.06.2018
ölçüsü0,67 Mb.
#52490
1   2   3   4   5   6

Yanlış ifadələri müəyyən et:

  1. Yük itdikdə daşıyıcının məsuliyyəti yükün qiyməti ilə məhdudlaşır

  2. Yük itdikdə daşıyıcı yükün itməsi nəticəsində yük sahibinə vurulmuş zərərin əvəzini yükün qiyməti miqdarında ödəyir

  3. Yük itdikdə daşıyıcı yükün itməsinə görə əldən çıxmış faydanı ödəyir

  4. Yük daşınması müqaviləsi üzrə məsuliyyət çoxtərəfli normativ xarakterə malikdir

  1. 3,4

  2. 1,2

  3. 1,3

  4. 2,4

  5. 2,3

  1. Nəqliyyat vasitəsini idarəetmə hüququ kimə verilir?

  1. müvafiq ixtisas tələblərinə və sağlamlıq vəziyyəti müvafiq normalara cavab verən fiziki şəxsə

  2. Yaşı 18-dən yuxarı, müvafiq ixtisas tələblərinə cavab verən şəxsə

  3. Yaşı 18-dən yuxarı, sağlamlıq vəziyyəti müvafiq normalara cavab verən fiziki şəxsə

  4. Hamısı

  5. Heç biri

  1. Hansı halda daşıyıcı sərnişinləri öz hesabına mehmanxanada yerlə təmin etməlidir?

  1. Sərnişin daşımaları üzrə reyslər 8 saat və ondan artıq gecikdirildikdə

  2. Nəqliyyat vasitəsinin yola düşməsi ləngidikdə

  3. Şəhər daşımaları təxirə salındıqda

  4. Şəhərətrafı daşımalar pozulduqda

  5. Heç biri

  1. Hansı halda sərnişinə reysin dəyişdirilməsi barədə rəsmi sənəd verilir və ya biletdə müvafiq qeydiyyat aparılır?

  1. Sərnişinin tələbi ilə

  2. Bələdiyyələrin tələbi ilə

  3. Nəqliyyat təşkilatının rəhbərinin tələbi ilə

  4. Icraçıların tələbi ilə

  5. Hamısı

  1. Daşıyıcı hansı vaxtdan etibarən yükün qorunmasnı təmin etməlidir?

  1. Müştəridən yükü qəbul etdiyi andan

  2. Şəhərətrafı daşımalar pozulduğu andan

  3. Sərnişin müqavilə bağladığı andan

  4. Hamısı

  5. Heç biri

  1. Yük və ya baqaj itirildikdə daşıyıcı müştəriyə vurulmuş zərəri hansı miqdarda ödəyir?

  1. Itirilmiş yükün dəyəri miqdarında

  2. Yükün elan olunmuş dəyəri miqdarında

  3. Yükün həqiqi dəyəri miqdarında

  4. Yükün hüquqi dəyəri miqdarında

  5. Heç biri

  1. Daşıyıcı daşıma haqqını hansı halda müştəriyə qaytarır?

  1. Əgər bu haqq yükün və ya baqajın dəyərinə daxil deyilsə

  2. Itmiş yükün dəyəri ödənilərsə

  3. Itmiş baqajın dəyəri ödənilərsə

  4. Müqavilədə göstərilərsə

  5. hamısı

  1. Xüsusi yüklərin mühafizəsi hansı orqan tərəfindən həyata keçirilir?

  1. Müvafiq icra hakimiyyəti orqanı

  2. Yükgöndərən

  3. Yükalan

  4. Daşıyıcı

  5. Bələdiyyələr

  1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhlükəli yüklərin yolboyu mühafizəsini kimlər təmin edir?

  1. yükgöndərənlər

  2. daşıyıcılar

  3. bələdiyyələr

  4. müvafiq icra hakimiyyəti orqanı

  5. sərnişinlər

  1. Nəqliyyat müəssisələri və daşıyıcılar borcludurlar:

  1. Sərnişinlərin həyat təhlükəsizliyini təmin etməyə

  2. Sərnişinlərin biletlərinin dəyəri haqqında qeydiyyat aparmağa

  3. Sərnişinlərin şəxsiyyətini təsdiq edən sənədləri mühafizə etməyə

  4. Hərbiləşdirilmiş mühafizə təşkil etməyə

  5. hamısı

  1. Hansı halda yükgöndərən və yükalan malların daşıma təhlükəsizliyinə zəmanət verməlidirlər?

  1. Partlayıcı və pirotexniki materialları göndərən zaman

  2. Uşaq qidaları göndərilərkən

  3. Sərnişin daşımaları zamanı

  4. Yükləmə-boşaltma işləri həyata keçirilərkən

  5. hamısı

  1. Təhlükəli yüklərin daşınma qaydalarını kim müəyyən edir?

  1. Müvafiq icra hakimiyyəti orqanı

  2. daşıyıcı

  3. Bələdiyyələr

  4. Yükalan

  5. Yükgöndərən

  1. Hansı ərazilər yüksək təhlükəli zonalar hesab edilir?

  1. Üzərində nəqliyyat vasitələrinin hərəkəti həyata keçirilən nəqliyyat obyektlərinin ərazisi

  2. d/y vağzalı

  3. anbarlar

  4. Sərnişin daşımalarını həyata keçirən nəqliyyat müəssisələri

  5. Hamısı

  1. Hansı malların ölkə ərazisinə daşınması və ölkə ərazisindən tranzit yolu aparılması qadağandır?

  1. Xarici ölkələrdən radioaktiv və toksik tullantıların

  2. Uşaq qidalarının

  3. Dərmanların

  4. Tikinti materiallarının

  5. Boyayıcı vasitələrin

  1. Daşıyıcılar yerinə yetirməyə borclu deyil:

  1. Sərnişinlərin mühafizəsini həyata keçirmə

  2. Ətraf mühitin mühafizəsini həyata keçirməyə

  3. Hava hövzəsinin mühafizəsini həyata keçirmə

  4. Mühafizəsini həyata keçirmə

  5. Nəqliyyat vasitələrini yenisi ilə əvəz etməyə

  1. Faydalı qazıntıların olduğu meydançada nəqliyyat müəssisələrinin tikintisinə nə zaman icazə verilir?

  1. Müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə

  2. Müqavilədə müvafiq qeydlər olarsa

  3. Bələdiyyələrin icazəsi ilə

  4. Məhkəmənin qərarı ilə

  5. Nəqliyyat Nazirliyinin icazəsi ilə

  1. Daxili dəniz suları hansı sulardır?

  1. sahil xətti ilə ərazi dənizinin enini hesablamaq üçün götürülən başlanğıc xəttlər arasında yerləşən su məkanı

  2. ərazi dənizinin hüdudlarından kənarda yerləşən açıq dəniz rayonu

  3. eni 200 mildən artıq olmayan aşıq dəniz rayonu

  4. əcnəbi gəmiləri tərəfindən immiqrasiya nəzarətini həyata keçirmək məqsədilə sahilyanı dövlətin müəyyən etdiyi aşıq dəniz rayonu

  5. heç biri

  1. Bitişik zonanın eni nə qədər olmalıdır?

  1. 12 dəniz milindən az

  2. 200 dəniz mili

  3. 10 dəniz mili

  4. 24 dəniz milindən az

  5. Heç biri

  1. Hansı sulara Açıq dəniz deyilir?

  1. Dünya okeanının, heç bir dövlətin yuridiksiyasına aid olmayan və bütün dövlətlərin istifadəsi üçün açıq olan su hissəsinə

  2. sahil xətti ilə ərazi dənizinin enini hesablamaq üçün götürülən başlanğıc xəttlər arasında yerləşən su məkanı

  3. eni 200 mildən artıq olmayan aşıq dəniz rayonu

  4. 12 dəniz milindən az olan sulara

  5. Heç biri

  1. Hansı dövlət açıq dənizin hər hansı hissəsini öz suverenliyinə tabe etdirə bilər?

  1. Heç bir dövlət

  2. ABŞ

  3. Kanada və ABŞ

  4. ABŞ və Rusiya

  5. ABŞ, Türkiyə, RF,Fransa

  1. Gəmiçilik azadlığı nə deməkdir?

  1. Hər dövlətin gəmisi açıq dənizdə sərbəst üzə bilər

  2. Yalnız ABŞ-ın gəmiləri açıq dənizdə sərbəst üzə bilər

  3. Yalnız BMT-yə üzv olan dövlətlərin gəmiləri açıq dənizdə sərbəst üzə bilər

  4. Yalnız Avropa birliyinə olan üzv dövlətlərin gəmiləri açıq dənizdə sərbəst üzə bilər

  5. Hamısı

  1. Kontinental şelf dedikdə nə başa düşülür?

  1. Sahilyanı dövlətin ərazi dənizinin xarici sərhəddindən başlamış açıq dənizə doğru, beynəlxalq hüquqla müəyyən olunmuş həddə qədər uzanan dəniz dibi və habelə onun təki başa düşülür

  2. Sahil xətti ilə ərazi dənizinin enini hesablamaq üçün götürülən başlanğıc xəttlər arasında yerləşən su məkanı

  3. Dünya okeanının, heç bir dövlətin yuridiksiyasına aid olmayan və bütün dövlətlərin istifadəsi üçün açıq olan su hissəsinə

  4. Eni 200 mildən artıq olmayan açıq dəniz rayonu

  5. Eni 200 mildən artıq olmayan açıq dəniz rayonu

  1. Kontinental şelfin xarici sərhədi nə qədər olmalıdır?

  1. 350 dəniz milindən artıq olmayan

  2. eni 200 mildən artıq olmayan açıq dəniz rayonu

  3. eni 200 mildən az olmayan açıq dəniz rayonu

  4. 12 dəniz mili

  5. Heç biri

  1. Sahilyanı dövlət kontinental şelf üzərində hansı suveren hüquqlara malikdir?

  1. Təbii sərvətlərin kəşfiyyatı və istismarı məqsədilə

  2. Hərbi məqsədlərlə

  3. Liman yaratmaq məqsədilə

  4. Balıqçılıq məqsədilə

  5. Hamısı

  1. Müstəsna iqtisadi zonaya hansı ərazilər aiddir?

  1. Eni 200 mildən az olmayan açıq dəniz rayonuərazi dənizinin hüdudlarından kənarda yerləşən və ona bitişik olan , eni 200 mildən artıq olmayan dəniz rayonu

  2. Sahilyanı dövlətin ərazi dənizinin xarici sərhəddindən başlamış açıq dənizə doğru, beynəlxalq hüquqla müəyyən olunmuş həddə qədər uzanan dəniz dibi və habelə onun təki

  3. Dünya okeanının, heç bir dövlətin yuridiksiyasına aid olmayan və bütün dövlətlərin istifadəsi üçün açıq olan su hissəsi

  4. sahil xətti ilə ərazi dənizinin enini hesablamaq üçün götürülən başlanğıc xəttlər arasında yerləşən su məkanı

  5. eni 200 mildən artıq olmayan açıq dəniz rayonu

  1. Müstəsna iqtisadi zonada dəniz mühitinin qorunubsaxlanması hansı dövlətin yuridiksiyasına aiddir?

  1. Sahilyanı dövlətin

  2. Konvensiyaya üzv dövlətlərin

  3. BMT üzv dövlətlərin

  4. AB-nə üzv olan dövlətlərin

  5. Heç biri

  1. Sahilyanı dövlətin iqtisadi xarakterli suveren hüquqlarına deyil:

  1. Hərbi əməliyyatlar həyata keçirə bilər

  2. Burada olan bütün təbii sərvətlərin kəşfiyyatı və istismarını

  3. Iqtisadi məqsədlərlə süni adalar və qurğular yarada bilər

  4. Elmi tədqiqatlar apara bilər

  5. Dəniz mühitini qoruyub saxlaya bilər

  1. Açıq dənizin hüquqi rejiminə hansı azadlıqlar daxildir?

  1. Hərbi kəşfiyyat azadlığı

  2. Gəmiçilik azadlığı

  3. Uçuş azadlığı

  4. Balıqçılıq azadlığı

  5. Elmi tədqiqatlar azadlığı

  1. Beynəlxalq dəniz dibi rayonu hansı Konvensiyada bəşəriyyətin ümumi irsi elan olunmuşdur?

  1. 1982-ci il Konvensiyası

  2. 1999-cu il Konvensiyası

  3. 1985-ci il Konvensiyası

  4. 2001-ci il Konvensiyası

  5. Heç biri

  1. Dəniz dibi üzrə Beynəlxalq “Orqan” ın neçə üzvü var?

  1. 36

  2. 12

  3. 18

  4. 51

  5. 5

  1. Qapalı dəniz dedikdə nə başa düşülür?

  1. Bir neçə dövlətin sahilini yuyan və öz coğrafi vəziyyətinə görə başqa dənizə tranzit keçid kimi istifadə olunmayan dəniz

  2. sahil xətti ilə ərazi dənizinin enini hesablamaq üçün götürülən başlanğıc xəttlər arasında yerləşən su məkanı

  3. Eni 200 mildən az olmayan açıq dəniz rayonuərazi dənizinin hüdudlarından kənarda yerləşən və ona bitişik olan , eni 200 mildən artıq olmayan dəniz rayonu

  4. Dünya okeanının, heç bir dövlətin yuridiksiyasına aid olmayan və bütün dövlətlərin istifadəsi üçün açıq olan su hissəsi

  5. Heç biri

  1. Qara dəniz boğazlarının hüquqi rejimi hansı Konvensiya ilə müəyyən edilmişdir?

  1. 1936-cı il Konvensiyası

  2. 1982-ci il Konvensiyası

  3. 1999-cu il Konvensiyası

  4. 1985-ci il Konvensiyası

  5. Heç biri

  1. Beynəlxalq kanallar hansı qurğulara deyilir?

  1. Dəniz və okeanları birləşdirən və beynəlxalq gəmiçilik üçün istifadə olunan hidrotexniki qurğulara

  2. Dünya okeanının, heç bir dövlətin yuridiksiyasına aid olmayan və bütün dövlətlərin istifadəsi üçün açıq olan su hissəsinə

  3. Sahil xətti ilə ərazi dənizinin enini hesablamaq üçün götürülən başlanğıc xəttlər arasında yerləşən su məkanına

  4. Ərazi dənizinin hüdudlarından kənarda yerləşən açıq dəniz rayonu

  5. Hamısı



  1. Beynəlxalq kanal hansı ərazilərdə çəkilir?

  1. hər hansı suveren dövlətin razılığı ilə onun ərazisində

  2. Sahilyanı dövlətin ərazisində

  3. Sahilyanı olmayan dövlətlərin ərazisində

  4. Meqadövlətlərin ərazisində

  5. Liman dövlətlərin ərazisində

  1. Hansı sırada beynəlxalq kanalların adları verilmişdir?

  1. Süveyş, Panama, Kil

  2. Kil, Cəbəllütariq, Pa-De-Kale

  3. La-Manş, Pa-De-Kale, Ormuz

  4. Sinqapur, Ormuz, Pa-De-Kale

  5. Kil, Mərmərə,Zund

  1. Beynəlxal Dəniz Təşkilatı (BDT) neçənci ildə təsis olunmuşdur?

  1. 1958

  2. 1999

  3. 1985

  4. 1947

  5. 2001

  1. 1897-ci ildə Belçikada hansı dəniz təşkilatı təsis edilmişdir?

  1. Beynəlxalq Dəniz komitəsi

  2. Beynəlxalq Dəniz Təşkilatı

  3. Hökumətlərarası okeanoqrafiya komissiyası

  4. Beynəlxalq Şura

  5. KOTİF

  1. 1979-cu ildə yaradılmış Beynəlxalq dəniz peyk rabitəsi təşkilatının məqsədi nədir?

  1. Yerin süni peykləri vasitəsilə dəniz gəmilərinin gəmi sahibləri ilə və bu təşkilatı təsis etmiş dövlətlərin müvafiq orqanları ilə əlaqəsini gecə-gündüz və tez təmin etmək

  2. Beynəlxalq ticarət gəmiçiliyinin texniki məsələlərinə dair dövlətlərin əməkdaşlığına şərait yaratmaq

  3. Yol verilən ayrı-seçkilik tədbirlərinin və məhdudiyyətlərin aradan qaldırılmasına dəstək vermək

  4. Hamısı

  5. Heç biri

  1. Beynəlxalq hava hüququnun əsas mənbəyi nədir?

  1. Beynəlxalq müqavilələr

  2. Konstitusiya

  3. MM

  4. Nəqliyyat hüququ

  5. Nəqliyyat haqqında qanun

  1. 1944-cü ildə beynəlxalq hava hüququ sahəsində imzalanmış ən mühüm akt necə adlanır?

  1. Çikaqo Konvensiyası

  2. 1982-ci il Konvensiyası

  3. Bern Konvensiyası

  4. Nürnberq Konvensiyası

  5. Varşava Konvensiyası

  1. Beynəlxalq mülki aviasiya təşkilatının təşkili və fəaliyyətinin hüquqi əsasları hansı sənəddə müəyyən edilmişdir?

  1. Çikaqo Konvensiyasında

  2. 1982-ci il Konvensiyasında

  3. Bern Konvensiyasında

  4. Varşava Konvensiyasında

  5. Nürnberq Konvensiyasında

  1. Beynəlxalq hava hüququnun prinsiplərinə aid deyil:

  1. Müəyyən dövlətin ərazisi üzərindən tranzit uçub keçmək hüququ

  2. Öz hava məkanı üzərində dövlətin tam və müstəsna suverenliyi

  3. Aşıq hava məkanında uçuş azadlığı

  4. Beynəlxalq mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi

  5. Heç biri

  1. Hava məkanındakı uçuşların növlərinə aid deyil:

  1. Açıq hava məkanında uçuş azadlığı

  2. Bir dövlətin ərazisindən başqa dövlətin ərazisinə

  3. Açıq dəniz rayonundan və ya Antartikadan xarici dövlətin ərazisinə və geriyə

  4. Açıq dənizin bir rayonundan digərinə

  5. Beynəlxalq boğazlardan tranzit uçub keçməklə

  1. Kommersiya xarakterli beynəlxalq hava uuşlarını müəyyən edən hüquqlara aid deyil:

  1. Açıq hava məkanında uçuş azadlığı

  2. Xarici dövlətin ərazisindən öz ərazisinə həyata keçirilən hüquq

  3. Göstərilən tranzit uçuşu qeyri-kommersiya məqsədləri ilə yerə enməklə yerinə yetirmək hüququ

  4. Xarici dövlətin ərazisində sərnişinləri düşürmək və hava gəmisinin qeydiyyatda dövlətdə götürülmüş poçtu başaltmaq hüququ

  5. Heç biri

  1. 1947-ci ildən fəaliyyət göstərən və hazırda 188 üzvü olan beynəlxalq mülki aviasiya sahəsində ən nüfuzlu beynəlxalq təşkilat hansıdır?

  1. İKAO

  2. EKAK

  3. AFKAK

  4. ASEKNA

  5. LAKAK

  1. Avropa mülki aviasiya konfransı (EKAK) nə vaxt təsis olunmuşdur?

  1. 1954

  2. 1947

  3. 1982

  4. 1958

  5. 1999

  1. 1969-cu ildə təsis olunmuş AFKAK təşkilatının neçə üzvü var?

  1. 32

  2. 12

  3. 33

  4. 6

  5. 31

  1. ASEKNA təşkilatının məqsədi nədir?

  1. Üzv dövlətlərin əraziləri üzərində müntəzəm və təhlükəsiz uçuşlar təmin etməkdən

  2. Tövsiyyə xarakterli qərarlar qəbul etməkdən

  3. Mülki və hərbi hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etmək

  4. Hamısı

  5. Heç biri

  1. Ərəb dövlətlərinin mülki aviasiya şurası (KAKAS) nə vaxt təsis olunmuşdur?

  1. 1965

  2. 1954

  3. 1958

  4. 1947

  5. 1960

  1. Ərəb dövlətlərinin mülki aviasiya şurası (KAKAS)-ın neçə üzvü var?

  1. 20

  2. 12

  3. 32

  4. 31

  5. 6

  1. Aeronaviqasiya xidməti üzrə Mərkəzi Amerika korporasiyası nə vaxt təsis edilmişdir?

  1. 1960

  2. 1954

  3. 1965

  4. 1973

  5. 1999

  1. Sığorta müqaviləsi bağlanarkən Sığortalı hansı məlumatları sığortaçıya bildirməlidir?

  1. sığorta riskinin müəyyən olunması sığorta haqqının hesablanması üçün zəruri və ona məlum olan bütün məlumatı

  2. Təbii fəlakətlər haqqında məlumatları

  3. Nəqliyyat təşkilatı haqqında məlumatları

  4. Hamısı

  5. Heç biri

  1. D/y sahəsində sığorta predmeti nədir?

  1. d/y nəqliyyatı

  2. d/y müəssisəsi

  3. müqavilələr

  4. sığortalı

  5. Heç biri

  1. Hansı d/y nəqliyyatı sığortalana bilər?

  1. Refrijeraor və sisternlər

  2. Təyyarələr

  3. Gəmilər

  4. Helikopterlər

  5. Hamısı

  1. Sığorta şəhadətnaməsi hansı halda öz qüvvəsini itirir?

  1. Sığorta haqqı göstərilən müddət ərzində sığortaçıya ödənilməzsə

  2. Sığorta haqqı göstərilən müddət ərzində sığortaçıya ödənilərsə

  3. Təbii fəlakət baş verdikdə

  4. Müqavilə gec imzalandıqda

  5. Heç biri

  1. Hansı dartıcı d/y vasitələri sığortalana bilər?

  1. Elektrovozlar

  2. Təyyarələr

  3. Avtomobillər

  4. Sisternlər

  5. Refrijeratorlar

  1. Sığortaçı hansı halda ödəniş verməkdən imtina edə bilər?

  1. sığortalı bildirdiyi məlumatı qəsdən yanlış verərsə

  2. sığortalı bildirdiyi məlumatı bilməyərəkdən yanlış verərsə

  3. təbii fəlakət halları baş verərsə

  4. hamısı

  5. heç biri

  1. Sığortaçının səlahiyyətli nümayəndəsinə hansı məsələlərdə lazımi kömək göstərilməlidir?

  1. sığortra hadisəsi hesab edilən hadisə barədə məlumat əldə etmək

  2. Sığorta hadisəsi barədə yanlış məlumat əldə etmək

  3. Sığorta obyektinin həcmi barədə məlumat vermək

  4. Sığorta obyektinin sahibi haqqında məlumat vermək

  5. Heç biri

  1. D/y nəqliyyat vasitələri nə zaman sığortalanmış sayılır?

  1. D/y nəqliyyat vasitələri ancaq sığorta müqaviləsində göstərilmiş ərazidə

  2. D/y nəqliyyat vasitələri ancaq sığorta müqaviləsində göstərilmiş ərazidən kənarda

  3. İcra hakimiyyəti ərazisində

  4. Bələdiyyəyə aid olan ərazilərdə

  5. Heç biri

  1. Sığorta müqaviləsi qüvvədə olduğu müddətdə hansı səbəbdən d/y nəqliyyatı vasitələrinin zədələnməsi və ya məhv olması sığorta hadisəsi hesab edilir?

  1. Yanğın və ya partlayış

  2. Istifadəçinin şəxsiyyətini təsdiq edən sənəd olmadıqda

  3. d/y vasitəsinin sənədləri olmadıqda

  4. hamısı

  5. heç biri

  1. Təbii fəlakətlər dedikdə nə başa düşülür?

  1. yanğın, zəlzələ, şaxtalar və s.

  2. Sığortalının qəsdi

  3. Hərbi əməliyyatlar

  4. Müharibə

  5. Sel, vulkan, nəqliyyatın relsdən çıxması

  1. Sığorta təminatına daxil edilmir?

  1. Sığortalının qəsdi

  2. Qasırğa

  3. d/y vasitəsinin relsdən çıxması

  4. yanğın

  5. üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri

  1. Sığorta predmetinin dəyəri nə deməkdir?

  1. D/y nəqliyyat vasitəsinin sığorta müqaviləsinin bağlanılma gününə olan real dəyəri

  2. Sığortaçının müəyyən etdiyi dəyər

  3. Nəqliyyat müəssisəsinin təklif etdiyi dəyər

  4. Hamısı

  5. Heç biri

  1. Sığortanın məbləği necə hesablanır?

  1. Sığorta tariflərinə əsasən

  2. Sığortalının şərtlərinə əsasən

  3. Sığortaçının şərtlərinə əsasən

  4. Nəqliyyat müəssisəsinin təklifinə əsasən

  5. Hamısı

  1. Müəyyən olunmuş gün ərzində sığorta haqqı ödənilməzsə................. .?

  1. Sığorta şəhadətnaməsi etibarsız hesab olunar

  2. Sığorta haqqında müqavilə ləğv edilər

  3. Sığortaçı sığortalını məhkəməyə verər

  4. Heç biri

  5. Hamısı

  1. Sığorta müqaviləsinə hansı hallarda xitam verilir?

  1. Müqavilənin müddəti bitdikdə

  2. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə

  3. Sığorta şəhadətnaməsi verildikdə

  4. Məhkəmə sığorta şəhadətnaməsinin etibarsız olduğu haqda qərar verdikdə

  5. Təbii fəlakət baş verdikdə

  1. 1,2,4

  2. 1,2,3

  3. 2,5

  4. 1,2,5

  5. 2,4,5

  1. Sığortalı sığortaçıya və ya onun nümayəndəsinə sığorta hadisəsi barədə hansı müddətdə məlumat verməyə borcludur?

  1. 5 gün müddətində

  2. 1 ay müddətində

  3. 7 gün müddətində

  4. 3 ay müddətində

  5. Heç biri

  1. Dəmiryol nəqliyyatı tam məhv olduqda dəyən zərər necə müəyyən edilir?

  1. Sığorta hadisəsi baş verən andakı bazar qiyməti həcmində

  2. Təmir olunduqda

  3. Təmir xərcləri həcmində

  4. Bazar qiymətindəki ucuzlaşma həcmində

  5. hamısı

  1. Sığortalı tərəfindən hansı sənədlər təqdim olunur?

  1. Sığorta şəhadətnaməsi

  2. Sürücülük vəsiqəsi

  3. Sığorta ödənişinin verilməsi barədə ərizə

  4. Nigah haqqında sənəd

  5. Ekspertlərin tərtib etdikləri rəy

  1. 1,3,5

  2. 2,3,4

  3. 4,5

  4. 1,3,4

  5. 2,4,5

  1. Beynəlxalq aeroportlar dünyanın neçə ölkəsində yerləşir?

  1. 170

  2. 200

  3. 160

  4. 99

  5. 110

  1. Beynəlxalq müntəzəm daşımanın ən çox hissəsi hansı bazarların payına düşür?

  1. Şimali Atlantika, Sakit Okean, Avropadaxili

  2. Fransa, ABŞ Afrika

  3. Avstraliya, Almaniya, Asiya

  4. Asiya, Avropa

  5. Afrika, BƏƏ,Asiya

  1. Hava nəqliyyatının mühüm xüsusiyyətlərinə aiddir:

  1. Sürət,yüksək keçicilik

  2. Yararlılıq

  3. Az yanacaq sərfi

  4. Hamısı

  5. Heç biri

  1. Daşıma qabiliyyəti nə deməkdir?

  1. Müəyyən vaxt ərzində nəqliyyat vasitəsilə daşımanın maksimum həcmidir

  2. Təmirə yararlılıq xüsusiyyəti

  3. Yüksək sürətlə daşımanın maksimum həcmidir

  4. Daşınan sərnişinlərin sayı

  5. Heç biri

  1. Kommersiya siyasəti dedikdə nə başa düşülür?

  1. konkret bazar konyukturası və müəyyən vəziyyətdən asılı olaraq aviakompaniyanın hərəkət istiqamətidir

  2. müəyyən vaxt ərzində nəqliyyat vasitəsilə daşımanın maksimum həcmidir

  3. Yüksək sürətlə daşımanın maksimum həcmidir

  4. Hava nəqliyyatının Təmirə yararlılıq xüsusiyyəti

  5. Heç biri

  1. Proreyt ifadəsinin açıqlaması necədir?

  1. Aviaxətlərin müxtəlif hissələrində tarif stafkalarının nisbətinin təyin edilməsidir.

  2. Aviaxətlərin eyni hissəsində tarif stafkalarının təyin edilməsi

  3. Müəyyən vaxt ərzində nəqliyyat vasitəsilə daşımanın maksimum həcmidir

  4. Hava nəqliyyatının Təmirə yararlılıq xüsusiyyəti

  5. Yüksək sürətlə daşımanın maksimum həcmidir

  1. Aviakompaniyalar hansı təşkilatlardır?

  1. Proreyt üzrə sazişin çoxtərəfli iştirakçılarıdır

  2. Proreyt üzrə sazişin birtərəfli iştirakçılarıdır

  3. Təmirə yararlılıq xüsusiyyəti olan təşkilatlardır

  4. Hamısı

  5. Heç biri

  1. Beynəlxalq nəqliyyat hüququnun subyektləri neçə qrupa bölünür?

  1. 2

  2. 4

  3. 3

  4. 5

  5. 6

  1. Beynəlxalq ümumi nəqliyyat hüququnun subyektləri rolunda hansı təşkilatlar çıxış edə bilər?

  1. Dövlət və hökumətlərarası beynəlxalq təşkilatlar

  2. Bələdiyyələr və məhkəmələr

  3. İcra hakimiyyəti orqanları və nəqliyyat təşkilatları

  4. Beynəlxalq nəqliyyat təşkilatları

  5. Beynəlxalq məhkəmələr

  1. Dövlət hansı beynəlxalq hüquq subyektliliyinə malikdir?

  1. Ümumi

  2. Məhdud

  3. Funksional

  4. Hüquqi

  5. Fiziki

  1. Beynəlxalq təşkilatlar hansı beynəlxalq hüquq subyektliliyinə malikdir?

  1. Funksional

  2. Universal

  3. Ümumi

  4. Fiziki

  5. Müntəzəm

  1. Beynəlxalq nəqliyyat daşımalarının təşkili və həyata keçirilməsi zamanı beynəlxalq nəqliyyat hüququnun tətbiq edilən ümumi prinsiplərinə aid deyil?

  1. Təqsirə görə məsuliyyət prinsipi

  2. Beynəlxalq nəqliyyat münasibətlərində dövlətlərin suveren bərabərliyi prinsipi

  3. Dövlətlərin qarşılıqlı əməkdaşlıq prinsipi

  4. Dövlətlərin öz üzərinə götürdükləri öhdəliklərin vicdanla yerinə yetirməsi prinsipi və s.

  5. Heç biri

  1. Beynəlxalq nəqliyyat daşımalarının təşkili və həyata keçirilməsi zamanı beynəlxalq nəqliyyat hüququnun tətbiq edilən xüsusi prinsiplərinə aid deyil?

  1. Dövlətlərin qarşılıqlı əməkdaşlıq prinsipi

  2. Təqsirə görə məsuliyyət prinsipi

  3. Məhdud məsuliyyət prinsipi

  4. Nəqliyyat təhlükəsizliyinin təmin olunması prinsipi

  5. Nəqliyyat standartlaşdırılması prinsipi

  1. Beynəlxalq nəqliyyat daşımalarının təşkili və həyata keçirilməsi zamanı beynəlxalq nəqliyyat hüququnun tətbiq edilən prinsiplər neçəqrupa bölünür?

  1. 2

  2. 3

  3. 4

  4. 5

  5. 6

  1. Beynəlxalq nəqliyyat daşımalarının təşkili və həyata keçirilməsi zamanı beynəlxalq nəqliyyat hüququnun tətbiq edilən prinsiplər hansılardır?

  1. Ümumi və xüsusi

  2. Dövlət və beynəlxalq

  3. Müntəzəm və dövrü

  4. Uzunmüddətli və qısamüddətli

  5. Hamısı

  1. Təqsirə görə məsuliyyət prinsipinə görə daşıyıcı nə zaman məsuliyyət daşıyır?

  1. Yalnız təqsiri olduqda

  2. Baqaj itirildikdə

  3. Yüklər yerinə çatdırılmadıqda

  4. Sərnişinlərin hüquqları pozulduqda

  5. Heç biri

  1. Beynəlxalq nəqliyyat hüququnun subyektlərinə aid deyil?

  1. Bələdiyyə

  2. Dövlət

  3. Hökumətlərarası beynəlxalq nəqliyyat təşkilatları

  4. Yükgöndərən

  5. Yükalan

  1. Əmtəə-nəqliyyat qaiməsində göstərilmir?

  1. Yükün daşınması üçün şərtləndirilmiş müddəalar

  2. Yükalanın ünvanı

  3. Yükün çatdırılma yeri

  4. Yük yerlərinin miqdarı

  5. Yükün göndərilmə vaxtı

  1. Zəruri hallarda əmtəə-nəqliyyat qaiməsində göstərilən məlumatlara aid deyil?

  1. Yük yerlərinin adı

  2. Yükün dəyəri

  3. Yük alanın daşıyıcıya ödədiyi məbləğ

  4. Yükün sortlaşdırılmasına dair yükgöndərənin göstərişi

  5. Yükün daşınması üçün şərtləndirilmiş müddətlər

  1. Yük müşaiyətedici sənədlərə aiddir:

  1. Uyğunluq sertifikatı

  2. Baytarlıq sertifikatı

  3. Fitosanitar sertifikatı

  4. Sərnişinin kimliyi

  5. Icra hakimiyyəti nümayəndəsinin icazəsi

  1. 1,2,3

  2. 1,4,5

  3. 2,4,5

  4. 1,2,4

  5. 2,3,5

  1. Daşıyıcı təyinat məntəqəsində yükü kimə təhvil verir?

  1. Yükalana və yükü almağa səlahiyyətli olan şəxsə

  2. Yükalana və sərnişinə

  3. Icra hakimiyyəti nümayəndəsinə

  4. Bələdiyyənin səlahiyyətli nümayəndəsinə

  5. Nəqliyyat təşkilatının rəhbərinə

  1. Daşıyıcı yükün çəkisinə görə hansı halda məsuliyyət daşımır?

  1. Yükün faktiki çəkisi ilə qaimədə göstərilən çəki arasındakı fərq təbii azalma normasını keçmirsə

  2. Yük itirildikdə

  3. Yük xarab olduqda

  4. Yük yandıqda

  5. yükün faktiki çəkisi ilə qaimədə göstərilən çəki arasındakı fərq təbii azalma normasını keçdikdə

  1. Yükalan yükü almaqdan hansı halda imtina edə bilər?

  1. Xüsusiyyətini dəyişməsi nəticəsində təyinatı üzrə istifadə etmək mümkün olmadıqda

  2. Xüsusiyyətini dəyişməsi nəticəsində təyinatı üzrə istifadə etmək mümkün olduqda

  3. Yükün təyinat yerinə çatdırılması gecikdirildikdə

  4. Yük itirildikdə

  5. hamısı

  1. “Hərəkət yolu” nə deməkdir?

  1. Göndərilmə məntəqəsindən təyinat məntəqəsinədək olan məsafə

  2. Göndərilmə məntəqəsinin uzunluğu

  3. Təyinat məntəqəsinin uzunluğu

  4. Hamısı

  5. Heç biri

  1. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları sahəsində AR-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtləri AR-nın ərazisində necə yerinə yetirilir?

  1. Icra hakimiyyəti orqanı aidiyyəti dövlət orqanları ilə birlikdə

  2. Bələdiyyələr aidiyyəti dövlət orqanları ilə birlikdə

  3. Nəqliyyat təşkilatları bələdiyyələrlə birlikdə

  4. Nəqliyyat təşkilatları tərəfindən

  5. Heç biri

  1. AR ərazisində xarici avtomobil daşıyıcılar tərəfindən hansı daşımalar yerinə yetirilmir?

  1. Ölkədaxili daşımalar

  2. Yük daşımaları

  3. Sərnişin daşımaları

  4. Beynəlxalq daşımalar

  5. He biri

  1. Avtomobil nəqliyyatı ilə yük daşıması müqavilələrindən irəli gələn tələblər üzrə iddia müddəti neçə ildir?

  1. 1 il

  2. 1il 6 ay

  3. 2 il

  4. 3 il

  5. 4il

  1. Avtomobil nəqliyyatı ilə sərnişin daşıması müqavilələrindən irəli gələn tələblər üzrə iddia müddəti nə qədərdir?

  1. 6 ay

  2. 1 il 6 ay

  3. 3il

  4. 1 ay

  5. Heç biri

  1. Dəniz hüququ üzrə 1982-ci il Konvensiyasına görə, daxili dəniz sularına hansı ərazilər daxildir?

  1. Liman suları

  2. Tarixi körfəzlər

  3. Sahilləri eyni dövlətə məxsus olan və eni 24 dəniz milindən artıq olmayan buxtalar

  4. ərazi dənizi

  5. bitişik zona

  1. 1,2,3

  2. 1,5

  3. 1,2

  4. 1,4,5

  5. 2,4,5

  1. Böyük Pyotr körfəzi hansı sulara aiddir?

  1. Daxili dəniz sularına

  2. Ərazi dənizinə

  3. Bitişik zonalara

  4. Liman sularına

  5. Heç biri

  1. 1972-ci il Konvensiyası hansı məsələlərə həsr olunmuşdur?

  1. Qara dənizin çirklənmədən qorunması haqqında

  2. Baltik dənizində balıqçılıq və canlı ehtiyatların mühafizəsi haqqında

  3. Dənizdə insan həyatının qorunmasına dair

  4. Dənizdə axtarış və xilasetməyə dair

  5. Neftlə çirklənməyə dair

  1. Eyni dövlətin quru ərazisi ilə tam əhatə olunmuş dəniz, habelə bütün sahili bir dövlətə məxsus olan dəniz hansı sulara aid edilir?

  1. daxili dəniz sularına

  2. Liman sularına

  3. Bitişik zonalara

  4. ərazi dənizinə

  5. beynəlxalq kanallara

  1. Liman suları hansı sulara aid edilir?

  1. Daxili dəniz sularına

  2. Bitişik zonaya

  3. Ərazi dənizinə

  4. Kanal sularına

  5. Heç biri

  1. Hansı ərazi heç bir dövlətin suvrenliyinə daxil deyildir?

  1. Dünya okeanının əsas hissəsi

  2. Daxili sular

  3. Limanlar

  4. Bitişik zona

  5. Dəniz suları

  1. Beynəlxalq –hüquqi baxımdan dəniz və okeanlar neçə növə təsnif edilir?

  1. 2

  2. 3

  3. 4

  4. 5

  5. 6

  1. Daxili dəniz sularına daxil olan ərazilərin təsnifatı hansı sənəddə göstərilmişdir?

  1. 1982-ci il Konvensiyası

  2. 1972-ci il Konvensiyası

  3. 1999-cu il Konvensiyası

  4. Varşava Konvensiyası

  5. Bern Konvensiyası

  1. Əcnəbi gəmiləri daxili dəniz sularına nə zaman daxil ola bilər?

  1. Müvafiq icazədən sonra

  2. Hərbi əməliyyatlar zamanı

  3. Ovçuluq məqsədilə

  4. Boru kəməri çəkmək məqsədilə

  5. Turist gəzintiləri məqsədilə

  1. Əcnəbi qeyri-hərbi gəmiləri sərbəst surətdə hansı hansı limanlara girə bilər?

  1. Dövlətin açıq elan etdiyi limanlara

  2. Sahilyanı

  3. Daxili limanlara

  4. Ticarətlə məşğul olan limanlara

  5. Heç biri

  1. 1 dəniz mili neçə km-dir?

  1. 1,8 km

  2. 2 km

  3. 0,2 km

  4. 1,4 km

  5. 1,2 km

  1. Üzüb keçmə necə olmalıdır?

  1. Fasiləsiz və tez

  2. Fasiləli

  3. Fasiləli və gec

  4. Fasiləsiz və gec

  5. Heç biri

  1. Üzüb keçmə zamanı sualtı nəqliyyat vasitələri necə getməlidir?

  1. Suyun üzü ilə

  2. Suyun altı ilə

  3. Sahilə yaxın

  4. Fasiləli

  5. Fasiləsiz

  1. Sahilyanı dövlət öz ərazi dənizində nəyi müəyyən edə bilər?

  1. Dəniz dəhlizləri

  2. Limanları

  3. Boru kəmərlərini

  4. Dayanacaqları

  5. Hamısı

  1. Xarici dövlətlərin hərbi gəmiləri ərazi dənizindən üzüb keçərkən sahilyanı dövlətin yuridiksiyasına tabe olurmu?

  1. Tabe olmur

  2. Tabe olur

  3. Bəzi hallarda tabe olur

  4. Yalnız bir halda tabe olur

  5. hamısı

  1. Dinc keçid qaydalarını pozan xarici qeyri-hərbi gəminin kapitanı hansı qaydalarla məsuliyyət daşıyır?

  1. AR-nın qanunvericiliyinə uyğun olaraq

  2. İcra hakimiyyəti orqanının qərarlarına görə

  3. Bələdiyyələrin sərəncamına görə

  4. Heç biri

  5. Hamısı

  1. Bitişik zona hansı məqsədlər üçün zəruri ola bilər?

  1. Sahilyanı dövlətin ərazisi və ya ərazi dənizi hədlərində gömrük, immiqrasiya və ya sanitar qaydalarının pozulmasının qarşısını almaq üçün

  2. Hərbi və ya qeyri-hərbi əməliyyatları həyata keçirmək üçün

  3. Suveren hüquqlar həyata keçirmək üçün

  4. Tədqiqat işləri aparmaq üçün

  5. Heç biri

  1. Kontinental şelf üzərində düzəldilən qurğular hansı dövlətin yuridiksiyasına daxildir?

  1. Sahilyanı dövlətin

  2. BMT üzvü dövlətlərinin

  3. ABŞ-ın

  4. Sahilyanı dövlətə bitişik dövlətin

  5. Avropa Birliyi ölkələrindən birinin

  1. Açıq dənizin hüquqi rejiminə hansı azadlıqlar daxildir?

  1. Gəmiçilik azadlığı

  2. Uçuş azadlığı

  3. Hərbi əməliyyatlar keçirmək azdlığı

  4. Ticarət azadlığı

  5. Balıqçılıq azadlığı

  1. 1,2,5

  2. 1,4,2

  3. 2,4,5

  4. 2,3,5

  5. 1,3,4

  1. Süni adalar və qurğular yaratmaq azadlığı harada həyata keçirilir?

  1. Açıq dənizin su hissəsində və onun dibində

  2. Sahildə

  3. Sahilə yaxın yerlərdə

  4. Yalnız dənizin su hissəsində

  5. Yalnız dənizin dibində

  1. Dəniz elmi tədqiqatları hansı məqsədlərlə həyata keçirilir?

  1. Müstəsna olaraq dinc məqsədlərlə

  2. Hərbi məqsədlərlə

  3. Hərbi və dinc məqsədlərlə

  4. Dövlətin mənafeyi məqsədilə

  5. Heç biri

  1. Nəqliyyat təyinatlı torpaqlara aid deyil:

  1. Bələdiyyə torpaqları

  2. Nəqliyyat yollarının yerləşdiyi torpzaq sahələri

  3. Magistral boru kəmərlərininyerləşdiyi torpzaq sahələri

  4. Nəqliyyat obyektlərinin normal fəaliyyətinin təmin edilməsi üçün nəqliyyat müəssisələrinə verilən torpaq sahələri

  5. Heç biri

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin