Nəqliyyat münasibətlərinin hüquqi cəhətdən rəsmiləşdirilməsi necə adlanır?


Hansı hallarda daşıyıcı əmlak (mülki-hüquqi) məsuliyyətə cəlb edilir



Yüklə 0,67 Mb.
səhifə3/6
tarix03.06.2018
ölçüsü0,67 Mb.
#52490
1   2   3   4   5   6

Hansı hallarda daşıyıcı əmlak (mülki-hüquqi) məsuliyyətə cəlb edilir:



  1. Daşıyıcının yükü təyinat yerinə salamat (olduğu kimi) çatdırmadığı halda

  2. Daşıyıcının yükü təyinat yerinə çatdırılmadığı halda

  3. Daşıyıcı tərəfindən yükün təyinat yerinə çatdırılma müddətinin gecikdirilməsi halıında

  4. Daşıyıcı tərəfindən yükün təyinat yerinə çatdırıldıqdan sonra əlavə haqq tələb olunduqda

  1. 1,3

  2. 2,4

  3. 1,2

  4. 3,4

  5. 1,4

  1. Aşağdakılardan biri yanlışdır:

  1. Yük itdikdə - daşıyıcı itirilmiş yükün yükalan tərəfindən elan olunmuş qiyməti miqdarında zərərin əvəzini ödəyir

  2. Yük əskik çıxdıqda – daşıyıcı əskik çıxmış yükün dəyəri miqdarında zərərin əvəzini ödəməlidir

  3. Yük zədələndikdə - daşıyıcı yükün dəyərinin azaldığı miqdarda zərərin əvəzini ödəməlidir

  4. Yük xarab olduqda – daşıyıcı yükün dəyərinin azaldığı məbləğ miqdarında zərərin əvəzini ödəməlidir

  5. Xarab olmuş yükü bərpa etmək mümkün deyilsə, onda daşıyıcı yükün tam dəyəri miqdarında zərərin əvəzini ödəməlidir

  1. Dəniz daşınmalarında aşağıdakı hallardan birində yük itərsə və ya zədələnərsə, daşıyıcı məsuliyyət daşımır:

  1. Yerli icra hakimiyyəti orqanlarının hərəkətləri və ya sərəncamları (saxlama, həbs, karantin və s.)

  2. Qarşısıalınmaz qüvvə

  3. Dənizdə və gəmilərin üzdükləri digər sularda təhlükəli hal və ya hadisələr

  4. Dənizdə insanların xilas edilməsi üçün görülən istənilən tədbirlər və ya əmlakın xilas edilməsi üçün görülən ağlabatan tədbirlər

  5. Hərbi əməliyyatlar;

  1. Dəniz daşınmalarında aşağıdakı hallardan birində yük itərsə və ya zədələnərsə, daşıyıcı məsuliyyət daşımır:

  1. Daşıyıcının tabeliyində olan işçilərinin hərəkətsizlikləri

  2. Xalq ixtişaşları

  3. Yükün zahirən görünməyən qüsurları, onun xüsusiyyətləri və ya təbii itkisi

  4. Yükün tarasının və ya qabının xarici görünüşündən gözəçarpmayan qüsurları

  5. Markaların (nişanların) lazımı qədər və ya aydın olmaması



  1. Hava nəqliyyatı hüququnda yükün itməsi, əskik çıxması, və ya zədələnməsi zamanı daşıyıcını məsuliyyətdən azad etmir:

  1. Yükdaşıyanın və ya yükboşaldanın hərəkətləri və ya səhvləri

  2. Yük qəbul edilən zaman tarada və ya qablaşdırmada zahirən görünməyən qüsurlar (nöqsanlar)

  3. Yükün daşınma və saxlanma zamanı ayrıca şərait yaradılmasını və ya ehtiyyat tədbirləri görülməsini tələb edən özünəməxsus xassələrini yük qaiməsində göstərmədən daşınmaq üçün təhvil verilməsi

  4. Yükgöndərənin və ya yükalanın vasitəsilə yükvurma-yükboşaltma işləri ilə bağlı hallar

  5. Yükgöndərənin və ya yükalanın yükü müşayiət edən nümayəndələrinin yükü qorumaq üçün lazımı tədbir görməməsi

  1. Dəmir yolu nəqliyyatı hüququnda yükün itməsi, əskik çıxması, və ya zədələnməsi zamanı daşıyıcını məsuliyyətdən azad etmir:

  1. Yükdaşıyanın və ya yükboşaldanların hərəkətləri və ya hərəkətsizliyi

  2. Daşınan yükün xüsusi təbii xassələri

  3. Yükün daşınmaya qəbulu zamanı xarici görünüşdən tara və ya qabdakı gözəçarpmayan qüsurları

  4. Yükün xassəsinə uyğun olmayan tara

  5. Daşınmaya təhvil verilən yükün müəyyən edilmiş normadan çox yaş nəm olması

  1. Uyğunsuzluğu müəyyən et:

  1. Hava hüququ və hava qanunvericiliyi bir-biri ilə sıx surətdə bağlı olan anlayışlar olub, üst-üstə düşürlər.

  2. Hava hüququnun mənbələri nəqliyyat hüququnun mənbələrinin bir hissəsini təşkil edir

  3. Hava nəqliyyatında istifadə üzrə münasibətləri qaydaya salan normaların ifadə üsullarına (formalarına) hava hüququnun mənbələri deyilir

  4. Qanunlar, qanunqüvvəli aktlar; beynəlxalq müqavilələr; hüquqi adətlər hava hüququnun mənbə növləridir.

  5. Hava münasibətlərini tənzimləyən hüquq normalarının ifadə olunduğu normativ aktlar sisteminə hava qanunvericiliyi deyilir

  1. Hava hüququnun mənbəyidir:

  1. Azərbaycan Respublikasının Konstitusiyası

  2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

  3. Azərbaycan Respublikasının Hava Məcəlləsi

  4. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunu

  5. Azərbaycan Respublikasının qanunları

  1. Nəqliyyat işi barədə ümumi qaydaları müəyyən edə bilər:

  1. Azərbaycan Respublikasının Parlamenti

  2. Azərbaycan Respublikasının Prezidenti

  3. Azərbaycan Respublikasının Baş naziri

  4. Azərbaycan Respublikasının Nazirlər kabineti

  5. Azərbaycan Respublikasının Nəqliyyat nazirliyiu

  1. Azərbaycan Respublikasının hava qanunvericiliyinə daxil olan əsas normativ aktdır:

  1. Azərbaycan Respublikasının Hava Məcəlləsi

  2. Azərbaycan Respublikasının Konstitusiyası

  3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

  4. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunu

  5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

  1. Nəqliyyat fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirir:

    1. Azərbaycan Respublikasının “Nəqliyyat haqqında” qanunu

    2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

    3. Azərbaycan Respublikasının Hava Məcəlləsi

    4. Azərbaycan Respublikasının Prezidentinin fərmanları

    5. “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında” əsasnaməsi

  2. Hava hüququnun mənbələridir:

    1. Hamısı

    2. “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında”

    3. “Sərnişinlərin icbari sığortası haqqında”

    4. “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında”

    5. Heç biri

  3. Uyğunluq pozulmuşdur:

    1. Azərbaycan Respublikası Varşava Konvensiyasının və Haaqa Protokolunun iştirakçısıdır. Lakin, Konvensiya və Protokolun Azərbaycan üçün hüquqi qüvvəsi yoxdur.

    2. “Beynəlxalq hava daşımalarına dair bəzi qaydaların unifikasiyası üçün” Konvensiya (Varşava, 1929-cu il 12 oktyabr)

    3. “Beynəlxalq hava daşımalarına aid bəzi qaydaların unifikasiyası üçün” Konvensiyaya düzəlişlər haqqında Protokol. Haaqa 1955-ci il, 28 sentyabr

    4. Varşava Konvensiyasında 100-dən çox dövlət iştirak edir. Onların əksəriyyəti həm də Haaqa protokoluna qoşulmuşlar

    5. Varşava Konvensiyasının əsas təyinatı sərnişin və yüklərin hava yolu ilə daşınması şərtlərini müəyyənləşdirməkdən ibarətdir.

  4. Azərbaycan Hava Yolları” Dövlət Konserninin həyata keçirdiyi fəaliyyətin hüquqi əsasını təşkil edir:

    1. Nizamnamə

    2. Konstitusiya

    3. Məcəllə

    4. Qanun

    5. Fərman

  5. Yük qaiməsində aşağıdakılardan biri göstərilmir:

    1. Yükün dəyəri

    2. Yükün dəqiq adı;

    3. Yükün çəkisi;

    4. Yerlərin sayı

    5. Yükün ölçüsü və ya həcmi

  6. Hava yolu ilə sərnişin daşınması zamanı bilet daşıyıcı tərəfindən etibarsız sayıla bilməz:

    1. Biletdə onu verən şəxsin imzasının olmaması

    2. Biletin hər hansı bir hissəsinin zədələnməsi və ya orada düzəlişlər edilməsi

    3. Biletdə onu verən kassanın ştampının olmaması

    4. Biletin uçuş kuponuna (yoxlama talonuna) malik olmaması

    5. Biletin dəyərinə aid olan hissənin (pul hissəsinin) düzgün tərtib edilməməsi

  7. Biletdə göstərilir:

    1. Hamısı.

    2. Biletin verilmə yeri

    3. Biletin verilmə günü

    4. Daşımanın başlanğıc yeri

    5. Son təyinat yeri (mənzil başı)

  8. Biletdə göstərilir:

    1. Heç biri

    2. Hamısı

    3. Səfər vaxtı olacaq dayanacaqlar

    4. Daşıyıcının adı və ünvanı

    5. Daşımanın həyata keçirilməsində cavabdeh olan şəxslərin məsuliyyəti haqqında göstəriş

  9. Sənədlərdən biri əsasında sərnişinə bilet verilə bilməz:

    1. Fəxri ad, medal və ordenə görə verilmiş vəsiqə

    2. Vətəndaşın pasportu (şəxsiyyət vəsiqəsi)

    3. Xidməti (qulluq) pasport

    4. Xarici pasport

    5. Milli Məclis deputatının vəsiqəsi

  10. Sənədlərdən biri əsasında sərnişinə bilet verilə bilməz:

    1. Nigah haqqında şəhadətnamə əsasında

    2. Sovet İttifaqı Qəhrəmanının vəsiqəsi, Azərbaycanın Milli Qəhrəmanının vəsiqəsi əsasında

    3. Hərbi xidmətçilərin, daxili işlər orqanlarının və milli təhlükəsizlik orqanlarının əməkdaşlarının vəsiqələri əsasında

    4. Hərbi bilet əsasında

    5. Doğum haqqında şəhadətnamə və ya pasportda valideynlər haqqında qeyd (16 yaşı tamam olmayan şəxslər üçün) əsasında

  11. Daşıyıcı sərnişin daşımanı həyata keçirməkdən imtina edə bilər:

    1. Sərnişinin xəstə və ya sərxoş vəziyyətdə olduqda

    2. Daşıyıcı sərxoş vəziyyətdə olduqda

    3. Hava gəmisinin təhlükəsizliyini təmin etmək zərurətinin yarandıqda

    4. Dövlət orqanlarının tələblərini yerinə yetirmək zərurəti olduqda

    5. Yükgöndərən sərxoş vəziyyətdə olduqda

  12. Hansı sürücülərə taksi minik avtomobillərini idarə etməyə icazə verilir?

    1. “B” kateqoriyası üzrə sürücülük vəsiqəsi olan, yaşı 19-dan yuxarı 1 illik sürücülük təcrübəsi olan sürücülərə

    2. “D” kateqoriyası üzrə sürücülük vəsiqəsi olan, yaşı 19-dan yuxarı 1 illik sürücülük təcrübəsi olan sürücülərə

    3. “C” kateqoriyası üzrə sürücülük vəsiqəsi olan, yaşı 20-dən yuxarı 1 illik sürücülük təcrübəsi olan sürücülərə

    4. “A” kateqoriyası üzrə sürücülük vəsiqəsi olan, yaşı 30-dan yuxarı 1 illik sürücülük təcrübəsi olan sürücülərə

    5. Heç biri

  13. Hansı sürücülərə avtobuslarla sərnişin daşımalarına icazə verilir?

    1. “D” kateqoriyası üzrə sürücülük vəsiqəsi olan, yaşı 21-dan yuxarı 3 illik sürücülük təcrübəsi olan sürücülərə

    2. “A” kateqoriyası üzrə sürücülük vəsiqəsi olan, yaşı 30-dan yuxarı 1 illik sürücülük təcrübəsi olan sürücülərə

    3. “C” kateqoriyası üzrə sürücülük vəsiqəsi olan, yaşı 20-dən yuxarı 1 illik sürücülük təcrübəsi olan sürücülərə

    4. “D” kateqoriyası üzrə sürücülük vəsiqəsi olan, yaşı 19-dan yuxarı 1 illik sürücülük təcrübəsi olan sürücülərə

    5. hamısı

  14. Azəravtonəqliyyat” Dövlət Konserninin əsas vəzifə və funksiyalarına daxildir:

    1. Hamısı

    2. İqtisadiyyatın və əhalinin avtonəqliyyat xidmətlərinə olan tələbatının təmin edilməsinə, istehsal potensialından və əmək ehtiyatlarından tam istifadə olunmasına yönələn tədbirlər görmək üçün proqram və iqtisadi mexanizmlər işləyib hazırlamaq

    3. Avtonəqliyyatın inkişafı sahəsində vahid elmi-texniki siyasəti həyata keçirmək

    4. Avtonəqliyyat xidmətlərinin azad və rəqabətə əsaslanan bazarının təşəkkülü üçün şərait yaratmaq

    5. Heç biri

  15. Nəqliyyat hüququnun mənbəyi hesab etmək olmaz:

    1. Ali Məhkəmə Plenumunun qərarları

    2. Yerli özünüidarə orqanlarının qərarları

    3. Yerli icra hakimiyyəti orqanlarının qərarları

    4. Normativ hüquqi aktlar

    5. Əmlak dövriyyə adətləri

  16. Nəqliyyat hüququnun mənbəyi hesab etmək olar:

    1. Nəqliyyat müqavilələri

    2. Presedent hüququ

    3. Konstitusiya Məhkəməsinin qərarları

    4. Məhkəmə təcrübəsi

    5. Hüquqi doktrina

  17. Daxili su (çay) nəqliyyatının başlıca üstünlüklərindəndir.

  1. Təbii su yollarına malik olması

  2. Daşıma vasitələrində sürət həddinin qoyulmaması

  3. Az enerji sərf etməsi

  4. Yük daşınmalarında ən təhlükəsiz vasitə olması

  5. Daşıma vasitələrinin (gəmilərin) yükgötürmə qabiliyyətində məhdudiyyətin olmaması

  1. 1,3,5

  2. 1,2,3

  3. 3,4,5

  4. 1,2,4

  5. 2,4,5

  1. Daxili su (çay) nəqliyyatının məhdud xüsusiyyətlərindən deyil.

  1. İşin mövsümi olması

  2. Gəlir balansında məsrəfin üstünlüyü

  3. Suyun dərinliyinin tələb edilən səviyyədə olmasının təminatı

  4. Daxili su (çay) nəqliyyatı ilə yüklərin çatdırılmasının orta sürət həddinin ən aşağı sürət olması

  5. Çay yollarının əyriliyi

  6. Əmək məhsuldarlığı səviyyəsinin dəmir yolu nəqliyyatına nisbətən azlığı

  1. 2,4,6

  2. 1,2,3

  3. 3,4,5

  4. 1,3,5

  5. 1,5,6

  1. Daxili su (çay) nəqliyyatı ilə daşınan yüklər içərisində həcm etibarı ilə üstünlük təşkil etmir.

  1. Tikinti materialları

  2. Balıq və balıq məhsulları

  3. Kömür

  4. Avtomobil sənayesi məhsulları

  5. Kimyəvi kübrələr

  6. Hərbi sənaye məhsulları

  7. Neft və neft məhsulları

  8. Un-çörək məhsulları

  1. 2,4,6

  2. 4,6,8

  3. 1,2,3,4

  4. 5,7,8

  5. 1,3,5

  1. Daxili su (çay) nəqliyyatı hüququ:

  1. Nəqliyyat hüququ subinstutlarındandır

  2. Hüququn ümumi sahəsidir

  3. Hüququn xüsusi sahəsidir

  4. Nəqliyyat hüququ institutlarındandır

  5. Yük daşıma hüququ subinstutunun hissələrindəndir

  1. Uyğunsuzluğu müəyyən et:

  1. Həmin münasibətlər nəqliyyat hüquq normaları ilə nizama salınır.

  2. Daşımaların həyata keçirilməsi prosesində daxili su (çay) nəqliyyatının xidmətindən istifadə olunması ilə bağlı olaraq daşıyıcı və müştəri arasında yaranan ictimai münasibətlər daxili su (çay) nəqliyyatı hüququnun nizamasalma predmetini təşkil edir.

  3. Daxili su (çay) nəqliyyatı hüququ dedikdə daşımaların həyata keçirilməsi prosesində daxili su (çay) nəqliyyatının xidmətindən istifadə olunması ilə bağlı olaraq daşıyıcı və müştəri arasında yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusu başa düşülür.

  4. Daxili su (çay) nəqliyyatı hüququ daşıma prosesində iştirak edən tərəflərin hüquqi vəziyyətini təyin edir, daşıma şərtləri barədə normalar nəzərdə tutur.

  5. Daxili su (çay) nəqliyyatı hüququ daşıma müqavilələri haqqında anlayış verir, habelə tərəflərin daşıdıqları əmlak (mülki-hüquqi) məsuliyyəti barədə qaydalar müəyyən edir.

  1. Uyğun variantı müəyyən et:

Daxili su (çay) nəqliyyatı ilə sərnişin daşınması müqaviləsi-

  1. Əvəzli, ikitərəfli, konsensual müqavilədir

  2. Əvəzsiz, birtərəfli və qeyri konsensual müqavilədir

  3. Əvəzli, ikitərəfli və konsensual müqavilədir

  4. Əvəzsiz, ikitərəfli və konsensual müqavilədir

  5. Əvəzli, ikitərəfli, qeyri konsensual müqavilədir

  1. Daxili su çay (çay) nəqliyyatı ilə sərnişin daşınması zamanı sərnişinin hüquqlarına daxildir.



  1. Daşıyıcını istisnasız olaraq sərnişini biletə uyğun yerlə təmin etmək

  2. Əldə etdiyi biletə uyğun gəmidə yer tutmaq

  3. Özü ilə pulsuz olaraq 5 yaşadək bir uşaq aparmaq

  4. Özü ilə 36 kiloqrama kimi əl yükü aparmaq

  5. Əldə etdiyi biletə uyğun gəmidə xidmətlərlə təmin olunmaq

  1. Hansı halda sərnişinin qaytardığı gediş bileti pulundan heç bir haqq tutulmadan bilet pulu tam (100%) həcmdə sərnişinə qaytarılır?

  1. Sərnişin bileti gəminin yola düşməsinə 6 saat qalmış qaytardıqda

  2. Sərnişin bileti gəminin yola düşməsinə 24 saat qalmış qaytardıqda

  3. Sərnişin bileti birbaşa kassaya (bilet satışı məntəqəsinə) qaytardıqda

  4. Sərnişin bileti gəminin kapitanının razılığı ilə qaytardıqda

  5. Sərnişin bileti sərnişinin xəstələnməsi və yol getməsinin mümkünsüzlüyü haqqında həkimin arayışı ilə birgə təqdim etdikdə

  1. Əgər sərnişinə aşağı kateqoriyalı yer verilərsə, onda ona qiymətlər arasındakı fərq...

  1. Ödənilir

  2. Ödənilmir

  3. Qismən ödənilir

  4. Tələb olunduqda ödənilir

  5. İstisna hallarda ödənilə bilər

  1. Daxili su (çay) nəqliyyatı ilə sərnişin daşınması zamanı hansı hallarda biletin qüvvədə olma (istifadə) müddəti uzadılır?

  1. Sərnişin daşıyan gəminin qəza vəziyyətində olması aşkarlandıqda

  2. Sərnişinin xəstələnməsi (biletin müddəti müalicə müəssisəsinin arayışı əsasında bütün xəstəlik müddəti ərzində uzadılır)

  3. Gəmidə sərnişinin təqsiri üzündən sərnişinə yer verilməsi mümkün olmadıqda

  4. Gəminin vaxtında yola düşməməsi (biletin müddəti gecikmə müddəti qədər uzadılır)

  5. Fövqəladə vəziyyətdə gəminin yola düşməməsi (biletin müddəti gecikmə müddəti qədər uzadılır)

  1. Sərnişin daşıyıcı ilə ayrıca olaraq (yəni sərnişin daşınması müqaviləsindən ayrı) əlavə saziş bağlayır:

  1. Baqajın daşınması zamanı

  2. Yüklərin daşınması zamanı

  3. Sərnişin daşınması zamanı

  4. Hamısı

  5. Heç biri

  1. Sərnişinlə daşıyıcı arasında birinci-əsas, ikincisi isə törəmə və asılı müqavilə imzalanır:

  1. Bütün hallarda

  2. Sərnişin daşınması zamanı

  3. Yüklərin daşınması zamanı

  4. Baqaj daşınması zamanı

  5. Heç bir halda

  1. Təyinat yerində baqaj...

  1. 24 saat (1 sutka) ərzində pulsuz saxlanılır. Baqajın bu müddətdən çox saxlanılmasına görə saxlama haqqı alınır

  2. 48 saat (2 sutka) ərzində pulsuz saxlanılır. Baqajın bu müddətdən çox saxlanılmasına icazə verilmir

  3. 72 saat (3 sutka) ərzində pulsuz saxlanılır. Baqajın bu müddətdən çox saxlanılmasına görə əlavə haqq ödənilir

  4. 24 saat (1 sutka) ərzində saxlanılır. Baqajın bu müddətdən çox saxlanılmasına icazə verilmir

  5. 72 saat (3 sutka) ərzində saxlanılır. Baqajın bu müddətdən çox saxlanılmasına heç bir halda icazə verilmir

  1. Əgər baqaj öz sahibi (sərnişin) tərəfindən 30 gün ( 1 ay ) ərzində tələb edilməzsə, ...

  1. Onda o, satış üçün yerli ticarət təkilatlarına verilir

  2. Onda o, dövlətin mülkiyyətinə keçir

  3. Onda o, baqajı daşıyan idarə və yaxud müəssisənin ixtiyarına keçir

  4. Onda o, geriyə qaytarılır.

  5. Onda o, dövlət gömrük komitəsinin əməkdaşlarına təhvil verilir

  1. Dəmir yolu nəqliyyatının əsas üstünlükləri sırasına daxil deyil:

  1. Daşıma vasitələrinin yükgötürmə qabiliyyətində məhdudiyyətin olmaması

  2. Yüksək daşıma qabiliyyəti

  3. Universallıq

  4. Mmanevr etmək imkanı

  5. Təbii-coğrafi, iqlim şəraitindən nisbətən asılı olmaması

  1. Daşınma prosesinin həyata keçirilməsində iştirak edən nəqliyyat müəssisələrinə görə dəmir yolu ilə daşınmaların aşağıdakı növləri vardır:

  1. Yerli daşınmalar

  2. Daxili daşınmalar

  3. Birbaşa daşınmalar

  4. Beynəlxalq daşınmalar

  5. Birbaşa qarışıq daşınmalar

  1. 1,3,5

  2. 1,2,3

  3. 3,4,5

  4. 1,2,4

  5. 2,4,5

  1. Yalnız bir dəmir yolu nəqliyyat təşkilatı (müəssisəsi) tərəfindən həyata keçirilən daşınmaya deyilir:

    1. Yerli daşınmalar

    2. Daxili daşınmalar

    3. Birbaşa daşınmalar

    4. Beynəlxalq daşınmalar

    5. Birbaşa qarışıq daşınmalar

  2. Birbaşa qarışıq daşınmalar dedikdə başa düşülür:

    1. Eyni bir nəqliyyat sənədi əsasında dəmir yolu nəqliyyatı müəssisəsinin iştirakı ilə müxtəlif növ nəqliyyat müəssisələri tərəfindən həyata keçirilən daşınma

    2. Eyni bir nəqliyyat sənədi (dəmir yolu qaiməsi) əsasında bir neçə dəmir yolu nəqliyyatı müəssisəsinin iştirakı ilə həyata keçirilən daşınmalar

    3. Yalnız bir dəmir yolu nəqliyyat təşkilatı (müəssisəsi) tərəfindən həyata keçirilən daşınmalar

    4. Bir neçə dəmir yolu nəqliyyat təşkilatı (müəssisəsi) tərəfindən həyata keçirilən daşınmalar

    5. Bir neçə nəqliyyat sənədi (dəmir yolu qaiməsi) əsasında bir dəmir yolu nəqliyyatı müəssisəsinin iştirakı ilə həyata keçirilən daşınmalar

  3. Dəmir yolu hüququnun əsas mənbə növləridir:

    1. Normativ-hüquqi aktlar

    2. Konstitusiya qanunu

    3. Fərmanlar

    4. Sərəncamlar

    5. Normativ aktlar

  4. Bu məlumatlardan biri yol cədvəlində göstərilmir:

    1. Qatar haqqında məlumat

    2. Yük haqqında məlumat

    3. Vaqon haqqında məlumat

    4. Yük göndərən haqqında məlumat

    5. Yükalan haqqında məlumat

  5. Yük daşınması müqaviləsində subyekt hesab olunur:

    1. Hamısı

    2. Daşıyıcı

    3. Yükgöndərən

    4. Yükalan

    5. Heç biri

  6. Nəqliyyat qanunvericiliyi dedikdə başa düşülür:

    1. Hamısı

    2. “Nəqliyyat haqqında” qanun

    3. Müxtəlif nəqliyyat növləri üzrə məcəllələr

    4. Nizamnamələr

    5. Daşıma qaydaları

  7. Məhdud məsuliyyət prinsipinə görə...:

    1. Daşıyıcı yükün itməsi, əskik çıxması, zədələnməsi və ya xarab olması nəticəsində yük sahibinə vurulmuş zərərin yalnız “real zərər” adlı hissəsinin əvəzini ödəyir

    2. Daşıyıcı yükün itməsi nəticəsində yük sahibinə vurulmuş zərərin yalnız “real zərər” adlı hissəsinin əvəzini ödəyir

    3. Daşıyıcı yükün əskik çıxması və zədələnməsi nəticəsində yük sahibinə vurulmuş zərərin yalnız “real zərər” adlı hissəsinin əvəzini ödəyir

    4. Daşıyıcı yükün xarab olması nəticəsində yük sahibinə vurulmuş zərərin yalnız “real zərər” adlı hissəsinin əvəzini ödəyir

    5. Daşıyıcı yükün itməsi, əskik çıxması, zədələnməsi və ya xarab olması nəticəsində yük sahibinə vurulmuş zərərin yalnız “əldən çıxmış fayda” adlı hissəsinin əvəzini ödəyir

  8. Yüklə 0,67 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin