Sürücülük xidmətləri üçün vəzifə təlimatları
Xidmət Müqaviləsi
Qafqazdakı Məcburi Köçkünlərin (MK) İqtisadiyyatda İştirakı layihəsi
nəqliyyat xidmətləri üçün Vəzifə Təlimatları
Müştəri: Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Bakı Ofisi;
Layihə: Qafqazdakı MK-lərin İqtisadiyyatda İştirakı (2017.4061.2)
Direktor: Frederik Rocovanski
Fəaliyyət: Nəqliyyat xidmətləri
Hədəf bölgələr: Bakı, Mingəçevir, Oğuz, Bərdə, Ağdam.
Dövr: 1 Mart 2018 – 1 Mart 2019, uzanma ehtimalı ilə.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin regional "Qafqazdakı MK-lərin İqtisadiyyatda İştirakı" layihəsi şirkətləri və fiziki şəxsləri nəqliyyat xidmətlərini həyata keçirmək üçün müraciət etməyə dəvət edir.
Xidmətin Məqsədi
Nəqliyyat vasitəsinə sahib olan peşəkar sürücü Bakıda və Azərbaycanın mərkəzi və qərb bölgələrindəki kəndlərində müqavilə müddətində layihə üçün həm ehtiyac əsasında həm də əvvəlcədən müraqciət şərtilə nəqliyyat və çatdırılma xidmətlərini həyata keçirəcək.
İşin miqyası:
Layihə fəaliyyətlərinin icrası məqsədilə podratçılar aşağıdakı nəqliyyat xidmətlərini həyata keçirməlidirlər.
-
Bakıda və bölgələrdə layihənin iştirakçı heyəti və tərəfdaşları üçün vaxtında və təhlükəsiz sürücülük xidmətlərini təmin etmək;
-
Layihəyə aid sənədlərin və (təlimlər, seminarlar və s. üçün) materialların Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Bakı Ofisinə çatdırılması və ordan aparılmasına yardım etmək.
Xidmət ehtiyac əsasında həyata keçiriləcək. Bakıdan kənara olan səfər planları podratçıya ən azı 5 gün öncədən bildiriləcək. Bakıda nəzərdə tutulan səfər planları ən azı bir gün öncədən bildiriləcək. Təxirəsalınmaz hallarda təcili müraciət də edilə bilər. Sürücü xidmət tələblərini həyata keçirməyə hər zaman hazır olmalıdır.
Vəzifə öhdəlikləri
-
Yol hərəkəti qaydalarına uyğunluq;
-
Təhlükəsizlik və rahatlıq məqsədilə nəqliyyat vasitəsini vaxtında, müntəzəm olaraq yüksək keyfiyyətdə saxlamaq;
-
Nəqliyyat vasitəsinin hər zaman təmiz və xidmətə hazır olması;
-
Əmək nizamnaməsinə və təhlükəsizlik qaydalarına uyğunluq, və yanğından mühafizə vasitələrindən istifadə;
-
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Bakı Ofisinin şablonlarından istifadə edərək gündəlik məsafə qeydləri aparmaq (qeydiyyat sənədi, vaxt cədvəli);
-
Bakıda və bölgələrdə sürücülük xidmətlərini həyata keçirməyə hazır olma.
*Bütün təmir, istismar xərcləri, həmçinin cərimələr müqaviləyə əsasən podratçı tərəfindən qarşılanacaq. Bölgələrə səfər zamanı gündəlik və yaşayış xərclərini Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Bakı Ofisi qarşılayacaq.
Tələblər:
-
Ən azı dörd sərnişin oturacağı olan (kompakt sedan, sedan, kompakt yolsuzluq, yaxud yolsuzluq avtomobili) şəxsi nəqliyyat vasitəsinin olması;
-
Hüquqi və ya fiziki şəxs olaraq vergi qeydiyyatı;
-
Azı 5 illik (yaxud, 100,000 km) sürücülük təcrübəsi;
-
Xidmət sahəsi haqqında yetərli bilik və naviqasiya proqramlarından istifadə bacarığı;
-
Beynəlxalq mütəxəssislərlə kommunikasiya üçün baza ingilis dili səviyyəsi;
-
Şirkətlərlə və beynəlxalq təşkilatlarla təcrübəyə üstünlük verilir;
-
Təhlükəsizlik, Etibarlılıq, Rahatlıq:
-
İşlək vəziyyətdə olan təhlükəsizlik kəməri, aktiv təhlükəsizlik (Nəqliyyatın Dayanıqlılığına Nəzarət) və hava yastıqları
-
İstehsal ili: maksimum 100,000 kilometr olmaqla 2012-ci ildən sonra
Müraciət üçün sənədlər
Müraciət edən şəxs aşağıda göstərilən sənədlər və məlumatlardan ibarət texniki sənədləri və qiymət təklifini təqdim etməlidir:
Texniki sənədlərə daxildir:
-
Sürücülük vəsiqəsi;
-
Nəqliyyatın texniki pasportu;
-
Şəxsiyyət vəsiqəsinin surəti;
-
VÖEN nüsxəsi;
-
Rezume (CV);
-
Nəqliyyatın vəziyyəti barədə məlumat;
-
Sürücülük tarixi (qayda pozuntuları və qəzalar) barədə arayış
Qiymət təklifi
-
Ödəniş Bakı və bölgələr üçün fərqli olmaqla, km üzrə ödənişə əsaslanır. Buna görə də, müraciət edən şəxslərdən Bakıda və Bakıdan kənarda olan xidmətlər üçün km üzrə fərqli qiymət təklifi etməsi tələb olunur. Ödəniş nəqliyyat vasitəsinin təmiri, yanacaq, xidmət haqqı da daxil olmaqla bütün xidmət xərclərini qarşılayır. Yol hərəkəti qaydalarının pozulması ilə bağlı bütün xərcləri xidmət təchizatçısı qarşılayır.
Dostları ilə paylaş: |