NəQLİyyatda serviS İŞLƏRİNİn təŞKİLİ”FƏNNİNDƏn test sual və cavablari (düzgün variant a-dır),2017-ci IL



Yüklə 0,67 Mb.
səhifə1/4
tarix11.06.2018
ölçüsü0,67 Mb.
#53342
  1   2   3   4


NƏQLİYYATDA SERVİS İŞLƏRİNİN TƏŞKİLİ”FƏNNİNDƏN

TEST SUAL VƏ CAVABLARI
(düzgün variant A-dır),2017-ci il.


  1. Respublikamızda minik avtomobillərinin sayı ümumi avtomobil parkının neçə faizdən çoxunu təşkil edir:

A)85%-dən,

B) 75%-dən,

C) 65%-dən,

D)55%-dən,

E) 45%-dən,


  1. Hazırda dünyada avtomobillərin sayı hansı ədədi keçmişdir?

A)1 mlrd ədədi,

B)0,5 mlrd ədədi,

C) 1,5 mlrd ədədi,

D) 2 mlrd ədədi,

E) 2,5 mlrd ədədi,


  1. Respublikamızda avtomobil parkının sayı neçə mindən çoxdur?

A)930 mindən,

B) 850 mindən,

C) 800mindən,

D) 950 mindən,

E)980 mindən,


  1. Nəqliyyatda servis işləri nədir?

A)Nəqliyyatda xidmət göstərmədir,

B) Nəqliyyatın satılması,

C) Nəqliyyatı yükləməkdir,

D)Nəqliyyatın alınması,

E) Nəqliyyatı boş saxlamadır,


  1. Avtomobillərdən çıxarılmış akkumlyator batareyalarının texniki vəziyyətinin dərindən yoxlanması, onların təmiri və doldurulması hansı postlarda nəzərdə tutulur?

A)TQ postlarında,

B)CT postlarında,

C) təmir postlarında,

D) elekrolit hazırlama şöbəsində,

E) sınaq və nizamlama şöbəsində,



  1. Avtomobillərin satışdan qabaq hazırlığının aparılması zavodun öhdəliklərinin təmin olunması üçün nədir?

A)məcburi şərtdir,

B)məcburi sənəddir,

C) məcburi TQ-dur,

D) məcburi təmirdir,

E) məcburi öhdəlikdir,


  1. Avtomobilin kuzovu hansı üsulla rənglənir?

A)çiləmə ilə,

B) fırça ilə,

C) diyirlənən fırça ilə,

D)əl firçası ilə

E) şpatellə,


  1. Minik avtomobillərinin satışdan qabaq hazırlanması neçə növ kompleks işlərin aparılmasını nəzərdə tutur?

A)üç növ,

B)iki növ,

C) dörd növ,

D) beş növ,

E) altı növ,


  1. Avtomobilin istismarının təminatlı dövrü istehsalçı – zavod tərəfindən nəyə görə müəyyən edilir?

A)vaxta və yürüşə görə,

B) təmirə görə,

C)TQ-a görə,

D) iş növbəsinə görə,

E) CT-ə görə,


  1. Təminatlı xidmət dövründə neçə iş növləri yerinə yetirilir?

A)üç,

B) altı,


C) beş,

D)dörd,


E) yeddi,


  1. TXS-də TQ işləri əsasən hansı postlarda aparılır?

A)universal postlarda,

B) daxilində qaldırıcı olmayan baxış xəndəyi ilə təchiz edilmiş postlarda,

C) qaldırıcısı olan baxış xəndəyi ilə təchiz edilmiş postlarda,

D) stasionar qaldırıcılarla təchiz edilmiş postlarda,

E)ixtisaslaşdırılmış postlarda,


  1. İstismarın təyinatlı dövründə avtomobillərə TQ və əsas aqreqatların təminatlı təmiri nə adlanır?

A)təminatlı xidmət,

B) təminatlı CT,

C) təminatlı TQ,

D) təminatlı məcburi işlər,

E) təminatlı təmir,


  1. TXS-də iş növləri üçün pul ödənişi nəyə görə aparılır?

A)qiymət cədvəlinə görə,

B) TQ-a görə,

C) CT-ə görə,

D) təmirə görə,

E) işin həcminə görə,


  1. Avtomobil zavodunun təminatı üzrə avtomobillərin aradan qaldırılması qüsurları neçə qrupa bölünür?

A)iki,

B) üç,


C) dörd,

D) beş,


E)altı,


  1. Avtonəqliyyat vasitələrinin aqreqat, qovşaq, mexanizm və sistemlərinin texniki xidmətlərinin yerinə yetirilməsi üzrə ardıcıl hərəkətlər kompleksi nə adlanır?

A)əməliyyat,

B) imtina,

C)teniki qulluq,

D) nasazlıq,

E) cari təmir,


  1. Avtonəqliyyat vasitələrinin TQ və təmiri üzrə işlərin yerinə yetirilməsində iştirak edən istehsalat işçilərinin və vasitələrinin texniki təsirlərinin məcmusu nə adlanır?

A)Avtoservis müəssisələrində istehsalat prosesi,

B)Avtoservis müəssisələrində texnolojı proses,

C) Avtoservis müəssisələrində CT texnologiyası,

D) Avtoservis müəssisələrində əməliyyat prosesi,

E) Avtoservis müəssisələrində TQ prosesi,


  1. Yuma, qəbul və diaqnostikadan sonra avtomobil bilavasitə hansı zonaya daxil olur?

A)TQ və təmir zonasına

B)mövsümi təmir zonasına,

C) cari təmir zonasına,

D) əsaslı təmir zonasına,

E) saxlanma zonasına,


  1. Avtomobillərin TQ və CT-nin işçi postlarda aparılması üçün nəzərdə tutulmuş hansı sahələrdir?

A)əsas istehsalat sahəsi

B) satışdan qabaq hazırlıq sahəsi,

C)tüxniki nəzarət sahəsi,

D) saxlanma sahəsi,

E) təhvil sahəsi,


  1. Avtonəqliyyat müəssisələrində işlərin təşkili üçün hansı sənəd əsas götürülür?

A)Azərbaycan Respublikasının qanunları və Nazirlər Kabinetinin hüquqi sənədləri,

B) Avtonəqliyyat müəssisələrinin qərarı:

C) TXS-nin verdiyi sənəd,

D)Satışın magazasının verdiyi sənəd,

E) DYP-nin verdiyi sənəd,


  1. Avtomobilin işləmə qabiliyyətinin təmin edilməsi məqsədilə texniki vəziyyətinin dəyişdirilməsi üsullarının toplusu nə adlanır?

A)TQ və CT texnologiyası,

B) işləmə qabiliyyəti,

C) texnoloji proses,

D) imtina,



  1. Nasazlıqların yaranmasının qarşısını almaq və avtomobilin uzun müddət texniki saz və işləmə qabiliyyətini saxlamaq üçün yerinə yetirilən əməliyyatlar nə adlanır?

A)texniki qulluq,

B) işçi post,

C) əməliyyat,

D) texnoloji proses,

E) imtina,


  1. ANV-nin elə bir vəziyyətidir ki, o, baxılan vaxt anında texniki sənədlərdə müəyyən olunmuş tələbələrin heç olmasa birinə cavab verməyən və ya uyğun gəlməyən nə adlanır?

A)nasazlıq,

B) işləmə qabiliyyəti,

C) imtina,

D) işçi post,

E) təmir,


  1. İşləmə qabiliyyətini itirmiş avtomobilin texniki vəziyyətinin bərpası nə adlanır?

A)təmir,

B) işləmə qabiliyyəti,

C) işçi post,

D)nasazlıq,

E) texnoloji proses,


  1. Avtomobilin istismarı prosesində baş verən imtina və nasazlıqların aradan qaldırılması nə adlanır?

A)avtonəqliyyat vasitəsinin CT,

B)əməliyyat,

C) işləmə qabiliyyəti,

D) nasazlıq,

E) imtina,


  1. ANV-nin öz funksiyasını onun texniki sənədlərinin tələbləri ilə müəyyən olunmuş parametrlərlə yerinə yetirmək qabiliyyəti nə adlanır?

A)işləmə qabiliyyəti

B) TQ,


C) təmir,

D)əməliyyat,

E) işçi post,


  1. İstehsalat zonasında işlər qurtardıqdan sonra avtomobil hansı zonaya göndərilir?

A)təhvil zonasına,

B) yuma zonasına,

C) qəbul zonasına,

D) ümumi baxış zonasına,

E) diaqnostika sahəsinə,


  1. Qəbul üzrə əsas işlərin aparılmasının əmək tutumu neçə adam.saat olur?

A)0,25...0,35 adam.saat,

B) 0,45...0,55 adam.saat,

C) 0,35...0,45 adam.saat,

D)0,55...0,65 adam.saat,

E) 0,15...0,25 adam.saat;


  1. Zavoddan satış üçün mağazaya gətirilən avtomobilə lak–rəng örtüyünü qorumaq üçün nə çəkilir?

A)antikorroziya tərkibi,

B) yapışqan tərkibi,

C)boya tərkibi,

D) emulsiya tərkibi,

E) antifriz tərkibi,


  1. İstehsalata rəhbərlik və işlərin yerinə yetirilməsinin gedişinə kim nəzarət edir?

A)dispetçer,

B) idarə rəisi,

C) baş mühəndis,

D)sahə rəisi,

E) texniki şöbə müdiri,


  1. TQ və CT ilə bağlı ANV-nin üzərində bir və ya bir neçə bircins işlərin yerinə yetirilməsi üçün istehsalat sahəsinin texnoloji avadanlıqla, tərtibatlarla, alətlərlə təchiz edilmiş bir hissəsi nə adlanır?

A)işçi post,

B) köməkçi post,

C) işçi yer,

D) texnoloji avadanlıq,

E)gözləmə avtomobil yeri,


  1. İşçinin konkret işi yerinə yetirmək üçün istehsalat sahəsinin texnoloji avadanlıqla, tərtibatlarla, alətlərlə təchiz edilmiş bir hissəsi olan əmək fəaliyyəti zonası nə adlanır?

A)işçi yer,

B) köməkçi post,

C)əməliyyat,

D) işləmə qabiliyyəti,

E) ANV-nin CT,


  1. Kuzovun dib və alt səthinə korroziyaya və səs–küyə qarşı nə çəkilir?

A)mastika,

B)əlif yağı,

C) şpatlovka,

D) sürtgü yağı,

E) yapışqan,


  1. Hərəkətin təhlükəsizliyinin təmin edilməsi baxımından avtomobilin texniki vəziyyətini nəzərdən keçirmək və onu istismar materialları ilə təmin etmək və s. nə adlanır?

A)gündəlik qulluq,

B) texniki qulluq

C)cari qulluq,

D) təmir işləri,

E) əsaslı təmir işləri,


  1. ANV-nin işləmə qabiliyyətinin tam və ya qismən itirilməsi ilə baş verən hadisə nə adlanır?

A)imtina,

B) CT,


C)nasazlıq,

D) TQ,


E) işçi post,


  1. Texnoloji prosesin müəyyən hissəsini yerinə yetirmək üçün tələb olunan istehsalat vasitələri nə adlanır?

A)texnoloji avadanlıq,

B)köməkçi post,

C) işçi yer,

D) işçi post,

E) ANV-nin CT,


  1. ANV-nin TQ və CT-nin istehsalat prosesi əsas texnoloji proseslərdən və köməkçi işlərdən ibarət olub, bunların əsasında nə durur?

A)vahid texnoloji marşrut,

B) köməkçi post,

C)təmir,

D) texnoloji avadanlıq,

E) işləmə qabiliyyəti,



  1. Diaqnostika postlarında xırda nasazlıqların aradan qaldırılması və bəzi detalların dəyişdirilməsi mümkündürsə, belə işlərin həcmi postun iş həcmi­nin neçə %-dən çox olmamalıdır?

A)20 %-dən,

B) 10 %-dən,

C) 30 %-dən,

D)40%-dən,

E) 50 %-dən,



  1. Avtomobilin ümumi texniki vəziyyətinin, TQ və ya təmirin tələb olunan iş həcminin təyini üçün yerinə yetirilən işlər kompleksi nə adlanır?

A)TXS-na qəbul,

B) vahid texnoloji marşrut,

C) yuma sahəsi,

D) diaqnostika sahəsi,

E)təhvil verməni gözləmə;


  1. Avtomobilin rənglənmiş kuzovu əsasən harada qurudulur?

A)kombinə edilmiş rəngləmə–qurutma kameralarında,

B)açıq havada,

C) çardağın altında,

D) spiral vasitəsilə,

E) lampa vasitəsilə,


  1. Yerinə yetirilmiş işlərin faktiki həcmini və keyfiyyətini təyin etmək üçün yerinə yetirilən nəzarət-baxış işləri kompleksi nə adlanır?

A)təhvil,

B)qəbul,


C) təmir,

D) köməkçi post,

E) vahid texnoloji marşrut,


  1. Avtomobil yığışdırma-yuma işləri aparıldıqdan sonra hansı zonaya daxil olur?

A)qəbul zonasına,

B) təmir zonasına,

C) təhvil zonasına,

D) CT zonasına,

E)TQ zonasına,


  1. Kamerlərin texniki vəziyyəti harada yoxlanılır?

A)su doldurulmuş vannada,

B) qəbul və təhvil sahəsində,

C) təkərin montaj yerində,

D)diskini təmiri yerində,

E) şinə hava vurulan qurğuda,


  1. Elektrolitin sıxlığını və dolma dərəcəsini nə vasitəsilə təyin edirlər?

A)yükləyici çəngəl,

B) destilə edilmiş su,

C) sulfat turşusu,

D) elektrolit,

E)cari təmir,


  1. TQ və CT zonalarında işlərin xüsusiyyəti işçi postların neçə faizinin qaldırıcılarla təchiz edilməsini tələb edir?

A)50...80%,

B) 30...40%,

C)35...45%,

D) 45...50%,

E) 20...30%,


  1. Şinlərdə havanın təzyiqi hansı normaya uyğun olmalıdır?

A)istehsalçı-zavodun tövsiyə etdiyi normaya,

B)şinquraşdırmada verilən normaya,

C) TXS tərəfindən verilən normaya,

D) ANM-də verilən normaya,

E) avtomobil sahibinin razılıq verdiyi normaya,


  1. TQ və CT zonası ilə yanaşı köməkçi istehsalat sahələri ümumi sahənin neçə %-ni tutur?

A)6,0...10,0%,

B) 7,0...12,0%,

C) 8,0...14,0%,

D) 9,0...16,0%,

E)10,0...18,0%,


  1. TQ və CT zonasında tələb olunan işçilər kompleksi yerinə yetirildikdən sonra avtomobil hansı sahəyə daxil olur?

A)nəzarət və təhvil,

B) qəbul – təhvil,

C) yuma sahəsi,

D) diaqnostika,

E) yağlama sahəsi,


  1. Yuma meydançaları və xəndəklərin su keçirməyən örtüklü döşəməsinin mailliyi süzülüb axan sular üçün trapa doğru neçə % olmalıdır?

A)2,0...3,0%,

B)4,0...5,0%,

C) 3,0...4,0%,

D) 5,0...6,0%,

E) 1,0...2,0%,


  1. Yuma mexanizmlərinin elektrik idarəetmə cihazlarında gərginlik neçə V-dan çox olmamalıdır?

A)12 V,

B) 220 V,

C)250 V,

D) 110 V,

E) 16 V,


  1. Təmiz, quru qovşaq və detallar hansı postda göndərilir?

A) təmir və yığma postuna,

B) nizamlama postuna,

C) xaricdən təmizləmə postuna,

D) qüsurlaşdırma postuna,

E)yuma,təmizləmə postuna,


  1. Avtomobillərin kuzovunun daxili səth örtüyünün və oturacaqların örtüyünün təmiri və hazırlanması üzrə işlər harada yerinə yetirilir?

A)üzçəkmə sahəsində,

B) tənəkə işləri sahəsində,

C) kuzov sahəsində,

D) rəngləmə sahəsində,

E)armatur işləri sahəsində,


  1. Yığışdırma–yuma işləri aparıldıqdan sonra avtomobil hansı postlara göndərilir?

A)diaqnostika və ya TQ və təmir,

B) CT və ya yağlama sahəsinə,

C) aqreqat – mexaniki sahəsinə,

D) qurutma və koməkçi post,

E)qəbul - təhvil sahəsində,


  1. Nəzarət–nizamlama işləri (tormoz sistemində, təkərlərin qurulma bucaq­larının nizamlanması və s.) hansı prosesdə yerinə yetirilir?

A)TQ prosesində,

B)CT prosesində,

C) təmir prosesində,

D) əsaslı təmir prosesində,

E) mövsümi qulluq prosesində,


  1. TQ və CT postlarında nəzarət–diaqnostika əməliyyatları avtomobillərə kimlər tərəfindən həyata keçirilir?

A)təmir fəhlələri tərəfindən,

B)çilingərlər tərəfindən,

C) tikinti işçilər tərəfindən,

D) xüsusi hazırlıqlı ustalar tərəfindən,

E) mühəndis–mexanik tərəfindən,


  1. TXS-in postlarının və istehsalat sahələrinin işini nizamladıqda hansı işlər aparılır?

A)xronometraj müşahidələr,

B) mexanikləşdirmə işləri,

C)nəzarət-baxış işləri,

D) texniki nizamlamalar,

E) diaqnostika işləri,


  1. Texniki qulluq obyekti kimi nə qəbul edilir?

A)avtomobil və onun aqreqat və mexanizmləri,

B) texniki bazalar,

C) avtomobil qarajları,

D) avtomobil zavodları,

E) nəqliyyat müəssisələri,


  1. Yuma qurğusunun aqreqatlarının elektriki hansı gərginlikli olmalıdır?

A)12 V,

B) 10 V,


C)16 V,

D) 20 V,


E) 24 V,


  1. Avtomobillərin istismarı prosesində kuzovlarda yaranan qüsur və nasazlıqları aradan qaldırmaq üçün hansı şöbə fəaliyyət göstərir?

A)kuzov şöbəsi,

B)TQ şöbəsi,

C) CT şöbəsi,

D) təmir şöbəsi,

E) rəngləmə şöbəsi,


  1. Xüsusi tərkibli plastik kütlələr hansı temperaturaya qədər dözümlüdürlər?

A) +500º C-yə qədər,

B) +900º C-yə qədər,

C) +600º C-yə qədər,

D) +700º C-yə qədər,

E)+800º C-yə qədər,


  1. TQ və CT postlarında avtomobildən çıxarılmış qida sistemi elementləri hansı şöbədə təmir olunur?

A) qida sistemi aparatlarının təmiri şöbəsində,

B) CT zonasında xırda təmir şöbəsində,

C) yoxlama–nizamlama şöbəsində,

D)TQ zonasında cihazların çıxarılması və quraşdırılması şöbəsində,

E) qovşaq və hissələrin təmiri şöbəsində,


  1. TQ və CT postunda avtomobildən çıxarılmış təkərlər arabacıq vasitəsilə hansı sahəyə nəql olunur?

A) şinquraşdırma sahəsinə,

B) yuma və qurutma sahəsinə,

C) qəbul və təhvil sahəsinə,

D) diaqnostika sahəsinə,

E) diskin təmir sahəsinə,


  1. Dərin yoxlama, nizamlamalar və ya təmir tələb edən qida sistemi cihazları təmir şöbəsinə hansı postlardan göndərilir?

A) TQ, CT və ya diaqnostika postlarından,

B) sınaq və nizamlama postlarından,

C) cihazların yığılması postundan,

D) qovşaq və hissələrin sökmə postundan,

E) nəzarət və çeşidləmə postlarından,


  1. Maksimum yanacaq qənaətliliyini və işlənmiş qazların minimal zərərliyini təmin etmək üçün tələb olunan hansı işlər yerinə yetirilir?

A)nizamlama işləri,

B) TQ işləri,

C)CT işləri,

D) yuma işləri,

E) yığma işləri,


  1. TQ və CT zamanı bilavasitə avtomobildə nasazlığı aradan qaldırıla bilməyən elektrik avadanlığı cihazları hansı sahədə təmir olunur?

A) elektrik avadanlığının təmiri sahəsində,

B) diaqnostika sahəsində,

C) cihazların yığılması sahəsində,

D)sınaq və nizamlama sahəsində,

E) qovşaq və hissələrin təmiri sahəsində;


  1. Baza detallarının bərpası ilə bağlı əsaslı təmir və ayrı-ayrı əsas qovşaqların təmiri harada təşkil olunur?

A)ixtisaslaşdırılmış emalatxanada,

B) CT elmalatxanasında,

C)avadanlıqdların təmiri emalatxanasında,

D) çilingər emalatxanasında,

E) TQ emalatxanasında,


  1. Dərindən yoxlamaq, nizamlama və təmir üçün gətirilmiş elektrik avadanlığı cihazı çirkdən təmizləndikdən sonra hansı posta göndərilir?

A)nəzarət postuna,

B) nizamlama postuna,

C) yuma postuna,

D) yığışdırma postuna,

E) əsaslı təmir postuna,


  1. Benzinlərin detonasiyaya qarşı davamlılığı nə ilə qiymətləndirilir?

A)oktan ədədi ilə,

B) metan ədədi ilə,

C) propan ədədi ilə,

D) heptan ədədi ilə,

E) setan ədədi ilə


  1. Plastik kütlələrin istilikötürmə qabiliyyəti metallara nisbətən neçə dəfə azdır?

A)500...600 dəfə,

B)400...500 dəfə.

C) 300...400 dəfə,

D) 600...700 dəfə,

E) 700...800 dəfə,


  1. Yoxlamadan sonra təmirə ehtiyacı olan aqreqat və cihazlar hansı posta verilir?

A)çökmə postuna,

B) nəzarət sınaq postuna,

C) yuma, təmizləmə postuna,

D)qüsurlaşdırma postuna,

E) təmir, yığma postuna,


  1. Təmir edilmiş elektrik avadanlığı cihazları və aqreqatları hansı postda göndərilir?

A)nəzarət postuna,

B) yuma, təmizləmə postuna,

C) təmir, yığma postuna,

D)sökmə postuna,

E) təzə və təmir olunmuş detallar postuna,


  1. Mühərrikin resursu avtomobilin əsaslı təmir yürüşünün neçə %-ni təşkil edir?

A)60...70 %-ni,

B) 30...40 %-ni,

C) 40...50 %-ni,

D) 50...60 %-ni,

E)20...30%-ni,



  1. Plastik kütlə - termoplastlar hansı temperatur sərhədlərində normal işləmə qabiliyyətini saxlayırlar?

A) -50º...+80ºS,

B) 65º...+95ºS,

C) -60º...+90ºS,

D) -55º...+85ºS,

E) 70º...98ºS,


  1. Yuyucu məhlulları neçə dərəcəyə qədər qızdırmaq məqsədəuyğundur?

A)40...45º C-yə,

B)45...50º C-yə,

C) 50...55º C-yə,

D) 55...60º C-yə,

E) 60...65º C-yə,


  1. Avtomobilin təmirinin başlanğıc və son əməliyyatları hansı işlərdir?

A) sökmə və yığma,

B) rənglənmə işləri,

C) misgər, tənəkə və kuzov işləri,

D) şinmontaj və vulkanizasiya işləri,

E) yumaq və pardaxlamaq,


  1. Plastik kütlə - reaktoplastlar hansı temperaturaya qədər normal işləmə qabiliyyətini saxlaya bilirlər?

A)+120º C-yə qədər,

B)+125º C-yə qədər,

C) +130º C-yə qədər,

D) +135º C-yə qədər,

E) +140º C-yə qədər,


  1. Dizel yanacağının öz-özünə alışma qabiliyyəti nə ilə qiymətlndirilir?

A)setan ədədi ilə,

B) propan ədədi ilə,

C) oktan ədədi ilə,

D)metan ədədi ilə,

E) heptan ədədi ilə,


  1. Qida sistemini hava ilə üfürmək zərurəti olduqda sistemdəki təzyiq neçə MPa-dan çox olmamalıdır?

A)0,5 MPa-dan,

B) 0,7 MPa-dan,

C)0,6 MPa-dan,

D) 0,8 MPa-dan,

E) 0,4 MPa-dan,


  1. Mühərrikin resursu avtomobilin işləmə qabiliyyətini saxlamaq üçün bütün xərclərin neçə %-ni təşkil edir?

A)20...22 %-ni,

B) 25...28 %-ni,

C) 30...35 %-ni,

D) 35...40 %-ni,

E) 40...45 %-ni,


  1. Hərəkətin təhlükəsizliyini təmin etmək üçün tormoz qəlibləri hansı materialdan hazırlanır?

A)yüksək keyfiyyətli friksion,

B) yüksək keyfiyyətli çuqun,

C)yüksək keyfiyyətli polad,

D) yüksək keyfiyyətli ağac,

E) yüksək keyfiyyətli dəmir,


  1. İşçi qarışığı denotasiya ilə yandıqda alovun yayılma sürəti neçə m.san.-yə çatır?

A)1500...2500 m.san.,

B) 1000...1500 m.san.,

C) 900...1000 m.san.,

D) 2500...3500 m.san.,

E)3500...4500 m.san,


  1. Karbüratorlu mühərrikin optimal istilik rejimi soyutma sistemindəki suyun temperaturu neçə dərəcə olduqda əldə edilir?

A)80...85º C,

B)75...80º C,

C) 70...75º C,

D) 65...70º C,

E) 70...65º C;


  1. Dizel mühərriklərində optimal istilik rejimi soyutma sistemindəki suyun temperturu neçə dərəcə olduqda əldə edilir?

A)85...90º C,

B) 90...95º C,

C) 80...85º C,

D)75...80º C,

E) 70...75º C;


  1. Detalları ultrasəslə təmizlədikdə onun tezliyi neçə Hs-dən yuxarı olur?

A)20000 Hs-dən,

B) 15000 Hs-dən,

C)17000 Hs-dən,

D) 10000 Hs-dən,

E) 5000 Hs-dən,


  1. Yuma – təmizləmə əməliyyatlarından sonra hansı işlər yerinə yetirilir?


    Yüklə 0,67 Mb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin