Nəqliyyatda yükəmə-boşaltma işlərinin təşkili – 2” fənni ybm, onların təsnifatı. Ybm-nin məhsuldarlığı və ona təsir edən amillər


Yükün boşaldılması və təhvil verilməsi



Yüklə 0,71 Mb.
səhifə18/19
tarix10.01.2022
ölçüsü0,71 Mb.
#107821
1   ...   11   12   13   14   15   16   17   18   19
Yükün boşaldılması və təhvil verilməsi

Stansiya qatarların yaxınlaşması haqqında məlumatı növbəlik tapşırıqla birgə 12 saat əvvəl dəmir yolu hissəsinin məlumat bürosundan alır. Bu təlimat hər 2-3 saatdan bir qonşu stansiyalardan daxil olan teleqram-natura vərəqləri ilə dəqiqləşdirilir.

Təyinat stansiyalarında qəbul edilən yüklərin daşıma sənədləri texnoloji mərkəzə daxil olur və daşıma sənədlərinin təhvil verilmə kitabına yazıldıqdan sonra, vaqon vərəqələrinə və yol cədvəllərinə qatarın qəbul tarixini göstərən ştamp vurulur. Sonra qaimələr və yol cədvəlləri əmtəə kontoruna, vaqon vərəqələri isə boşaltma məntəqələrinə göndərilir.

Əmtəə kontorunda sənədlər yüklərin qəbulu kitabına yazılır və onlara nömrə verilir. Əmtəə kontoru yükün qəbul edilməsi haqqında məlumatı həmin gün və ya növbəti gün 12-dən gec olmayaraq, yük qəbul edənə çatdırır.

Nəqliyyat-anbar kompleksinə daxil olan vaqon vərəqləri boşaltma kitabına yazılır, vaqonlıara kommersiya baxışı həyata keçirildikdən sonra onlar boşaldılır. Yük qəbul edəndən bütün ödənişlər qəbul edildikdən sonra yük qaimə ilə birlikdə ona verilir. Yük təhvil verildikdə onun kütləsi, yerlərin sayı və vəziyyəti yoxlanılır.

Yük təyinat stansiyasında boşaldıldığı gün saat 24-dən başlayaraq, bir sutka ərzində pulsuz saxlanılır. Bu müddət qurtardıqdan sonra yükün saxlanması üçün əlavə ödəniş qəbul edilir.

Stansiyada yerinə yetirilən bütün yük və kommersiya işləri üçün müvafiq sənədlər və hesabatlar tərtib olunur. Hesabat blankları aşağıdakı kimi təsnif olunur: a)sərnişin daşımaları üzrə qeydiyyat blankları; b)yük daşımaları üzrə qeydiyyat blankları; v)hesabat blankları


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin