Nəriman Həsənzadə 85


Xocalı Soyqırimı günü1992



Yüklə 35,63 Kb.
səhifə5/11
tarix05.01.2022
ölçüsü35,63 Kb.
#111671
1   2   3   4   5   6   7   8   9   10   11
Xocalı Soyqırimı günü1992

(metodiki məktub) * Xocalı rayonu



* Ərazisi: 936 km 2 * Əhalisi:25332 nəfər * İşğal tarixi: 26.02.1992 * İnternet saytı http:// xocali-ih.gov.az

______________________________________________________________________Ötən əsrin 1992-ci ilinin fevralında tarixdə görünməmiş qətilam baş verdi. Türkləri özlərinin əbədi düşməni hesab edən ermənilər məskunlaşdıqları türk torpaqlarında insanlığa xas olmayan vəhşiliklər törətməklə, Xocalı adlı bir yurd yerini yer üzündən sildilər-insanlar amansızlıqla qətlə yetirildilər, əsir götürüldülər,şəhər isə oda qalandı.Bu,Qarabağ müharibəsinin ən qəddar səhifəsi idi.1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu,ən dəhşətli soyqırım törədildi. Buna qədər isə Xocalı erməni-daşnaklar tərıfindən tam mühasirəyə alınmışdı.Yollar tamam kəsilmiş, Xocalı taleyin ümidinə buraxılmışdı.Halbuki xocalılar erməni-daşnakl hərbi qüvvələrinə mərdliklə müqavimət göstərir,şəhəri çətinliklə də olsa qoruyub saxlayırdılar. Düşmən elə buna görə də Xocalı sakinlərini vəhşiliklə, qəddarlıqla və kütləvi surətdə qətlə yetirdi.Faciənin miqyası son dərəcə böyük və dəhşətli idi. Ağdam istiqamətində düzlər, dərələr,dağlar günahsız insanların cəsədləri ilə dolmuşdu.Yergöy qan ağlayırdı. Ermənilər qadınlara və uşaqlara,qocalara və xəstələrə rəhm etmədən hamını güllələyərək süngüdən keçirmişdilər. Xocalı soyqırımına siyasi qiymət verən və bu barədə dünyanın ən yüksək tribunalarından danışan ümummilli lider Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə demişdir:”...biz toplaşıb Xocalı faciəsinin cavabını verək, şəhidlərin qanının yerdə qalmaması gününü görək Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edək,İnanıram ki, Azərbaycan xalqı belə qüdrətə malikdir”. Bu faciə zamanı böyük bir yaşayış məntəqəsi yer üzündən silinib,azərbaycanlılara qarşı amansız soyqırımı törədilib: 613 nəfər qətlə yetirilib,1275 nəfər əsr götürelüb.Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda,keçidlərdə,meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər. Habelə azğınlaşmış erməni hərbçiləri əsir və girov götürdükləri azərbaycanlıları xüsusi amansızlıqla,işgəncə verərək qətlə yetiriblər. Mühasirədən çıxıb qaçmağa müvəffəq olan sakinlər təqib edilərək Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə amansızlıqla qətlə yetiriliblər. Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon Daxili işlər şöbəsində işgəncə verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilib,dözülməz işgəncələr verilib,insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb. Xocalıya hücum edən erməni dəstələri ölkə iqtisadiyyatına 170 milyon dollardan artıq ziyan vurub. Şəhərin toxuculuq fabriki,onlarla ictimai iaşə obyekti dağıdılıb.200 nəfərdən cox insan müxtəlif dərəcəli əlilə çevrilib. Ermənilər buna görə cavab verməlidirlər. Əgər bunu edə bilməsək, gələcək nəsillər bizi heç vaxt bağışlamayacaqdır! Azərbaycan Respublikasının Milli Məclisi 24 fevral 1994-cü ildə 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli fasiələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da “Xocalı soyqırımı günü”elan olunması barədə qərar vermiş və Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdırılması və “Xocalı soyqımı günü”nün beynəlxalqm miqyasda keçirilməsi

üçün dünya azərbaycanlılarına müraciət etmişdir.Hər il fevralın 26-da saat 17.00 Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.




Yüklə 35,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin