Keçiriləcək tədbirlər
Bu il fevral ayının19-da Xocalının Ermənilər tərəfindən işğal edilməsinin 24-cü ildonümü tamam olur. Bunula əlaqədar respublikamızın hər yerində, xüsusilə mədəni-maarif müəssisələrində,o cümlədən kitabxanalarda geniş tədbirlər planı hazırlanmalıdır. Bu məqsədlə kitabxanalar Xocalı facəsinin tarixinə aid əsərlər təbliğ etmək üçün əyani və şifahi təbliğatın: kitab sərgləri ,söhbət,oxucu konfrası, anım gecəsi və s.formalardan istifadə edə bilərlər.İlk növbədə kitabxanada sərgi təşkil olunmalıdır.Dağlıq Qarabağın tarixinə və bu gününə, Xocalı Soyqirmına aid müxtəlif çap olunmuş kitabları dövrü mətbuatda dərc olunmuş məqalələr ,şəkillər nümayiş oluna bilər.Kitabxanada keçirilən tədbirlər arasında anım gecəsi xüsusi yer tutur.” Xocalı Soyqırımı əsrin faciəsidir” başlıqlı anım gecəsi təşkil etmək olar.Cecədə Xocalı soyqırımın da didərgin düşmüş soydaşlarımızın da iştirakı və çıxışı vacibdir.Gecədə foto-şəkillərin də nümayiş etdirilməsi,gənc nəsillərdə vətənə,torpağa məhəbbəti,düşmənə nifrəti artırır. Xocalı soyqqırımına aid bayatılar.şeirlər,poemalardan parçalar dinlənilə bilər. Kitabxanalarda oxucularla aparılan söhbətləri və kitab sərgilərinin də əhəmiyyəti az deyil. Aşağıda “Xocalı Soyqırımının 24-cü ildönümü ilə əlaqədar sərginin sxemini veririk.
Dostları ilə paylaş: |