Nəriman Həsənzadə 85


Azərbaycanlıların Soyqırımı Günü (metodiki tövsiyə)



Yüklə 35,63 Kb.
səhifə9/11
tarix05.01.2022
ölçüsü35,63 Kb.
#111671
1   2   3   4   5   6   7   8   9   10   11
Azərbaycanlıların Soyqırımı Günü (metodiki tövsiyə)

Azərvaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı tarixin açılmamış səhifələrindən biridir.1813-cü və 1828 ci illərdə imzalanmış Gülütan və Türkmənçay müqaviləri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoymuşdu. Azərbaycan xalqının bu milli faciəsinin davam kimi onun torpaqlarının zəbti başlandı.Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbacan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. İrəvan,Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “Erməni vilayəti”adlandırılan inzibatı bölgünün yaradılmasına nail oldular.Belə sünü ərazi bölgüsü ilə,əslində,azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyulmuş,”Böyük Ermənistan”ideyaları təbliğ olunmağa daşlanmışdı.”Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirmişdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etmişdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, yerlə yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdi.Birinci Dünya müharibəsi,eləcə də Rusiyada baº vermiº 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olmuşdular.1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılmışdı.Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali mənsubiyyətinə görə məhv edilmişdir.Ermənilər evlərə od vurmuş,insanları diri-diri yandırmışlar. Bakının böyük bir hissəsini xarabalığa cevirmişlər.Azərbaycanlıların soyqırımı Bakı,Şamaxı,Quba qəzalarında,Qarabağda,Zəngəzurda, Naxçıvanda,Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi sürətdə qətlə yetirilmiş kəndlər yandırılmış,milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın,o cümlədənçoxlu sayda qoca,qadın və uşaqların öldürülməsi ilə nəticələnmişdir.Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti, təkcə Bakı şəhəri ilə məhdudlaşmamışdir. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını,o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetirmişlər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayıisə 16 mindən artıq olmuşdur. 1919-cü ildə Azərbaycan Parlamenti 31 mart tarixinin-azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Sovet hakimiyyəti illərində bu tarixi yaddaşlardan silinsə də,müstəqillik dövründə tarıxısənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdirmalar aparılmış, kitablar dərc olunmuşdur.1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Həmin gündən başlayaraq 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.


Yüklə 35,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin