Nəriman Həsənzadə 85


mart soyqırım”adlı anım tədbiri . 3



Yüklə 35,63 Kb.
səhifə11/11
tarix05.01.2022
ölçüsü35,63 Kb.
#111671
1   2   3   4   5   6   7   8   9   10   11
2. 31 mart soyqırım”adlı anım tədbiri .

3. Kənd kitabxanalarının fəal oxucuları ilə birlikdə keçirilən təntənli anım mərasimində Iştirak

etmək.


Tövsiyə edirik ki,31 mart Azərbaycanlıların soyqırımı günüdür və onun haqqında olan materiallar mövzu kartotekası şəklində hazırlanıb oxucuların istifadəsinə verilsin. Bu zaman təşkilatçılar bu mövzuda olan kitabların müzakirəsini təşkil etməlidirlər.Bu dövr ərzində oxucular müzakirə ediləcək kitabı oxuyub onun mövzusunda irəli gələn ideya xətti haqqında söz deməyə hazır olmalıdırlar. Kitabxanaların əməkdaşlarına tövsiyə ediri ki, 31 mart Azərbaycanlıların soyqırımının geniş kütlələrə çatdırəlmasında sitat sərgisindən də istifadə etsinlər. Burada görkəmli şəxslərin, tarixçilərin fikirlərindən sitatların verilməsi məqsədəuyğundur. Sitat sərgisinin təşkili ədəbiyyatdan aslı olaraq kitabxanaçıların ixtiyarına verilir. 31 mart azərbaycanlılaın soyqırımı ilə əlaqədar olaraq uşaqlarla sual-cavab formasından da etmək məqsədəuyğundur. Sual-cavab gecəsini aşağıdakı kimi təşkil etmək olar.

* Azərbaycanlılara qarşı soyqırımı kimlər törətmişdir ?

* Soyqırımı törədməkdə məqsədl

* Soyqırımın əsas rəhbərləri kimlər idi.

2 Fevral Gənclər günüdür.

(Metodiki vəsait).

Müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması, hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya atmışdı.

1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdığı dövrdən Azərbaycan gəncliyini ölkənin taleyi üçün mühüm işlər görməyə çağırmışdı.Məhz elə 1993-cü ildən etibarən dövlət gənclər siyasəti öz işinə başlamış, gənclərin cəmiyyətdə layiqli yer tutmasını təmin etmək üçün yaradılmışdır.Ulu öndər gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi.Bu məqsədlə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılmışdır.1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüş, 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir.Forumda ulu öndər Heydər Əliyev şəxsən iştirak etmişdir.

1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev “2 fevral-Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalamışdır.1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” fərman ulu öndərin gənclərə böyük önəm verdiyini təzahürü kimi qiymətləndirə bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşmış, 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il “Gənclər ili” elan edilmiş, 6 aprel 2011-ci il tarixində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında Sərəncam imzalanmış, Gənclər Fondu yaradılmışdır.Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.

Keçiriləcək tədbirlər.

2 Fevral Gənclər günüdür.Bu münasibətlə MKS-də və onun filiallarında Gənclər günü ilə əlaqədar çapdan buraxılmış çoxsaylı kitabça və dövrü mətbuat materiallarının böyük oxucu kütləsinə çatdırılması üçün əyani və şifahi təbliğatın kitab sərgiləri, kitabxana plakatı, stend, söhbət, məruzə, mühazirə və s. formalarından məqsədyönlü şəkildə istifadə olunmalıdır.Qeyd etmək lazımdır ki, kitab sərgiləri əyani təbliğat vasitələri arasında özünəməxsus yer tutur.Kitab sərgiləri elə bir vasitədir ki, oxucu onun köməkliyi ilə kitab, kitabça və dövrü mətbuat materialları ilə tanış olur.Oxucu sərgilər vasitəsilə kitabları bir-bir götürüb vərəqləmək, kitabların fəsilləri, bölmələri ilə tanış olmaq, kitablarda öz əksini tapan müxtəlif faktlarla tanış olmaq və s. imkanlara malik olur.Yeri gəlmişkən qeyd etmək lazımdır ki, kitab sərgilərini düzəldərkən bir sıra hazırlıq işləri aparılması zəruridir.Birinci növbədə kitabxanaçı sərginin başlığını müəyyənləşdirməli.Bununla yanaşı, mövzu üzrə ədəbiyyatı seçməli, materialları araşdırmalı və bundan sonra onu müəyyən ardıcıllıqla sərgi üçün ayrılmış vitrinlərdə əks etdirməlidir.

Kitabxanaçılara məsləhət görürük ki, 2 Fevral Gənclər Günü ilə əlaqədar olan materialları mövzu şəklində hazırlayıb oxucuların istifadəsinə versinlər.

Ağsu rayon MKS-nin Metodika və biblioqrafiya

Şöbəsinin metodisti: L.Əfəndiyeva.

21 Fevral-Beynəlxalq Ana Dili günüdür.

(Metodiki vəsait).


Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur. Həmin gün 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO tərəfindən Beynəlxalq Ana Dili günü elan edilmişdir.

Dil real və mücərrəd irsin qorunması və inkişaf etdirilməsi üçün ən mükəmməl bir alətdir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə çoxcildliliyin tədrisi deyil, həmçinin dilçilik və mədəni ənənələr haqda biliklərin artması, qarşılıqlı anlayış, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır.

Millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.Bu məqam millətin millət olaraq təsdiqidir.Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur.Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.

Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına, onun mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərdiyinə görə ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq.Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir.Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Ana dilimizi qorumaq, inkişaf etdirmək hamımızın müqəddəs borcudur.

Keçiriləcək tədbirlər.

21 Fevral Beynəlxalq Ana Dili günü ilə əlaqədar MKS-də və onun filiallarında bir sıra tədbirlər keçirilməlidir.Dillə bağlı kitabxanalarda təşkil edilən bütün tədbirlər oxucuların dilimizə olan məhəbbət hisslərinin formalaşdırılması prosesinin imkan dairəsini daha da artırır.Bu tədbirlər zamanı kitabxanaçılar söhbətlərin ideya istiqamətli olmasına, proqramın estetik cəhətdən düzgün tərtibinə nail olmağa çalışmalıdırlar.Ana dilimizin saflığından, zənginliyindən söhbət açaraq, şair və yazıçılarımızın, elm xadimlərimizin əsərlərindən nümunələr, parçalar seçilməlidir.Nümunə üçün bəzi sitatlar veririk:



  1. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz”.

Heydər Əliyev.


  1. “Hər bir azərbaycanlı vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini

mükəmməl bilməlidir”.

Heydər Əliyev.





  1. “Ana dili ! Nə qədər zərif və nə qədər ali ürək hissləri oyandıran bir kəlmə !

qədər möhtəşəm, müqəddəs, nə qədər uca bir qüllə ! ”

Nəriman Nərimanov.

21 Fevral Beynəlxalq Ana Dili günü ilə əlaqədar kitab sərgisi tərtib edilməlidir. “Dilimiz-milli varlığımızdır”, “Dilimiz-mənliyimiz”, “Ana dili-milli sərvətimizdir”, “Dilin söz işığı” və s. adlı sərgilər məqsədəuyğundur.

Ağsu rayon MKS-nin Metodika və biblioqrafiya



Şöbəsinin metodisti: L.Əfəndiyeva.
Yüklə 35,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin