Görkəmli şəxsiyyətlər Nəriman Həsənzadə haqqında:
N.Həsənzadənin şerirlərindən mən həmişə həzz almışam.Onun şeirlərində həmişə ürək döyünür. Çünki oxucusu ilə o ürək dilində danışır. Ürək dili nədir? Səmimiyyət! Onun şeirləri həmişə məni isidib,həmişə düşündürüb, görə bilmədiklərimi mənə göstərib.
Bəxtiyar Vahabzadə. xalq şairi.
O təkcə şeirində,nəsirində,dramaturgiyasında,publisistikasında deyil,adı məişətdə də böyük şairdir.
Nizami Cəfərov. professor, Əməkdar elm xadimi.
N.Həsənzadə təpədən dırnağa söz adamıdır; nəsrində də, dramaturgiyasında da adı çıxış və məqalələrində də şairdi;sözün səsinə qulaq verən,bu səsi səriştəli şəkildə müəyyən insanlara yola salan və əks-səda kimi qarşılanan, sözdən əsgəri borcunu necə yerinə yetirdiyi barədə hesabat istəyəndir...
Dostları ilə paylaş: |