Problemin öyrənilməsi səviyyəsi. Vergi sistemi, müəssisələrin vergitutma mexanizmi, vergi sistemində vergi ödənişlərinin optimal səviyyəsinin müəyyən edilməsi hazırda ölkəmizdə həyata keçirilən iqtisadi islahatların ən mürəkkəbidir. Hələ islahatların ilk illərində maksimal vergi dərəcəsi tətbiq edilmiş, vergi sisteminin daha səmərəli olması üçün onun optimal səviyyəsinin tapılması istiqamətində siyasət həyata keçirilir.
Vergi sisteminin, vergi ödənişlərinin, bu ödənişlərin optimal səviyyəsinin müəyyən edilməsinin nəzəri və təcrübi məsələləri Azərbaycanın alimlərindən M.Həsənlinin, S.Məmmədovun, D.Bağırovun, M.Sadıqovun, Y.Kəlbiyevin, L.Əhmədovun, A.Kərimovun, İ.Rzayevin, R.Məhərrəmovun, Z.Rzayevin və başqalarının əsərlərində geniş şərh edilmişdir.
Dostları ilə paylaş: |