Nəsirov Samir Şakir oğlunun «AZƏrbaycanda müƏSSİSƏLƏRİn vergitutma mexanizmmiNİn təKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ»


Vergi uçotu sistemini tətbiq etmədən vergitutma bazasının formalaşması



Yüklə 0,68 Mb.
səhifə15/28
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#109298
1   ...   11   12   13   14   15   16   17   18   ...   28
Vergi uçotu sistemini tətbiq etmədən vergitutma bazasının formalaşması

Mühasibat uçotu registirləri



Mühasibat mənfəəti

Mühasibat hesabatı

İlkin uçot sənədləri




Vergi uçotu registirləri



Vergi tutulan mənfəət

Vergi hesabatı

Vergi uçotu məlumatlarının düzgünlüyünü təsdiq edən sə­nəd­lər aşağıdakılardır:

- ilkin uçot sənədləri;

- vergi uçotunun analitik registrləri;

- vergitutma bazasının hesablanması.

İlkin uçot sənədləri iqtisadi subyektin apardığı bütün tə­sər­rüfat əməliyyatlarının rəsmilləşdirildiyini təsdiq edən sə­nəd­lərdir.

Vergi uçotunun analitik registrləri yalnız vergitutma məq­səd­ləri üçün tətbiq olunan xüsusi sənədlərdir.

Vergitutma bazasının hesablanması vergi uçotu məlu­mat­larının ümumiləşdirilmiş nəticəsidir.

Vergi uçotunun qarşısında duran vəzifələri həll etmək üçün onun aşağıdakı üsullarını qeyd etmək olar:

- vergi uçotu göstəricilərinin müəyyən edilməsi;

- «vergi maya dəyərinin» hesablanması;

- vergitutma bazasının formalaşması üsulunun müəy­yən edilməsi;

- vergi diskontunun təyin edilməsi;

- vergi dövrünün müəyyən edilməsi;

- xüsusi vergi sənədlərinin aparılması.

Vergi uçot göstəricilərinin müəyyən edilməsi mühasi­bat uçotunun məlumatlarına əsaslanır, ancaq yalnız ver­gi­tutma məqsədləri üçün istifadə olunur. Məsələn, vergi uço­tu göstəricisi olan mənfəət göstəricisi mühasibat uçotu gös­tərici olan balans mənfəəti göstəricisi ilə sıx bağlıdır, la­kin onunla üst-üstə düşmür.

«Vergi maya dəyəri» uçot-vergi göstəricisinin mühasi­bat uçotu metodikasından fərqli qaydada təyin edilməsini əks etdirir. Yəni müəssisənin çəkdiyi xərclər vergitutma məq­səd­ləri üçün müəyyən edilmiş limit, norma və norma­tivlər nəzərə alınmaqla müəyyən edilir. Məsələn, müəssi­sə­nin təmirlə bağlı çəkdiyi xərclər mühasibat uçotunda bü­töv­lüklə xərclərin tərkibinə daxil edildiyi halda, vergi­tutma məqsədləri üçün bu xərclərin məbləği məhdudlaş­dırılır.

Vergitutma bazasının formalaşması üsulunun müəy­yən edilməsi vergi öhdəliyinin yarandığı anı düzgün təyin et­mək üçün zəruridir. İki əsas üsul mövcuddur: kassa üsu­lu və hesablaşma üsulu.

Birinci üsul vəsaitlərin alındığı və ödənişlərin həyata ke­çi­ril­diyi anı nəzərə alır. Məsələn, vergi ödəyicisinin nağd pul vəsaitlərini aldığı və ya pul vəsaitinin onun bank­da olan hesabına daxil olduğu vaxt gəlirin əldə edil­di­yi vaxt sayılır.

İkinci üsuldan istifadə edildikdə isə mülkiyyət hüqu­qu­nun və öhdəliklərin yarandığı an nəzərə alınır. Məsələn, gə­lir əldə edilməsinin faktiki vaxtından asılı olamyaraq gə­lir almaq hüququnun yarandığı vaxt gəlirin əldə edildiyi vaxt saylır.

Vergitutma nəzəriyyəsində vergitutma bazasının həc­mi­nin təyin edilməsinin bir neçə üsulu var. Bunlardan ən əsas­ları birbaşa və dolayı üsullardır.

Vergitutma bazasının təyin edilməsinin əsas üsulu bir­ba­şa üsuldur. Bu zaman vergitutma bazası vergi ödəyicisi­nin sənədlərlə təsdiq edilmiş göstəricilərinə əsasən təyin edi­lir. Məsələn, mənfəət vergisini hesablayarkən vergi ödə­yi­cisi uçot və vergi-hesabat sənədlərində müəyyən dövr ərzində əldə etdiyi bütün gəlirlərini əks etdirir, sonra isə sənədlərlə təsdiq edilmiş xərcləri bu gəlirdən çıxır və be­ləliklə, vergiyə cəlb edilən mənfəətin məbləğini təyin edir. Dolayı üsul isə vergitutma bazasının əlaqəli məlu­mat­lar və analoci vergi ödəyicisi barədə məlumatlar əsa­sın­da hesablanmasını nəzərdə tutur.

Vergi diskontu vergitutma məqsədləri üçün vergi ödə­yi­ci­si­nin özünün əldə etdiyi gəlirləri artırdığı məbləğdir.

Məsələn, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsa­sən malların təqdim edilməsi əlavə dəyər vergisi məq­səd­ləri üçün vergitutma obyektidir. Vergi tutulan dövriy­yə tətbiq olunan qiymət və tariflər nəzərə alınmaqla mal­la­rın dəyəri əsasında müəyyənləşdirilir. Əgər mallar maya də­yə­rindən aşağı qiymətlə təqdim edilirsə və həmin mal alı­narkən əvəzləşdirmə hüququ əldə edilmişsə, onda vergi tu­tulan dövriyyə malların təqdim edilmə anında təşəkkül ta­pan bazar qiyməti ilə, ancaq maya dəyərindən aşağı ol­ma­yan qiymətlə müəyyənləşdirilir. Bu zaman malların fak­ti­ki təqdimedilmə qiyməti ilə onun mövcud bazar qiy­mə­ti arasında fərq yaranır və bu fərq mühasibat uçotunda öz əksini tapmır.

Beləliklə, əlavə dəyər vergisi məqsədləri üçün vergi tu­tu­lan dövriyyə müəyyənləşdirilərkən malların faktiki təq­dim olunma qiyməti rol oynamır. Xüsusi əlavə hesablama ilə vergi tutulan dövriyyənin məbləği bazar qiyməti və ya ma­ya dəyərindən aşağı olmayan qiymət əsasında müəy­yən­ləşdirilir.

Hər bir vergi növü üzrə vergi dövrünün müəyyən edil­məsi vergitutma bazası üçün prinsipial əhəmiyyət kəsb edir və vergi qanun pozuntularına görə sanksiyalardan is­ti­fadə edilməsi zamanı böyük rol oynayır.

Xüsusi vergi sənədlərinin aparılması vergi uçotunun tex­niki üsuludur.Bu barədə növbəti paraqraflarda daha ət­raf­lı bəhs ediləcək.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında ver­gi uçotunun funksiyalarının yerinə yetirilməsi üçün qa­nun­vericiliklə xüsusi qayda və metodlar müəyyənləşdiril­məmişdir.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin