2.3. Vergi ödənişlərinin minimallaşdırılması məqsədləri üçün
uçot siyasətinin alternativ üsullarından istifadə edilməsi.
Əsaslandırılmış uçot siyasəti vergi ödənişlərini qanuni yollarla optimallaşdırmağa imkan verir. Uçot siyasətinin müxtəlif elementlərindən istifadə edilməsinin əsas alternativ variantları cədvəl 2.1-də əks etdirilmişdir.
Vergi ödənişlərinin minimallaşdırılması məqsədləri üçün cədvəl 2.1-də göstərilən hər bir bənd üzrə ayrı-ayrı vergiləridə edilən qənaəti əsaslandıran xüsusi hesablamaların aparılması məqsədəuyğundur.
Uçot siyasətinin vergitutmaya təsir göstərən əsas müddəaları aşağıdakılardır:
- məhsul satışı
- istehsal ehtiyatlarının qiymətləndirilməsi üsulu;
- əsas vəsaitlərə amortizasiyanın hesablanması üsulu.
Məhsul satışından gələn gəlirin müəyyənləşdirilməsi üsulu. Gəlir və xərclərin uçotu qaydasından asılı olaraq satışdan gələn gəlir dəyəri ödənilmiş məhsullara və yüklənmiş məhsullara görə müəyyən edilə bilər.
Satışdan gələn gəlir dəyəri ödənilmiş məhsullara görə müəyyən edildikdə hesabat dövründə vergi ödəyicisinin aldığı nağd pul vəsaiti, nağdsız ödəmədə isə onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olan pul vəsaitlərinin məbləği toplanır.
Satışdan gələn gəlir yüklənmiş məhsullara görə müəyyən edildikdə isə hesabat dövrünün əvvəlinə yüklənmiş mal qalığının üzərinə hesabat dövrü ərzində yüklənmiş malların dəyərini əlavə edib hesabat dövrünün sonuna yüklənmiş malların dəyərini çıxmaq lazımdır.
Dostları ilə paylaş: |