Nəsirov Samir Şakir oğlunun «AZƏrbaycanda müƏSSİSƏLƏRİn vergitutma mexanizmmiNİn təKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ»NƏTİCƏ…………………………………………………..…………………
Resume Summery Magistrant:_____________________________________________________ Elmi rəhbər:____________________________________________________ GİRİŞ Tədqiqatın aktuallığı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasında həyata keçirilən xarici və daxili siyasətin, nail olunan dinamik sosial-iqtisadi inkişafın davamı olaraq ulu öndərimizin müəyyən etdiyi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük məharətlə həyata keçirilməsi respublikamızda yeni inkişaf modelinin formalaşmasına və onun dünya iqtisadiyyatına inteqrasiyasına, neft və qeyri-neft sektorunun dinamik inkişafına, əhalinin rifah halının yaxşılaşmasına, iqtisadiyyatın tarazlı və proporsional tərəqqisinə imkan vermişdir. Xarici siyasətinin prioritetlərindən biri milli bazarın dünya bazarı ilə, milli iqtisadiyyatın dünya iqtisadiyyatı ilə intensiv inteqrasiyasının düzgün təşkilidir. Bu məqsədlə Azərbaycan hökuməti bir çox dünya dövlətləri ilə iqtisadi əməkdaşlıq əlaqələri yaratmaqdadır. Milli iqtisadi inkişaf strategiyasında mühüm rol oynayan vergi xidməti orqanlarında son illər vergi sisteminin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi, vergi xidmətinin müasir Avropa standartlarına uyğunlaşdırılması sahəsində əhəmiyyətli işlər görülmüş, vergi qanunvericiliyi və vergi inzibatçılığının müasir tələblər baxımından qurulmasında bir sıra müvəffəqiyyətlərə nail olunmuşdur. Bu tədbirlərin davamı olaraq, Avropa İttifaqı ilə Azərbaycan arasındakı Qonşuluq Siyasəti çərçivəsində qəbul olunmuş fəaliyyət planına əsasən bir çox sahələrdə, o cümlədən vergi sahəsində, qanunvericiliyin və inzibatçılığın beynəlxalq standartlarına uyğun təkmilləşdirilməsi tələb olunur. Bu strateji prioritetlər və ölkənin maliyyə imkanlarının sürətlə artması vergi qanunvericiliyinin və inzibatçılığının beynəlxalq standartlara uyğunlaşma proseslərinin daha sürətlə aparılmasına tələblər və eyni zamanda imkanlar yaradır. Vergi qanunvericiliyinin və inzibatçılığının beynəlxalq standartlara uyğunlaşma istiqamətlərini müəyyən etmək məqsədilə, dünyada, xüsusən Avropa İttifaqının və digər ölkələrin vergi siyasəti üzrə təcrübəsi dərindən təhlil edilməli, bunun əsasında vergi dərəcələri optimallaşdırılmalıdır, bununla yanaşı Azərbaycanın xüsusiyyətləri də nəzərə alınmalıdır. Məhz yuxarıda qeyd olunanların araşdırılması və bu istiqamətdə təkliflərin verilməsi təqdim edilən dissertasiya işinin aktuallığını təşkil edir.
Yüklə 0,68 Mb. Dostları ilə paylaş: |