Tədqiqat işinin predmeti və obyekti. Tədqiqat işinin predmetini Azərbaycanın vergi ödənişləri sistemi, obyektini isə vergi infrastrukturunun fəaliyyətinin göstəriciləri və Azərbaycanın Milli iqtisadiyyatının inkişafında vergilərin optimal rolunun müəyyən edilməsi təşkil etmişdir.
Tədqiqat işinin informasiya bazası kimi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Nazirliyinin statistik məlumatları, Azərbaycan Respublikası statistika komitəsinin illik hesabatlari təşkil etmişdir.
Tədqiqat işinin nəzəri və metodoloji əsaslarını klassiklərin, Azərbaycanın və xarici ölkələrin elmi əsərləri vergilər, vergitutma, vergi siyasəti və vergi sistemi haqqında elmi əsərləri, Azərbaycan Respublikasının qanunları və normativ aktları, vergi ödənişləri sisteminin əsas istiqamətlərinin müəyyən edən Hökumətin qərarları və Vergilər Nazirliyinin normativ-hüquqi aktları təşkil edir.
Tədqiqat işinin elmi yeniliyini aşağıdakılar təşkil edir: