81) Gənclərin mioklonik epilepsiyasının digər adı nədir?
A) Otahara sindromu
B) Yans sindromu
C) Vest sindromu
D) Lennoks-Qasto sindromu (LQS)
E) Rasmussen sindromu
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 13
82) Neçə dəqiqədən artıq davam edən epileptik tutma epileptik statusu göstərir?
A) 20
B) >30
C) 10
D) 5
E) 15
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 37
83) 30 yaşlı kişi temperaturun yüksəlməsi(38,5 0 C) ,bəlgəmli öskürək,döş qəfəsində sıxılma şikayətləri ilə poliklinikaya müraciət edib.Aparılan müayinələr xroniki bronxit kəskinləşmə mərhələsində diaqnozunu təsdiq edib.Anamnezdən məlumdur ki,pasiyent epilepsiyadan əziyyət çəkir və 2 il müddətində valproat turşusu preparatları qəbul edib. Hazırki diaqnozla hansı qrup preparatın təyini epileptik tutmaların təkrar yaranmasına səbəb ola bilməz?
A) Penisillinlərin
B) Xinolonların
C) Mukolitiklərin
D) Sefalosporinlərin
E) Aminofillinlərin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 65,əlavə 3
84) Fokal və generalizə olunmuş epilepsiyanın bütün formalarında,epilepsiyanın dəqiq tipini müəyyən etmək mümkün olmadıqda hansı epilepsiya əleyhinə preparata üstünlük verilməlidir?
A) Karbamazepinə
B) Topiramata
C) Fenobarbitala
D) Valproat turşusuna
E) Lamotrijinə
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-709
Dostları ilə paylaş: |