16) Aşağıdakılardan hansı hemorragik insulta aid deyil ?
A) Hipoosmolyar məhlul(5 %-li qlükoza ) köçürülür.
B) Kəskin və qəflətən başlayır.
C) Ürəkbulanma,qusma,fotofobiya ,boyun əzələlərinin rigidliyi qeyd edilir.
D) Kəskin baş ağrıları ilə müşayiət olunur.
E) Huşun müvəqqəti pozulması qeyd olunur.
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 2 -Москва –Медицинская Литература -2005,стр.25
17) Sirinqomieliya zamanı hissiyyatın hansı tip pozulması baş verir?
A) Naqil tip
B) ”Gödəkçə” şəklində -spinal-seqmentar tip
C) Serebral tip
D) Distal və ya polinevritik tip
E) Spinal naqil tip
Ədəbiyyat: Ədəbiyyat:А.А.Скоромец,А.П. Скоромец,Т.А. Скоромец «Топическая диагностика заболеваний нервной системы»Санкт-Петербург-2007,стр-51
18) 41 yaşlı xəstədə bədənin sol tərəfində : əzələ-oynaq hissiyyatı pozulub, aşağı ətrafların spastik iflici qeyd olunur,bədənin sağ tərəfində isə ağrı və temperatur hissiyyatı pozulub.Bu klinik şəkil aşağıdakılardan hansına uyğundur?
A) Hissiyyatın naqil tipli pozulmasına
B) Hissiyyatın seqmentar tipli pozulmasına
C) Hissiyyatın spinal-seqmentar tipli pozulmasına
D) Meningial sindroma
E) Broun-Sekar sindromuna
Ədəbiyyat: Ədəbiyyat:А.А.Скоромец,А.П. Скоромец,Т.А. Скоромец «Топическая диагностика заболеваний нервной системы»Санкт-Петербург-2007,стр-50-51
Dostları ilə paylaş: |