46) Beyin qan dövranının kəskin pozulması güman edilən xəstənin stasionara çatdırılmasının optimal müddəti nə qədərdir?
A) 2 saatdan sonra
B) 3 saat
C) 4 saatdan sonra
D) ilk 2 saat
E) 3,5 saatdan sonra
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 22
47) Parkinson xəstəliyinin müalicəsində istifadə olunan preparatlardan biri düzgün göstərilməyib.Səhvi tapın.
A) Piribedil
B) Bromkriptin
C) Metoklopramid
D) Levodopa
E) Amantadin
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-555
48) Baş beynin və kəllədaxili təzyiqin artmasının klinik əlamətləri mövcud olduqda xəstəyə hansı vəziyyət verilməlidir?
A) Sağ tərəfi üstə uzatmaq
B) Boynunu əyməmək şərti ilə başını 300 qaldırmaq
C) Arxası üstə uzatmaq, başını aşağı salmaq
D) Sol tərəfi üstə uzatmaq
E) Arxası üstə uzatmaq,ayaqlarını qaldırmaq
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 31
Dostları ilə paylaş: |