76) 2 aylıq-2 yaşlı uşaqlarda qeyri-epileptik paroksizmal pozuntulara aid olmayan hansıdır?
A) Simulyasiya
B) Konverson pozuntu(isteriya)
C) Xoşxassəli paroksizmal vertiqo
D) Titrəmə tutmaları (“Shuddering attacks”)
E) Hiperekpleksiya (“Stiff baby syndrome”)
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 60,əlavə 1
77) Gənclərin absans epilepsiyasının(GAE) müalicəsində monoterapiyada ilk seçim preparatı hansıdır?
A) Lamotrijin
B) Valproat turşusu
C) Amantadin
D) Topiramat
E) Karbamazepin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 57
78) 18 yaşlı qız yuxuya getmə zamanı və oyandıqdan dərhal sonra yuxarı ərtaf əzələlərində meydana çıxan dartılma ,qıcolma şikayəti ilə nevropatoloqa müraciət edib.Qeyd edir ki,qəfldən yuxudan oyatma zamanı dartılmalar güclənir və ağrı artır.Aybaşı önü dövrdə tutmalar daha tez tez- baş verir.Nevroloji status norma daxilindədir. Daha çox ehtimal olunan diaqnoz hansıdır?
A) Rasmussen sindromu
B) Yans sindromu
C) Lennoks-Qasto sindromu (LQS)
D) Otahara sindromu
E) Vest sindromu
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 58
79) 18 yaşlı qız yuxuya getmə zamanı və oyandıqdan dərhal sonra yuxarı ərtaf əzələlərində meydana çıxan dartılma ,qıcolma şikayəti ilə nevropatoloqa müraciət edib.Qeyd edir ki,qəfldən yuxudan oyatma zamanı dartılmalar güclənir və ağrı artır.Aybaşı önü dövrdə tutmalar daha tez tez- baş verir.Nevroloji status norma daxilindədir. Bu halda daha informativ müayinə metodu aşağıdakılardan hansı ola bilər?
A) KT
B) EKQ
C) USM
D) EEQ
E) MRT
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 58
80) 18 yaşlı qız yuxuya getmə zamanı və oyandıqdan dərhal sonra yuxarı ərtaf əzələlərində meydana çıxan dartılma ,qıcolma şikayəti ilə nevropatoloqa müraciət edib.Qeyd edir ki,qəfldən yuxudan oyatma zamanı dartılmalar güclənir və ağrı artır.Aybaşı önü dövrdə tutmalar daha tez tez- baş verir.Nevroloji status norma daxilindədir.Diaqnoz qoyulduqdan sonra hansı preparatla monoterapiyaya başlamaq mümkündür?
A) Lamotrijin
B) Karbamazepin
C) Topiramat
D) Amantadin
E) Valproat turşusu
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 58
Dostları ilə paylaş: |