334) Uzunsov beynin lateral sindromu ( Vallenberq-Zaxarçenko sindromu) aşağıda sadalanan arteriyaların hansının okklüziyası nəticəsində baş verir?
A) Yuxarı beyincik arteriyasının
B) Bazilyar arteriyanın
C) Arxa aşağı beyincik arteriyasının
D) Arxa beyin arteriyasının
E) Ön aşağı beyincik arteriyasının
Ədəbiyyat: Справочник по неврологии / Верещагин Н. В. и др. : Под ред. Е. В. Шмидта. - 3-е изд., перераб. и доп. - М.: Медицина, 1989, стр. 45
335) Göz arteriyası (a. ophthalmica) aşağıda sadalanan arteriyaların hansının şaxəsidir?
A) Ön beyin arteriyasının
B) Orta beyin arteriyasının
C) Arxa beyin arteriyasının
D) Daxili yuxu arteriyasının
E) Xarici yuxu arteriyasının
Ədəbiyyat: Справочник по неврологии / Верещагин Н. В. и др. : Под ред. Е. В. Шмидта. - 3-е изд., перераб. и доп. - М.: Медицина, 1989, стр. 33
336) Aşağıda sadalanan arteriyalardan hansının okklüziyası üçün kontralateral ətraflarda hemiparez və ya hemiplegiya ilə bir gözün qəflətən kor olmasının meydana çıxması xarakterdir (alternik optikopiramid sindrom)?
A) Ön beyin arteriyasının
B) Daxili yuxu arteriyasının
C) Orta beyin arteriyasının
D) Bazilyar arteriyanın
E) Arxa beyin arteriyasının
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 238
Dostları ilə paylaş: |