582) Aşağıda sadalananlardan hansı patologiya zamanı parkinsonizm sindromuna rast gəlinmir?
A) Miller Fişer sindromu ( Fişer sindromu)
B) Hepatolentikulyar degenerasiya (Vilson-Konovalov xəstəliyi)
C) Hentinqton xəstəliyinin yuvenil Vestfal forması
D) Striobazal degenerasiya
E) Kortikobazal degenerasiya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 477
583) Aşağıda sadalananlardan hansı irsi xəstəliklərə aiddir (yəni xəstəlik əsasən ailəvi formalarla təzahür edir)?
A) Yan amiotrofik skleroz
B) Qiyyen-Barre sindromu
C) Dağınıq skleroz
D) Hentinqton xəstəliyi
E) Kiçik xoreya ( Sidenheym xoreyası)
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 127
Dostları ilə paylaş: |