604) Akatiziya nə deməkdir?
A) Hövsələsiz(uzun müddət bir yerdə oturub işləyə bilməyən), hərəkətin rəfedilməz tələbatı
B) Yaddaşın pozulması
C) İybilmə qabiliyətinin enməsi
D) Hərəkətlərin asta olması
E) Hiperkinezin bir növüdür
Ədəbiyyat: Справочник практического врача по неврологии.Д.Р.Штульман,О.С.Левин.2001, стр. 143
605) Kreytsfeld-Yakob xəstəliyi zamanı aşağıda sadalananlardan hansı zədələnmir?
A) Qabıq altı nüvələr
B) Beyincik
C) Ənsə payları
D) Talamus
E) Arxa kökcüklər
Ədəbiyyat: Справочник практического врача по неврологии.Д.Р.Штульман,О.С.Левин.2001, стр. 457
606) Aşağıda sadalanan simptomlardan hansı beyin sütununun funksiyasının itməsinin əlamətidir?
A) Öskürək və udlaq reflekslərinin itməsi
B) Bəbək reaksiyasının işığa qarşı reaksiyasının itməsi
C) Sadalananların hamısı
D) Respiratordan ayırandan sonra tənəffüs hərəkətinin itməsi
E) Buynuz qişadan refleksin itməsi
Ədəbiyyat: Справочник практического врача по неврологии.Д.Р.Штульман,О.С.Левин.2001, стр. 196
607) Aşağıda sadalanan tremorlardan hansı dərmanlı parkinsonizm zamanı rast gəlir?
A) Funksional tremor
B) Pallidar tremor
C) Essensial tremor
D) Perioral tremor- " dovşan sindromu"
E) İntension tremor
Ədəbiyyat: Справочник практического врача по неврологии.Д.Р.Штульман,О.С.Левин.2001, стр.
608) Aşağıda sadalananlardan hansı xəstəlik zamanı alkoqol qəbulu pasientlərin əksəriyyətində tremorun azalmasına gətirib çıxarır?
A) Halloverden- Şpats xəstəliyi
B) Hepatolentikulyar degenerasiya (Vilson- Konovalov xəstəliyi)
C) Essensial tremor
D) Parkinson xəstəliyi
E) Multisistem atrofiya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 112
609) Aşağıda sadalananlardan hansı neyroleptik sindromlara (neyroleptiklıər ilə terapiyanın ağırlaşmalarına) aid deyildir?
A) Parkensonizm
B) Qalaktoreya -amenoreya sindromu
C) Akatiziya
D) Kəskin distoniya (erkən diskineziya)
E) Beyincik degenerasiyası
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 148, стр. 152
Dostları ilə paylaş: |