658) Aşağıda sadalananlardan nə alkoqollu polinevropatiyaya xas deyil?
A) Veqetativ pozulmalarının mövcudluğu
B) Vətər reflekslərinin enməsinin mövcudluğu
C) Əsasən yuxarı ətraflarının zədələnməsinin mövcudluğu
D) Əsasən aşağı ətraflarının zədələnməsinin mövcudluğu
E) Ətraflarda distal hissələrində əzələ atrofiyalarının mövcudluğu
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр516
659) Aşağıda sadalananlardan nə qurğuşunlu polinevropatiyaya xasdır?
A) Sadalananlardan heç biri doğru deyil
B) Şiddətli ağrıların mövcudluğu
C) Əsasən yuxarı ətraflarında parezin mövcudluğu
D) Hissiyat pozulmalarının mövcudluğu
E) Əsasən aşağı ətraflarında parezin mövcudluğu
Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней.Руководство для врачей/Под ред.Г.А.Акимова.1997.стр.252
660) Aşağıda sadalananlardan nə qurğuşunlu polinevropatiyaya xas deyil?
A) Yanaşı hepatitin və nefritin olması
B) Hissiyat pozulmalarının mövcudluğu
C) Dərinin torpaq rəngdə olması
D) Reflekslərin enməsinin mövcudluğu
E) Əsasən yuxarı ətraflarında parezin mövcudluğu
Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней.Руководство для врачей/Под ред.Г.А.Акимова.1997.стр.252
661) Aşağıda sadalanan xəstəliklərin hansında B1 vitaminin çatmamazlığı nəticəsində polineyropatiya yaranır?
A) Sadalanan xəstəliklərin heç birində
B) Porfiriya zamanı
C) Xroniki alkoqolizm zamanı
D) Pellaqra zamanı
E) Brusilyoz zamanı
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр516
662) Aşağıda sadalanan xəstəliklərin hansında ayaq “çevrilmiş butılka” tipli dəyişir?
A) Kuqelberq-Velander spinal amiotrofiya xəstəliyində
B) Bekker-Kinner əzələ distrofiya xəstəliyində
C) Düşen əzələ distrofiya xəstəliyində
D) Şarko-Mari-Tuta nevral amiotrofiya xəstəliyində
E) Erb əzələ distrofiya xəstəliyində
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр502
663) Aşağıda sadalanan əlamətlərin hansının olması Şarko-Mari-Tuta xəstəliyini (irsi motor-sensor nevropatiya I tip) inkar edir?
A) Sensor pozulmalar “müsbətdir”
B) “Çevrilmiş butılka” tipli ayağın deformasiyası
C) Amiotrofiyanın mövcudluğu
D) Sadalanan əlamətlərin hamısı
E) Axill reflekslərin enməsi
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр502
664) Aşağıda sadalanan qidaların hansını azaltmaqla Refsum xəstəliyi zamanı(irsi motor-sensor nevropatiya IV tip) vəziyyəti yaxşılaşdırmaq olar?
A) Göy-göyərtini qidadan çıxartmaqla
B) Taxıl məmulatlarını, noxudu, lobyanı qidadan çıxartmaqla
C) Toyuq ətini qidadan çıxartmaqla
D) Mal və qoyun ətini qidadan çıxartmaqla
E) Meyvələri qidadan çıxartmaqla
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр505
665) Aşağıda sadalanlardan hansı Şarko-Mari-Tuta xəstəliyində (irsi motor-sensor nevropatiya I tip) ilk olaraq zədələnməyə məruz qalır?
A) Ətraflarda distal hissələrinin əzələləri
B) Onurğa beynin ön buynuzları
C) Onurğa beynin arxa buynuzları
D) Sadalanlardan hamısı doğrudur
E) Periferik sinir lifləri
Ədəbiyyat: Неврология.Марко Мументалер,Хейнрих Маттле.Под ред.О.С.Левина.2007.стр.555
Dostları ilə paylaş: |