870) Beyinciyi beyindən ayıran beyincik çadırı hansı şişin yaranma yeridir?
A) Medulloblastomanın
B) Astrositomanın
C) Ependimomanın
D) Qemanqioblastomanın
E) Meningiomanın
Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.18
871) Aşağıda sadalananlardan hansı patologiya həm də “baş beynin psevdoşişi” (pseudotumor cerebri) adlanır?
A) Normotenziv hidrosefaliya
B) Xoşxassəli (idiopatik) kəllədaxili hipertenziya
C) 3-ci tipli Arnold-Kiari anomaliyası
D) Dendi-Uoker sindromu
E) Miqren
Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р., Левин О.С.- M., 2001, стр. 284
872) Aşağıda sadalananlardan nə mərkəzi sinir sisteminin qişa-damar şişlərinə aiddir?
A) Sadalananlardan hamısı
B) Melanositoma
C) Multiform sponqioblastomalar
D) Astrositomalar
E) Oliqodendroqliomalar
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 661
Dostları ilə paylaş: |