100) Onurğa beyninin köndələn yarısının zədələnməsi sindromu necə adlanır?
A) Fleksiq sindromu
B) Şmidt sindromu
C) Broun-Sekar sindromu
D) Avellis sindromu
E) Cekson sindromu
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 77
101) Üz sinirinin zədələnməsi nəticəsində aşağıda sadalananlardan hansı əlamət meydana çıxmır?
A) Bell simptomu
B) Ptoz
C) Prozopoparez
D) Laqoftalm
E) Qaşüstü refleksin enməsi
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 206
102) Aşağıda sadalananlardan hansı Veber alternik sindromunun əlaməti deyil?
A) Heterolateral mimiki əzələlərinin mərkəzi tipli iflici
B) Heterolateral tərəfdə Babinski patoloji refleksinin qeydə alınması
C) Heterolateral hemiplegiya
D) Homolateral midriaz
E) Homolateral laqoftalm
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 153
103) Baş beynin hansı nahiyyəsinin zədələnməsi zamanı əkstərəfli hemiplegiya, hemianesteziya və hemianopsiya meydana çıxır?
A) Görmə qabarının
B) Mahmız yarığının
C) Daxili kapsulun
D) Varoli körpüsünün
E) Arxa mərkəzi qırışın
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 172
104) Onurğa beyninin arxa buynuzlarının zədələnməsi nəticəsində aşağıda sadalananlardan hansı meydana çıxır?
A) Seqmentar (dissosiasiyalanmış) tipli hissiyyatın pozulması
B) Naqil tipli hissiyyatın pozulması
C) Vegetativ-trofik pozulmalar
D) Kökcük tipli hissiyyatın pozulması
E) Əzələ gücünün azalması
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 55
Dostları ilə paylaş: |