940) Kiari I malformasiyası baş beynin hansı hissəsinin anomaliyasıdır?
A) Döyənək cismin
B) Beyinciyin
C) Alın payının
D) Mədəciklərin
E) Baş beyin yarımkürələrinin qabığının
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 2.стр15
941) Kiari malformasiyasının neçə tipi var?
A) 4
B) 2
C) 1
D) 5
E) 3
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 2.стр15
942) Aşağıda sadalanan əlamətlərdən hansı mikrosefaliya üçün xas deyil?
A) Qıcolma tutmaları
B) Periferik parezlər
C) Sadalananlardan hamısı
D) Ağıl inkişafının ləngiməsi
E) Spastik parezlər
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 2.стр15
943) Xəstənin 3 yaşı var.Anasının dediyinə görə uşaq pis gəzir, danışa bilmir “ma”,”pa”,”ba” hecalarını işlədir.Doğuş çətin olub,uşaq asfiksiyada doğulub.Bir yaşında oturub,2 yaşında ayaq üstə durub və çətinliklə yeriməyə başlayıb.
Nevroloju statusda: sol ağız bucağı sallanıb,ətrafların gücü azalıb,qollar dirsək,milbilək oynaqlarından bükülərək gövdəsinə yaxınlaşıb.Əlləri yumruq kimi bükülüb.Ayaqları bir-birinə yaxınlaşıb.Əzələ tonusu yüksəlib,reflekslər artıb,patoloju reflekslər-Babinski,Oppengeym müsbətdir,hər iki tərəfdə.Yerişi spastikdir,ayaqları bir-birinə dolaşır.Göz dibi,kranioqramma-norma daxilində.Hansı xəstəlikdən fikirləşmək lazımdır?
A) Fridreyx
B) Pyer-Mari
C) Ensefalopatiya
D) Uşaq-serebral iflici
E) Dağınıq skleroz
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр45
944) Xəstə 5 yaşındadır.Xəstəliyi kəskin baş ağrıları,ishal,ümumi zəyiflik və yüksək hərarət -38.5 ilə başlamışdır.6 gündən sonra sağ qolun və sağ ayağın zəyifliyi əmələ gəlmişdir.Nevroloju statusda:kəllə-beyin sinirləri-norma,sağ qolunda və sağ ayağında aktiv hərəkətlər yoxdur.Əzələ tonusu zəyifləyib,reflekslər alınmır.Hissiyat pozulmayıb.Likvor-zülal-0.33%,sitoz-150.Hansı xəstəlikdən fikirləşmək olar?
A) Ensefalopatiyadan
B) Meningitdən
C) Ensefalitdən
D) Poliomielitdən
E) Uşaq sersbral iflici
Ədəbiyyat: Справочник практического врача по неврологии,2001 стр.454.Д.Р.Штульман,О,С,Левин
945) Xəstə 32 yaşında.5 ildirki xəstədir.Xəstəliyi tədricən baş ağrıları ilə (diffuz xarakterli)başlamışdır.Bir ildən sonra aminoreya,ətrafların,üzünün böyüməsi əmələ gəlmişdir.Baş ağrıları dahada şiddətlənib,qusma əmələ gəlib.Nevroloju status:sifəti,burnu böyüyüb,dodaqları qalınlaşıb,əlləri,pəncələri böyükdür.Göz dibində durğunluq qeyd olunur.EXO-EQ-norma.Kliniki diaqnoz hansı ola bilər?
A) Meningit
B) Miqren
C) Ensefalopatiya
D) Hipofiz adenoması
E) Serebral araxnoidit
Ədəbiyyat: Справочник практического врача по неврологии,2001 стр.417.Д.Р.Штульман,О,С,Левин
946) Xəstə 14 yaşında.5 yaşından xəstədir.Xəstəliyi yerişin,nitqin,xəttinin pozulması ilə başlamışdır və tədricən ağırlaşmışdır.Ailədə bir uşaqdır.Ailədə və qohumlarda belə xəstəlik yoxdur.Ata və anası qohumdur.Nevroloju statusda:üfüqi nistaqm,nitqi hecavidir,parezi yoxdur,əzələ tonusu azalıb,reflekslər zəifdir,diz,aşıl refleksləri alınmır.Babinski simptomu iki tərəfli müsbətdir,yerişi ataktikdir.Romberq sınağında yıxılır,barmaq-burun,daban-diz sınaqları pozulub,dərin hissiyat pəncə barmaqlarında azalıb.Hansı xəstəlikdən fikirləşmək olar?
A) Fridreyx
B) Ştrümpel
C) Miopatiya
D) Uşaq serebral iflici
E) Miotoniya
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 2.стр165
Dostları ilə paylaş: |