Nevrologiyada müayinə üsulları
176) Aşağıda sadalanan reflekslərdən hansı bükücü patolojı pəncə reflekslərinə aiddir?
A) Rossolimo refleksi
B) Oppenheym refleksi
C) Pussep refleksi
D) Babinski refleksi
E) Hordon refleksi
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 84
177) Aşağıda sadalanan reflekslərdən hansı oral avtomatizm reflekslərinə aiddir?
A) Okulosefalik refleks
B) Çənə refleksi
C) Udlaq refleksi
D) Qaşüstü refleks
E) Xortum refleksi
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 18
178) Aşağıda sadalanan reflekslərdən hansı açıcı patolojı pəncə reflelekslərinə aiddir?
A) Bexterev-Mendel refleksi
B) Hordon refleksi
C) Bexterev-Mari-Fua refleksi
D) Jukovski-Kornilov refleksi
E) Rossolimo refleksi
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 84
179) Aşağıda sadalanan metodlardan hansı arxa kəllə çuxurunda yerləşən beyin şişinin aşkara çıxarılması üçün daha çox məlumatvericidir?
A) Kompyuter tomoqrafiyası
B) Maqnit-rezonans tomoqrafiyası
C) Kontrastlı kompyuter tomoqrafiyası
D) Exo-EQ
E) EEQ
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 42
180) Aşağıda sadalananlardan hansı meningitin diaqnostikasında həlledici əhəmiyyətə malikdir?
A) Likvorun müayinəsi
B) Anamnezdə soyuqdəymə amilinin mövcudluğu
C) Meningeal sindromun mövcudluğu
D) Anamnestik məlumat- bədən hərarətinin artması ilə xəstəliyin kəskin şəkildə başlanması
E) Baş ağrının, qusmanın, psixomotor oyanmanın mövcudluğu
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 307
Dostları ilə paylaş: |