211) Polisomnoqrafiya müayinə üsulu nəyin tədqiqi üçün istifadə olunur?
A) Baş beynin anatomik anomaliyalarının
B) Yuxunun və onun pozulmalarının
C) Onurğa beyninin anatomik anomaliyalarının
D) Baş beynin damar anomaliyalarının
E) Sinir-əzələ keçiriciliyinin pozulmalarının
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 391
212) Aşağıda sadalanan əlamətlərdən hansı parkinsonizm sindromuna daxil deyil?
A) Atetoz
B) Əzələ tonusunun plastik tipli artması
C) Hipomimiya
D) Bradikineziya
E) Sakitlik tremoru
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 169
213) Lermitt simptomunun meydana çıxması onurğa beyninin hansı nahiyyəsinin zədələnməsi üçün səciyyəvidir?
A) Yan sütunların
B) Yan buynuzların
C) Ön sütunlarının
D) Ön buynuzların
E) Arxa sütunların
Ədəbiyyat: Справочник по неврологии / Верещагин Н. В. и др. : Под ред. Е. В. Шмидта. - 3-е изд., перераб. и доп. - М.: Медицина, 1989, стр. 135
Dostları ilə paylaş: |