285) Aspirinin qəbulu kəskin virus infeksiyası əlamətləri olan uşaqlarda aşağıda sadalanan patologiyalardan hansının inkişafı üçün risk amilidir?
A) Reye sindromu ((kəskin qeyri-iltihabi ensefalopatiya və qaraciyərin disfunksiyası)
B) Revmatik xoreya (Sidenham xoreyası)
C) Miasteniya
D) Kəskin dağınıq ensefalomielit
E) Dağınıq skleroz
Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р., Левин О.С.- M., 2001, стр. 638
286) Aşağıda sadalanan patologiyalardan hansının müalicəsində kortikosteroidlərin tətbiqi xəstəliyin nəticələrini yaxşılaşdırmadığından onların (kortikosteroidlərin) təyin olunması məsləhət deyil?
A) Bell iflicinin (üz sinirinin idiopatik neyropatiyasının)
B) Xroniki iltihabi demielinizəedici poliradikuloneyropatiyanın
C) Miasteniyanın (myasthenia gravis)
D) Qiyyen-Barre sindromunun
E) Dağınıq sklerozun
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 475
Dostları ilə paylaş: |