348) Aşağıda sadalananlardan hansı beyindaxili qansızma zamanı müşahidə olunmur?
A) Arterial hipertenziya
B) Kəllədaxili hipertenziyanın əlamətləri
C) Anizokoriya
D) Nevrolojı defisitin 24 saat ərzində tam bərpa olunması
E) Ocaqlı nevrolojı defisitin mövcudluğu
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 259
349) Aşağıda sadalananlardan hansı subaraxnoidal qansızmanın kəskin mərhələsi üçün səciyyəvi deyil?
A) Huş (şüur) səviyyəsinin enməsi
B) Fotofobiya
C) Qusma
D) Ocaqlı nevrolojı defisit
E) Psixomotor oyanma
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 267
350) Hansı arteriyanın anevrizmi gözün hərəki sinirinin (n. oculomotorius) zədələnməsinə gətirib çıxara bilər?
A) Ön birləşdirici arteriyanın
B) Arxa birləşdirici arteriyanın
C) Orta beyin arteriyasının
D) Ön beyin arteriyasının
E) Bazilyar arteriyanın
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 267
351) Arxa birləşdirici arteriyanın anevrizmi hansı sinirin zədələnməsinə gətirib çıxara bilər?
A) Üz sinirinin
B) Görmə sinirin
C) Gözün hərəki sinirinin (n. oculomotorius)
D) Dəhliz-eşitmə sinirinin
E) Dilaltı sinirin
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 267
352) Nöqtəvari bəbəklər baş beynin hansı nahiyyəsinə qansızma nəticəsində müşahidə olunur?
A) Varoli körpüsünə
B) Gicgah payına
C) Ənsə payına
D) Alın payına
E) Uzunsov beyinə
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-информ, 2004, стр. 418
353) Beyincikdaxili qansızmanın aşkara çıxarılması üçün aşağıda sadalanan müayinə üsullarından hansı daha çox məlumatvericidir?
A) Exo-EQ
B) Transkranial doppleroqrafiya
C) Lümbal punksiya
D) Kranioserebral KT
E) Oftalmoskopiya (göz dibinin müayinəsi)
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-информ, 2004, стр. 419
Dostları ilə paylaş: |