378) Aşağıda sadalananlardan hansı doğru deyil?
A) Dağınıq skleroz ən geniş yayılmış demielinizəedici xəstəlikdir
B) Dağınıq skleroz qadınlar arasında kişilər arasındakına nisbətən 2 dəfə tez-tez rast gəlinir
C) Dağınıq skleroz zamanı demielinizasiya ocaqlarının aşkara çıxarılmasında kompüter tomoqrafiyası maqnit-rezonans tomoqrafiyasına nisbətən daha çox informativ metoddur
D) Dağınıq sklerozun remittik gedişi zamanı sonrakı kəskinləşmələrin qarşısını almaq məqsədilə β-interferon istifadə edilir
E) Dağınıq sklerozun etiologiyası bu günədək dəqiq müəyyənləşdirilməyibdir
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 453
379) Aşağıda sadalananlardan hansı sinir sisteminin demielinizəedici xəstəliklərinə aid deyil?
A) Optikoneyromielit ( Devik xəstəliyi)
B) Kəskin dağınıq ensefalomielit
C) Dağınıq skleroz
D) Miller Fişer sindromu
E) Turett sindromu
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр.477.
T.2- стр. 147
Dostları ilə paylaş: |