394) Aşağıda sadalanan xəstəliklərdən hansı “motoneyron xəstəliyi” qrupuna daxil deyil?
A) İrsi spastik paraplegiya ( Ştrümpel xəstəliyi)
B) Verdniq-Hoffman spinal amiotrofiyası
C) İdiopatik sirinqomieliya
D) Yan amiotrofik skleroz
E) Kuqelberq-Velander spinal amiotrofiyası
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 22
395) Yan amiotrofik skleroz zamanı aşağıda sadalanan neyronlardan hansı zədələnir?
A) Hissi neyronlar
B) Veqetativ neyronlar
C) Parasimpatik neyronlar
D) Simpatik neyronlar
E) Hərəki neyronlar
Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.160
396) Aşağıda sadalanan simptomlardan hansı yan amiotrofik sklerozu böyüklərin yarımkəskin poliomielitindən fərqləndirir?
A) Xəstəliyin başlanğıcı orta və yaşlı dövrə təsadüf etməsi
B) Sadalanan simptomlardan hamısı
C) Spinal pozulmalarla yanaşı bulbar pozulmaların mövcudluğu
D) Piramid pozulmaların mövcudluğu
E) Zədənin diffuz və simmetrik olması
Ədəbiyyat: Острый, подострый и xронический полиомиэлит взрослых.М.М.Меликов.1998.стр. 61
Dostları ilə paylaş: |