411) Aşağıda sadalanan kliniki formaların hansı anadangəlmə sifilisə aid deyil?
A) Sifilitik meningit
B) Tabes dorsalis
C) Meninqovaskulyar sifilis
D) Asimptom neyrosifilis
E) Hatçinson triadası
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр374
412) Limfositar xoreomeningit zamanı onurğa beyin mayesində baş verən dəyişikliklər vərəm meningit zamanı yaranan dəyişikliklərdən nə ilə fərqlənir?
A) Şəkər və xloridlərin norma daxilində olması ilə
B) Şəkər və xloridlərin artması ilə
C) Şəkərin norma, xloridlərin azalması ilə
D) Şəkərin enməsi, xloridlərin artması ilə
E) Şəkərin artması, xloridlərin norma daxilində olması ilə
Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней.Руководство для врачей/Под ред.Г.А.Акимова.1997.стр.274
Dostları ilə paylaş: |