436) Opistotonus zamanı nə baş verir?
A) Boyun əzələlərinin və aşağı ətrafların rigidliyi
B) Ətraflarda tonusun enməsi
C) Boyun, bel əzələlərinin və ətrafların rigidliyi
D) Ətraflarda tonusun artması və reflekslərin yüksəlməsi
E) Boyun, bel əzələlərin rigidliyi, ətraflarda tonusun enməsi
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр.305
437) Meningitlərdə qusmanın əsas səbəbi nədir?
A) Varol körpünün retikulyar formasiyanın qıcıqlanması
B) Qida qəbulu
C) Uzunsov beyin və varol körpünün zədələnməsi
D) Baş ağrısı və təzyiqin artması
E) Uzunsov beyin və rombabənzər çuxurun dibində yerləşən triqer zonaların qıcıqlanması
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр.305
438) Meningeal sindrom meningitdən başqa hansı xəstəliklərdə(hamısını qeydə almaq şərti ilə) müşahidə olunur?
A) Subaraxnoidal qansızmada, kəllədaxili hipertenziya, arxa kəllə çuxurunun həcmli prosesslərində,epilepsiyada, intoksikasiyalarda
B) Kəllədaxili hipertenziya, intoksikasiyalarda, kəllə-beyin travmalarında, subaraxnoidal qansızmada
C) Subaraxnoidal qansızmada, kəllədaxili hipertenziya, arxa kəllə çuxurunun həcmli prosesslərində, intoksikasiyalarda, polineyropatiyalarda
D) Kəllədaxili hipertenziya, intoksikasiyalarda, kəllə-beyin travmalarında, epilepsiyada
E) Subaraxnoidal qansızmada, kəllədaxili hipertenziya, arxa kəllə çuxurunun həcmli prosesslərində, beyin qişaların karsinomatozunda, intoksikasiyalarda, kəllə-beyin travmalarında
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр.306
Dostları ilə paylaş: |