527) Uşaqda “həyatının 5-ci günündən yaranan tutmaya” nə xasdır?
A) Klonik və mioklonik xarakterli tutmalar
B) Sadalananların heç biri
C) EEQ müayinə zamanı tetta-dalğa diapazonunda boşalmaların mövcudluğu
D) Sadalananların hamısı
E) Hamiləliyin və doğuşun normal gedişatı
Ədəbiyyat: Судорожные состояния у детей, А.М.Коровин, 1984,стр. 96
528) Həyatın ilk günlərindən tutma halları(yenidoğulmuşlarda tetaniya) və hipokalsimiya hansı vəziyyətlərdə yaranır?
A) Sadalananların hamısı
B) Vaxtından qabaq doğulmuş uşaqlarda
C) Əkizlərdə
D) İnfeksiya zamanı
E) Sarılıq zamanı
Ədəbiyyat: Судорожные состояния у детей, А.М.Коровин, 1984,стр. 187
529) Generalizəolunmuş qıcolma epileptik tutması qeydə alındıqda hansı əlamət onun ikincili olaraq generalizasiya olunmasına dəlalət edir?
A) Tutmanın klonik tipli olması
B) Tutmanın tonik-klonik tipli olması
C) Auranın mövcudluğu
D) Tutmanın 10 dəqiqədən artıq davam etməsi
E) Tutmanın tonik tipli olması
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 218
530) Aşağıda sadalananlardan hansı epileptik tutma kiçik tutma (petit mal) adlanır?
A) Sadə parsial tutma
B) Generalizəolunmuş tonik tutma
C) Generalizəolunmuş atonik tutma
D) Absans
E) Mürəkkəb parsial tutma
Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р., Левин О.С.- M., 2001, стр. 506
Dostları ilə paylaş: |