573) Aşağıda sadalanan xəstəliklərdən hansının klinik şəklində tremor kimi diskineziya müşahidə olunmur?
A) Multisistem atrofiyanın
B) Kortikobazal degenerasiyanın
C) Hepatolentikulyar degenerasiyanın ( Vilson-Konovalov xəstəliyi)
D) Parkinson xəstəliyinin
E) Turett sindromunun
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 148
574) Pasientdə get-gedə inkişaf edən hərəki pozulma, demensiya, sidik saxlanmaması var. Anamnezdə subaraxnoidal qansızma qeydə alınıb. Oftalmoskopiya zamanı göz dibi norma daxilindədir. КТ-də mədəcik sisteminin xeyli genişlənməsi aşkara çıxarılıb. Ən müvafiq güman olunan diaqnoz hansıdır?
A) Dissirkulyator ensefalopatiya
B) Xroniki subdural hematoma
C) Baş beynin şişi
D) Normotenziv hidrosefaliya
E) Xoşxəssəli kəllədaxili hipertenziya (pseudotumor cerebri)
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 137
Dostları ilə paylaş: |