640) Kəskin Giyen-Barre polineyropatiyasının atipik Fişer forması nə ilə səciyyələnir?
A) Dil-udlaq sinirin zədələnməsi ilə
B) Tənəffüsün pozulması və kəllə sinirlərinin kaudal qruppun zədələnməsi ilə
C) Gözün hərəki sinirlərin zədələnməsi, ataksiya və arefleksiya ilə
D) Sadalananlardan heç biri doğru deyil
E) Üz sinirin ikitərəfli iflici ilə
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр476
641) Aşağıda sadalanan üsullardan hansı aksonopatiya və mielinopatiyaları differensial diaqnostikalarını aparmaq üçün daha məlumatlıdır?
A) Qanın immunolojı müayinəsi
B) Elektrofiziolojı üsul
C) Sadalanan üsulların hamısı
D) Qanın ümumi analizi
E) Likvorun immunolojı müayinəsi
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр468
642) Aşağıda sadalanan xəstəliklərdən hansı mielinsizləşən polineyropatiyaya aiddir?
A) Giyen-Barre polineyropatiya
B) Sadalananların hamısı
C) Diabetik polineyropatiya
D) Alkoqollu polineyropatiya
E) Porfiriyalı polineyropatiya
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр463,467
643) Aşağıda sadalanan hansı əlamətin mövcudluğu Giyen-Barre polineyropatiyasının ağır gedişatına dəlalət edə bilər?
A) Kəskin motor-sensor aksonal forma
B) Kəskin ağır tetraparezin mövcudluğu
C) Sadalanan əlamətlərin hamısı
D) Yaşlı dövr
E) Xəstəliyin ilk günlərindən sünü tənəffüs aparatından istifadə etməsi
Ədəbiyyat: Секреты неврологии.Лоран А. Ролак. Перевод под ред.О.С.Левина.2008.стр.149
Dostları ilə paylaş: |