704) Hansı sinirin nevriti Rot xəstəliyi adlanır?
A) Budun bayır dəri sinirinin(n.cutaneus femoris lateralis) nevriti
B) Oturaq sinirinin(n.ischiadicus) nevriti
C) Qamış sinirinin (n.tibialis) nevriti
D) İncik sinirinin(n.peroneus) nevriti
E) Bud sinirinin (n.femoralis) nevriti
Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней: Руководство для врачей / Под редакцией Г.А.Акимова и М.М. Одинака.- Изд. 2-е, испр. и дополн.,2001,стр. 225
705) Vərəmli spondilit zamanı hansı fəqərələr daha tez zədələnirlər?
A) Döş fəqərələrinin hamısı və bel fəqərələri
B) Yuxarı döş və ya aşağı boyun fəqərələri
C) Aşağı döş və ya yuxarı bel fəqərələri
D) Sadalananlardan heç biri
E) Bel-oma fəqərələri
Ədəbiyyat: Справочник практического врача по неврологии.Д.Р.Штульман,О.С.Левин.2001, стр. 685
706) Tireotoksikoz zamanı aşağıda sadalanan sinirlərdən hansı zədələnərkən səs tellərin iflici və disfoniya əmələ gəlir?
A) Üçlü sinir(n.triqeminus)
B) Dil- udlaq siniri(n.qllosofaringeus)
C) Dilaltı sinir(n.hypoqlossus)
D) Qayıdan sinir(n.recurens)
E) Azan sinir(n.vaqus)
Ədəbiyyat: Справочник практического врача по неврологии.Д.Р.Штульман,О.С.Левин.2001, стр. 693
707) Rossolimo-Melkerson-Rozental sindromuna (resediv verən üz sinirinin neyropatiyası)aşağıda sadalanan simptomlardan hansı xasdır?
A) Qatlı(qırışlı) dil
B) Sadalananların hamısı
C) Homolateral tərəfdə resediv verən üz sinirinin iflici
D) Sifətin bir tərəfinə resediv verən ödem
E) Hiperakuziya və göz yaşı axması
Ədəbiyyat: Редкие синдромы и заболевания нервной системы.Б.Йорданов, Я.Янков, 1981.стр. 18
Dostları ilə paylaş: |