753) Parasimpatik sinir sisteminin mesensefal hissəsi kranial sinirlərin neçənci cütünün nüvələrilə təmsil olunub?
A) 9-cu
B) 10-cu
C) 4-cü
D) 7-ci
E) 3-cü
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 248
754) Parasimpatik sinir sisteminin bulbar hissəsi kranial sinirlərin aşağıda sadalanan cütlüklərindən neçəncisi ilə təmsil olunub?
A) 12-cisi ilə
B) 5-cisi ilə
C) 11-cisi ilə
D) 10-cusu ilə
E) 3-cüsü ilə
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 248
755) Aşağıda sadalananlardan hansı periferik vegetativ çatışmazlığın təzahürüdür?
A) Yalnız sakit vəziyyətdə olan taxikardiya (“fiksasiya olunmuş nəbz” fenomeni)
B) Yalnız impotensiya
C) Yalnız hipohidroz/anhidroz
D) Sadalananların hamısı
E) Yalnız ortostatik hipotenziya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 149
756) Aşağıda sadalananlardan hansı patologiya generalizə olunmuş hiperhidroz ilə müşayiət oluna bilər?
A) Yalnız feoxromositoma
B) Sadalananların hamısı
C) Yalnız xolinergik preparatlar ilə intoksikasiya
D) Yalnız hipoqlikemiya
E) Yalnız tireotoksikoz
Ədəbiyyat: Секреты неврологии./ Пер. с англ. под ред. проф., докт. мед. наук О. С. Левина.- М., 2008, стр. 286
Dostları ilə paylaş: |