850) 9-yaşında qız vaxtından əvvəl hədd-bulğa(cinsi inkişafına) çatıb və görmə sinirinin məməciyinin ödemi qeydə alınır.Aşağıda sadalanan şişlərdən hansı ola bilər?
A) Astrositoma II dərəcəli
B) Əzgiləbənzər vəzin şişi
C) Beyin sütununun qlioması
D) Ependimoma
E) Oliqodendroqlioma
Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.116
851) Xəstədə baş ağrısı,qusma,başgicəllənmə,tutqunluq və görmə sinirinin məməciyinin ödemi,lokal simptomlar olmadan,qeydə alınırsa aşağıda sadalanan şişlərdən hansı ola bilməz?
A) Beyincik soxulcanın medulloblastoması
B) Pinealoma
C) IV mədəciyin ependimoması
D) Gicgah payın astrositoması
E) Kraniofaringioma
Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.117
852) Xəstədə tuberoz skleroz zamanı aşağıda sadalanan hansı beyin şişinə daha tez rast gəlmək olar?
A) Astrositomaya
B) Meningiomaya
C) Ependimomaya
D) Görmə sinirin qliomasına
E) Medulloblastomaya
Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.117
853) Aşağıda sadalanan hansı orqanların şişləri daha çox beynin metastazına mənbə sayılır?
A) Sadalananlardan heç biri doğru deyil
B) 12-barmaq və yoğun bağırsaq şişləri
C) Böyrəklərin şişləri
D) Ağ ciyərin və süd vəzlərin şişləri
E) Uşaqlığın şişləri
Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.117 (Неврология.Марко Мументалер,Хейнрих Маттле.Под ред.О.С.Левина.2007.стр.81)
Dostları ilə paylaş: |