857) Aşağıda sadalanan şişlərin hansında ikitərəfli hemianopsiya yaranır?
A) Sadalanan şişlərin heç birində
B) Beyin kötüyünün qlioması zamanı
C) Hipofizin adenoması zamanı
D) Görmə sinirinin qlioması zamanı
E) Gicgah payının astrositoması zamanı
Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.119
858) Aşağıda sadalananların hansında hipofizar çatmamazlıq yarana bilməz?
A) Kraniofaringioma zamanı
B) Xorioidpapilloma zamanı
C) Nəhəng(qiqant) anevrizma zamanı
D) Metastatik karsinoma zamanı
E) Hipotalamik qlioma zamanı
Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.119
859) Alın payının arxa hissəsində yerləşən şişə aşağıda sadalananlardan nə xasdır?
A) Şiş tərəfdə görmə sinirinin atrofiyası
B) Motor afaziya
C) Hemiparez,aşağı ətraflarda parezin üstünlüyü ilə
D) Adversiv epileptik tutma
E) Sadalananlardan hamısı
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр672
860) Aşağıda sadalananlardan hansı sinirlərin nevrinomasına daha tez rast gəlmək olar?
A) XI sinirin
B) XII sinirin
C) V sinirin
D) VIII sinirin
E) VII sinirin
Ədəbiyyat: Неврология.Марко Мументалер,Хейнрих Маттле.Под ред.О.С.Левина.2007.стр.81
Dostları ilə paylaş: |