882) Aşağıda sadalananlardan nə subtentorial şişlərə aid deyil?
A) Beyincik şişi
B) 4-cü mədəciyin şişi
C) Dəhliz-eşitmə sinirinin nevrinoması
D) Ənsə payının şişi
E) Beyin kötüyünün şişi
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 668
883) Aşağıda sadalananlardan nə supratentorial şişlərə aid deyil?
A) Ənsə payının şişi
B) Təpə payının şişi
C) Gicgah payının şişi
D) Alın payının şişi
E) Dəhliz-eşitmə sinirinin nevrinoması
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 668
884) Aşağıda sadalananlardan nə Reklinqhauzen xəstəliyinin (1-ci tipli neyrofibromatozun) əlaməti deyil?
A) Görmə yollarının qliomaları
B) Dəridə südlü qəhvə rəngində ləkələr
C) Oftalmolojı müayinədə qüzehi qişanın (iris) qamartomaları
D) Generalizəolunmuş tiklər (turettizm)
E) Dərialtı neyrofibromalar
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 27
Dostları ilə paylaş: |