919) Klaster başağrısı üçün aşağıda sadalananlardan nə səciyyəvi deyil?
A) Rinoreya
B) Ağrı tərəfində ptozun meydana çıxması
C) Ağrının çox intensiv olması
D) Xəstəliyin qadınlar arasında kişilər arasındakına nisbətən daha tez-tez rast gəlməsi
E) Ağrı tərəfində gözün qızarması
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 257
920) Aşağıda sadalananlardan hansı uşaq serebral iflicinin klinik forması deyil?
A) Periferik forma
B) Ataktik forma
C) Diskinetik forma
D) Spastik forma
E) Qarışıq forma
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 45
921) Aşağıda sadalanan qidalardan hansı miqren tutmasına səbəb ola bilər?
A) Sadalananların hamısı
B) Alkoqol içkilər(əsasən qırmızı şərab)
C) Soyuq hisə verilmiş məmulatlar(kolbasa və s.)
D) Turşuya qoyulmuş(marinada qoyulmuş) məmulatlar
E) Kofein tərkibli içkilərə(çay,kofe və s.)
Ədəbiyyat: Секреты неврологии.Лоран А.Ролак.2008,перевод О.С.Левина,стр.389
Dostları ilə paylaş: |