109) Səthi hissiyatın aparıcı yolunun 1-ci neyronunun cismi harada yerləşir?
A) Fəqərəarası spinal düyündə
B) Onurğa beyninin arxa buynuzlarında
C) Epidermisdə
D) Onurğa beyninin ön buynuzlarında
E) Onurğa beyninin yan buynuzlarında
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 45
110) Aşağıda sadalananlardan hansı beyin qabığında eşitmənin proyeksion sahəsidir?
A) Hippokamp qırışı
B) Arxa mərkəzi qırış
C) Heşli qırışları da daxil olmaqla yuxarı gicgah qırışı
D) Mahmız yarığı
E) Ön mərkəzi qırış
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 185
111) Aşağıda sadalanan hissiyat növlərindən hansının qabıq proyeksion mərkəzi gicgah payının Heşl qırışlarında yerləşir?
A) Qoxubilmə qabiliyyətinin
B) Dadbilmə qabiliyyətinin
C) Görmənin
D) Kinestetik hissiyat
E) Eşitmənin
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 185
112) Subdominant yarımkürənin təpə payı qabığının zədələnməsi zamanı aşağıda sadalananlardan nə meydana çıxır?
A) Anozoqnoziya
B) Motor afaziya
C) Sensor afaziya
D) Aleksiya
E) Aqrafiya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 190
Dostları ilə paylaş: |