119) Aşağıda sadalananlardan hansı kəllə-beyin sinirlərinin 1-ci cütüdür?
A) Gözün hərəki siniri
B) Görmə siniri
C) Dəhliz-eşitmə siniri
D) Azan sinir
E) Qoxu siniri
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 139
120) Onurğa beyninin arxa sütunlarının zədələnməsi üçün aşağıda sadalananlardan hansı simptomun meydana çıxması səciyyəvidir?
A) Bexterev simptomunun
B) Lermitt simptomunun
C) Babinski simptomunun
D) Kerniq
E) Hovers simptomunun
Ədəbiyyat: Справочник по неврологии / Верещагин Н. В. и др. : Под ред. Е. В. Шмидта. - 3-е изд., перераб. и доп. - М.: Медицина, 1989, стр. 135
121) Aşağıda sadalananlardan hansı doğru deyil?
A) Onurğabeyni mayesi (likvor) beyin mədəciklərində, habelə baş beyni və onurğa beynini əhatə edən subaraxnoidal boşluqda yerləşir
B) Likvor Majandi və Luşka dəlikləri vasitəsi ilə 4-cü mədəcikdən subaraxnoidal boşluğa daxil olur
C) Likvor mədəcikarası Monro dəlikləri vasitəsi ilə yan mədəciklərdən üçüncü mədəciyə daxil olur
D) Onurğabeyni mayesi (likvor) yalnız onurğa beynini əhatə edən subaraxnoidal boşluqda yerləşir, baş beyni əhatə edən subaraxnoidal boşluqda likvor yoxdur
E) Onurğabeyni mayesi (likvor) baş beyin mədəciklərinin damar kələfləri ilə əmələ gətirilir
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 234
Dostları ilə paylaş: |