123) Baş beyin və onurğa beyni neçə beyin qişası ilə örtülmüşdür?
A) 2
B) 6
C) 3
D) 1
E) 5
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 234
124) Aşağıda sadalananlardan hansı ara beyinə aiddir?
A) 1-ci mədəcik
B) 4-cü mədəcik
C) 2-ci mədəcik
D) 3-cü mədəcik
E) Silvi beyin sukəməri
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 214
125) Aşağıda sadalananlardan hansı ara beyinə aid deyil?
A) Görmə qabarı
B) Silvi beyin sukəməri
C) Hipofiz
D) Hipotalamus
E) Epifiz
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 201
126) Aşağıda sadalananlardan hansı orta beynə aiddir?
A) 4-cü mədəcik
B) Silvi beyin sukəməri
C) Yan mədəciklər
D) Epifiz
E) 3-cü mədəcik
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 201
127) Aşağıda sadalananlardan hansı zədələnərkən kəskin ikigörmə(diplopiya)yaranır?
A) Silliar şaxələr
B) Gözün hərəki siniri
C) Myuller lifləri
D) Blokabənzər sinir
E) Uzaqlaşdırıcı sinir
Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.237
128) Gözün hərəki sinirinin sıxılmasının ilk simptomları özünü nə ilə biruzə verir?
A) Baxışı yuxarı yönəldərkən diplopiyanın yaranması ilə
B) Baxışı aşağı yönəldərkən diplopiyanın yaranması ilə
C) Bəbəyin daralması ilə
D) Daxili çəpgözlük ilə
E) Xarici çəpgözlük ilə
Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.239
129) Aşağıda sadalanan xəstəliklərin hansında kəskin ikitərəfli oftalmoplegiya müşahidə olunmur?
A) Ağır miasteniya zamanı
B) Sadalananlardan heç biri
C) Vernike xəstəliyi zamanı
D) Vərəmli meningit zamanı
E) Arxa birləşdirici arteriyanın anevrizması zamanı
Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.239
Dostları ilə paylaş: |