166) Aşağıda sadalananlardan hansı əsas arteriyanın okklüziyası üçün xasdır?
A) Akinetik mutizm
B) Piramid pozulmaları
C) Hipertermiya
D) Huşun pozulması
E) Sadalananların hamısı
Ədəbiyyat: Вертебро-базиллярные инсульты.И.П.Антонов, Л.С.Гиткина, 1977 стр. 107
167) Aşağıda sadalanan kəllə sinirlərindən hansı zədələnərkən “timsah göz yaşı” sindromu yaranır?
A) Qoxu sinirinin nevropatiyasında
B) Üz sinirinin nevropatiyasında
C) Üçlü sinirin nevropatiyasında
D) Görmə sinirinin nevropatiyasında
E) Gözün hərəki sinirinin nevropatiyasında
Ədəbiyyat: Редкие синдромы и заболевания нервной системы.Б.Йорданов, Я.Янков, 1981.стр. 17
168) Mağaralı boşluğda yerləşən daxili yuxu arteriyasının anevrizmasına nə xasdır?
A) Blokabənzər sinirin zədələnməsi
B) Üçlü sinirin zədələnməsi
C) Uzaqlaşdırıcı sinirin zədələnməsi
D) Gözün hərəki sinirinin zədələnməsi
E) Sadalananların hamısı
Ədəbiyyat: Редкие синдромы и заболевания нервной системы.Б.Йорданов, Я.Янков, 1981.стр. 20
Dostları ilə paylaş: |