169) Qlossodiniya nə deməkdir?
A) Dil əzələlərinin tam iflici
B) Sadalananlardan heç biri doğru deyil
C) Dilin şişməsi
D) Dildə küt və ya yandırıcı ağrı
E) Dilin atrofiyası
Ədəbiyyat: Неврология.Марко Мументалер.Хейнрих Маттле.под редакцией О.С.Левина.2007.стр. 779
170) Aşağıda sadalananlardan hansı iflicin (əzələ gücünün itməsinin) yaranmasının səbəbi ola bilər?
A) Yalnız periferik hərəki neyronun zədələnməsi
B) Hamısı
C) Yalnız sinir-əzələ sinapsının presinaptik membranın zədələnməsi
D) Yalnız sinir-əzələ sinapsının postsinaptik membranın zədələnməsi
E) Yalnız mərkəzi hərəki neyronun zədələnməsi
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 68
171) Dominant yarımkürənin küncvari qırış (gyrus angularis; угловая извилина) zədələnməsi nəticəsində aşağıda sadalananlardan nə meydana çıxır?
A) Sensor afaziya
B) Aleksiya
C) Anozoqnoziya
D) Motor afaziya
E) Aqrafiya
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / A.B.Триумфов.-16-е изд.-М.,2009,стр.197
Dostları ilə paylaş: |