188) Aşağıda sadalananlardan hansı meningeal sindromun əlaməti deyil?
A) Brudzinski simptomu
B) Kerniq simptomu
C) Lermitt simptomu
D) Ənsə əzələlərinin rigidliyi
E) Bexterev almacıq sümüyü simptomu
Ədəbiyyat: Секреты неврологии./ Пер. с англ. под ред. проф., докт. мед. наук О. С. Левина.- М., 2008, стр. 170
189) Aşağıda sadalananlardan hansı meningeal sindromun əlamətidir?
A) Matskeviç simptomu
B) Laseq simptomu
C) Vasserman simptomu
D) Lermitt simptomu
E) Brudzinski simptomu
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 300
190) Spontan subaraxnoidal qansızma zamanı serebral angiospazmın aşkar olunması və ona dinamik nəzarət məqsədilə aşağıda sadalanan müayinələrdən hansı daha məqsədəuyğundur?
A) Transkranial doppleroqrafiya
B) KT-angioqrafiyası
C) MR-angioqrafiyası
D) Kranioserebral kompyuter tomoqrafiyası
E) Reoensefaloqrafiya
Ədəbiyyat: Секреты неврологии./ Пер. с англ. под ред. проф., докт. мед. наук О. С. Левина.- М., 2008, стр. 364
191) Hepatolentikulyar degenerasiya ( Vilson-Konovalov xəstəliyi) zamanı qanın analizi nəyi aşkara çıxarır?
A) Seruloplazmin miqdarının artması ilə yanaşı ümumi mis miqdarının enməsini
B) Seruloplazmin miqdarının azalması ilə yanaşı ümumi mis miqdarının artmasını
C) Seruloplazmin miqdarının norma çərçivəsində olması ilə yanaşı ümumi mis miqdarının artmasını
D) Həm seruloplazmin,həm ümumi mis miqdarının artmasını
E) Həm seruloplazmin, həm ümumi mis miqdarının azalmasını
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-информ, 2004, стр. 342
192) Aşağıda sadalanan xəstəliklərdən hansı üçün korneal Kayzer-Fleyşer həlqəsi patoqnomonik əlamətdir?
A) Still-Riçardson-Olşevskinin supranuklear oftalmoplegiyası
B) Leber xəstəliyi
C) Olivopontoserebellyar degenerasiya
D) Hepatolentikulyar degenerasiya (Vilson-Konovalov xəstəliyi)
E) Hallervorden-Şpats xəstəliyi
Ədəbiyyat: Секреты неврологии./ Пер. с англ. под ред. проф., докт. мед. наук О. С. Левина.- М., 2008, стр. 448
193) Aşağıda sadalanan müayinə üsullarından hansı dağınıq sklerozun diaqnostikası üçün daha çox məlumatvericidir?
A) Nativ KT
B) MRT
C) Stsintiqrafiya
D) Kontrastlı KT
E) Duplex sonoqrafiyası
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 453
194) Aşağıda sadalananlardan beyin kötüyü şişinin aşkara çıxarılması üçün daha çox məlumatverici müayinə üsulu hansıdır?
A) Maqnit-rezonans tomoqrafiyası
B) Transkranial doppleroqrafiya
C) Exoensefaloqrafiya
D) Kompyuter tomoqrafiyası
E) Elektroensefaloqrafiya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 42
195) Aşağıda sadalananlardan hansı kəskin kəllə-beyin travması zamanı ən çox məlumatverici müayinə üsuludur ?
A) Elektroensefaloqrafiya
B) Doppleroqrafiya
C) Kəllənin rentgenoqrafiyası
D) Maqnit-rezonans tomoqrafiyası
E) Kompyuter tomoqrafiyası
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 723
Dostları ilə paylaş: |